"Bu gün Veysəloğlu Şirkətlər Qrupunun Korporativ Mədəniyyət Ofisinin rəhbəri Ziya Rəcəbovla birlikdə Medianın İnkişafı Agentliyi və Mətbuat Şurasını ziyarət etdik". "DİA-AZ" xəbər verir ki, bunu "Veysəloğlu" Şirkətlər Qrupu Mətbuat Xidmətinin rəhbəri Məhəmmədəli Qəribli öz açıqlamasında qeyd edib.
O daha sonra əlavə edib: "Sözügedən qurumların rəhbərləri: Əhməd İsmayılov və Rəşad Məcidlə ətraflı fikir mübadiləsi apardıq. Qərara gəlindi ki, gələcəkdə “Veysəloğlu” ilə qurumlar arasında birgə layihələrin icrası, mətbuatın yaranmasının 150 illik yubileyi ilə bağlı müştərək yazı müsabiqəsinin keçirilməsi istiqamətində müzakirələr davam etdirilsin.
Keçirilən görüşlərdə həmçinin biznes qurumları ilə media nümunələri arasındakı münasibətlərin mövcud vəziyyəti və perspektivləri ətrafında da ətraflı fikir mübadiləsi aparıldı".