Sabirabadda İBTİDAİ ŞƏRTLƏR: on iki kəndinin yolu yoxdur - BU NƏDİ BELƏ?!
Tarix: 18-06-2024, 11:25 | Çap et
Yol bəzən insanın öz içindən keçib gedir, ya arzularının dalınca aparır, ya da elə yolun özünə çevrilib sonsuzluğa qovuşursan. Hər iki halda – istər xilasın olsun, istərsə də məhvin, bir yol gərəkdi. Artıq hansı yolu seçəcəyin barədə hökmü taleyinlə hesablaşıb müəyyənləşdirirsən.
Sözün bütün mənalarında Sabirabad rayonunun on iki kəndinin yolu yoxdur. Kürün sol qolunda yerləşən bu kəndləri birləşdirən “Kürqırağı” magistral yolu sonuncu dəfə Ulu Öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi olduğu dövrdə – 1976-cı ildə çəkilib, 1982-ci ildə isə qismən təmir olunub. O vaxtdan bəri həmin yol barədə heç bir tədbir görülməyib və hazırda vəziyyət o qədər acınacaqlıdır ki, bəzən o kəndlərdən birinə getmək üçün nə maşın, nə də sürücü tapılır. Hər birinin cavabı belə olur: “Yol yoxdu, gedə bilmərəm”. Azərbaycanda əhalinin, bəlkə də, ən sıx məskunlaşdığı bu kəndlərdə belə bir mənzərənin yaranması məyusedicidir.
Yol həyatdı, Qaratoğay, Güdəcühür, Axtaçı-Muğan, Həşimxanlı, Ətcələr, Bulduq, Ulacalı, Mürsəlli digər tərəfdən bərə vasitəsilə Ulacalı kəndinə birləşən Quruzma, Qaraqaşlı, Yeni kənd, Qəzli kəndlərində həyat dayanıb. Təcili-tibbi yardım maşını xəstənin sağlığında özünü yetirə bilmir. Qınamaq mümkün deyil. Yolların sıradan çıxdığı bu vəziyyətdə o sürücünün vaxtında yetişməsi mümkünsüzdür... Yanğınsöndürən maşın ünvana yetişdikdə alov çoxdan öz işini görmüş olur. Rayon mərkəzinə, bazara, dərsə, qonaq evinə, xeyir-şərə tələsən əhali yola çıxmaq istəmir, yol yoxdu... Məhsulu satmağa aparan kəndli babanın sovetdənqalma maşınının hərəkət etməyə gücü çatmır.
Məktəbə, hazırlığa yollanan şagirdlər mənzilbaşına çətinliklə çatırlar. “Sabirabad rayonunun filan kəndində çətənə kolları aşkarlanıb” başlıqlı xəbərləri minimuma endirmək üçün bura yol çəkmək, sonra məktəblərə tez-tez baş çəkmək, bu kəndlərin təhsil səviyyəsi ilə maraqlanmaq və göstəricilərin niyə bu qədər aşağı olduğunun səbəblərini araşdırmaq lazımdı. Yol çəkiləndən sonra hər şey öz yoluna düşə bilər...
Bu on iki kənd 44 günlük Vətən müharibəsində yeddi şəhid verdi. O yeddi şəhid hər şeydən əvvəl kəndləri, yolları uğrunda döyüşə yollanmışdılar. Onların vətəni bu kələ-kötür yollardan başlayırdı. Bu yollara qurban gedən oğlanların dəfninə, yas mərasiminə ölkənin dörd yanından insanlar axışan vaxt hər kəsin pıçıltısında yolların bərbad vəziyyəti dolaşırdı. O yeddi şəhidin birinin ildönümündə kənd ağsaqqallarından biri dedi ki, indiyə qədər dözmüşük, bir az da dözərik, Qarabağda yol çəkilir, yəqin bizim də yolumuzu çəkərlər. Camaatın budəfəki səbrinin səbəbi Zəfər yolu oldu.
Bu dözümlü camaat yeddi oğulun müharibədən sağ-salamat qayıtmağına yeddi qurban demişdi. O qurbanlar kəsilmədi. Amma düşmən tapdağına qovuşan yollarımız tənədən, eyhamdan azad olundu.
İndi güman bir Sərəncama qalıb.
Biz də özümüzə bir yol seçmək istəyirik. Düz yol... Bu on iki kəndin yolu uğrunda şəhid yox, şahidlər yetişəcəklər, qansız-müharibəsiz, bütöv Azərbaycana şahidlər. Onların yolu da əvvəlki nəsillərə xatir düz olmalıdır, sözün hər iki mənasında, dümdüz.
Qafqazinfo.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan XİN-dən konstitusiya ilə bağlı mühüm açıqlama - NƏ BAŞ VERİR?
Bu gün, 18:15 |
|
|
|
• 44 günlük müharibə həyatımın dönüş nöqtəsidir - Amin Musayev
Bu gün, 18:12 |
|
|
|
• Hər dövlətin Trampdan özəl gözləntisi var - Görünəni odur ki...
Bu gün, 17:56 |
|
|
|
• Konstitusiya bəhanəsinə son: “Parlamentin qərarı kifayətdir ki...” - GƏLİŞMƏ
Bu gün, 17:54 |
|
|
|
• “İrəvanın Trampa ümidi azdır, Ermənistan özünü qorumalıdır” - Qriqor Balasanyan
Bu gün, 17:51 |
|
|
|
• Nəsimi rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Bu gün, 17:45 |
|
|
|
• ABŞ-da hakimiyyət dəyişikliyi Paşinyanı çıxılmaz duruma salıb - İrəvan mühüm dəstəyini itirir
Bu gün, 17:41 |
|
|
|
• 8 noyabr-Zəfər Günü münasibəti ilə “Şəms” şadlıq sarayında şəhid ailələri, qazilər və müharibə veteranlarının iştirakı ilə tədbir kecirilib - FOTO
Bu gün, 17:31 |
|
|
|
• Astanada Zəfər Gününə həsr edilmiş “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimatı olub
Bu gün, 17:29 |
|
|
|
• Media qurumlarının rəhbərləri və nümayəndələri COP29-a hazırlıqla bağlı yekun işlərlə tanış olublar
Bu gün, 15:19 |
|
|
|
• Qəzəbli Trampın Ağ Evə dönüşü: Amerikada yeni dönəm başlayır - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• Müharibəyə görə rusların Avropaya qapıları bağlıdır - RƏY
Bu gün, 12:00 |
|
|
|
• "Çox böyük zəhmətlərdən keçdik" - deputat
Bu gün, 11:52 |
|
|
|
• Paşinyan Ərdoğanla görüşdü - Dunay boyu velosiped sürdü...
Bu gün, 11:43 |
|
|
|
• Avropa Azərbaycanla münasibəti tam qırmaq fikrində deyil - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 11:38 |
|
|
|
• Erməni kilsəsi yenə “bulanıq suda balıq tutmağa” çalışır - KİV
Bu gün, 11:35 |
|
|
|
• Qiymətləndiricilər Palatası yaradıldıqdan sonra AQC-nin taleyi necə olacaq? - AÇIQLAMA
Bu gün, 11:24 |
|
|
|
• "Mənəvi ziyana görə maddi məsuliyyət daşıyır..." - Ekspert danışır...
Bu gün, 11:12 |
|
|
|
• `Arkoz` Holdinq Babək sakinlərini BOĞAZA YIĞIB... - GİLEY
Bu gün, 11:08 |
|
|
|
• Rusiyada bank hesabları bloklanan Hüseyn Bakıya qayıtdı - FOTO
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycanlının zibilliyə atdığı araqları içən 11 nəfər öldü - TƏFƏRRÜAT
Bu gün, 10:58 |
|
|
|
• “Türk NATO”su qurmaq mümkün olacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 10:34 |
|
|
|
• DEPUTATIN “GÖYƏRÇİN DƏRDİ” – “Cərimə üstünə cərimə” istəyirlər...
Bu gün, 10:28 |
|
|
|
• Şuşanın işğaldan azad olunmasından nə öyrənməliyik? - Aqşin Yenisey
Bu gün, 10:21 |
|
|
|
• Tramp gəldi: nə, necə dəyişəcək? -RƏYLƏR
Bu gün, 10:17 |
|
|
|
• “Bizim hekayəmiz Vətən Azərbaycanın hekayəsidir” - Rauf Arifoğlu
Bu gün, 10:09 |
|
|
|
• “Turan Tovuz”un sədri “Turan FK” adlı yeni şirkət təsis edib
Bu gün, 10:02 |
|
|
|
• "Mən xoşbəxt insanam ki, Allah mənə səs, istedad verib"
Bu gün, 09:57 |
|
|
|
• Üçtərəfli bəyanat yeni reallığın hüquqi və siyasi bünövrəsini müəyyən etdi - MƏQALƏ
Bu gün, 09:49 |
|
|
|
• İsmayıllının qalmaqallı icra başçısı ÖZ AMPLUASINDA... - NARAZILIQ VAR...
Bu gün, 09:48 |
|
|
|
• Regionda tam yeni reallıq yaradan Bəyanat - İsrafil Kərimovun yazısı
Bu gün, 09:44 |
|
|
|
• Yeni müharibə riski: Bütün Avropa buna məcbur ediləcək - GƏLİŞMƏ
Bu gün, 09:37 |
|
|
|
• Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib - MƏTN
Bu gün, 09:34 |
|
|
|
• Aslan Quliyev daha bir vətəndaşın evini yerlə-yeksan etdi -“Məhkəmə qərarını saya salmır”
Bu gün, 09:31 |
|
|
|
• "Bu gün də dünya hərbi ekspertləri Şuşa əməliyyatını araşdırırlar" - deputat
Bu gün, 09:25 |
|
|
|
• Sorosun gənc “kuklası” Tiflisdən Bakının əleyhinə danışdı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:22 |
|
|
|
• Ermənistanın xarici siyasəti yenə iflas etdi - FAKT BUDUR!
Bu gün, 09:21 |
|
|
|
• İrəvan Ankaradan hansı cavabı gözləyirdi ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:19 |
|
|
|
• Türkiyəli fermerdən Zəfər Günümüzə İLGİNC JEST - FOTO
Bu gün, 09:01 |
|
|
|
• Rəfiyev jurnalistlərlə AÇIQ ƏDAVƏTDƏ... - NƏ BAŞ VERİR?
Bu gün, 08:54 |
|
|
|
• 8 milyona satılan restoran hansı keçmiş məmurundur? - FOTO
Bu gün, 08:46 |
|
|
|
• «BANK OF BAKU»da inanılmaz kredit qalmaqalı - BU NƏDİ BELƏ?..
Bu gün, 08:43 |
|
|
|
• Bakının bu ərazilərində kirayə mənzil tapmaq mümkün olmayacaq - NƏ ETMƏLİ?
Bu gün, 08:39 |
|
|
|
• Saatlıda 19 yaşlı oğlan xalasının qızına təcavüz etdi - TƏFƏRRÜAT
Bu gün, 08:35 |
|
|
|
• Ömürlük əlillik pensiyası almaq üçün 6 min rüşvət... - AXI NİYƏ?..
Bu gün, 08:30 |
|
|
|
• “Deluxe Electric Azerbaijan”la ŞÜBHƏLİ İŞBİRLİYİ - İLGİNC FAKTLAR...
Bu gün, 08:25 |
|
|
|
• Rektor öz təsərrüfatına texnika alır... xərci universitetə yükləyir... - İTTİHAM VAR...
Bu gün, 08:20 |
|
|
|
• “Azəravtoyol”a məxsus şirkət Gömrükdə "ilişdi" - 4.2 milyonluq vergi borcu da varmış
Bu gün, 08:14 |
|
|
|
• “Veysəloğlu”nun mətbuatla bağlı layihələri olacaq - FOTO
Bu gün, 08:10 |
|
|
|
• Abşeron rayonunda Vətən Müharibəsi şəhidləri yad edilir - FOTO
Bu gün, 08:05 |
|
|
|
|