Sülh prosesində hələ son mərhələyə çatmamışıq .....                     Dünya bazarlarında neft bahalaşıb .....                     Bərdənin icra başçısı ilə bağlı ŞOK İDDİA .....                     Bütün bunlar Azər Məmmədovun ayağındadır: 7 aylıq itki 600,0 milyon kubmetr... .....                     Eyfel qülləsindən xaricdə təhsilə: .....                     "Bəli, ciddi sözümdür, yəni, bilərəkdən etmirlər-danışmırlar, anladıqları budur..." .....                     NAXÇIVANDA İSLAHATLARDAN KƏNAR QALANLAR .....                     “Nüvə baharı” başlayır? .....                     Başçı Gəncənin BAŞINI BURAXIB... .....                     Bərdədə baş həkim QOÇULUQ EDİR .....                     Elnur Baimov mövqeyini dəyişir? .....                     AAYDA-nın tərəzi məntəqələrindən şikayət .....                     Azərbaycanda dəhşətli faktlar üzə çıxdı: Bu klinikalardan UZAQ DURUN .....                     ADY qatarlarında naməlum QİDALAR .....                     Tehran Azərbaycandan İsrailə neft tədarükünü “dayandırmaq” üzərində düşünür... .....                     Üfüqdə GÜC və SÜLH: İlham Əliyevin ABŞ siyasəti bəhrəsini verir .....                     Dollarımız aşıb-daşır .....                     "Bakı Süd Co" MMC-nin dövlətə 1.1 MİLYON MANATDAN ÇOX vergi borcu var .....                     Kolumbiya ABŞ-nin yaratdığı "Amerikaların Qalxanı" alyansına qoşulur .....                     Pensiya ilə bağlı gözlənilən qərar .....                     Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu .....                     Axmat Kadırova Çeçenistan Qəhrəmanı adı verildi .....                     Moskvadan İrəvana sərt xəbərdarlıq .....                     DOST Agentliyinin mənfəəti 40 % azalıb .....                     Azərbaycanın ən savadlı mollası .....                     “Azərlotereya” yalnız uduşu reklam edir: Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır? .....                     Rəşad Dağlının adı əfv siyahısına salınıb, ya yox? .....                     Sentyabrın 15-də müəllimlər məktəbə hansı geyimlə gedəcəklər? .....                     Arazı üzə-üzə Azərbaycana keçən əfqanlar TUTULDU: biri məmur qardaşıdır .....                     Vaşinqtonda UCALAN SƏS: .....                     Ülviyyə İlyasova fəhləyə borclu qalıb? .....                     II Qaregin və altı yepiskopa qarşı məhkəmə iclası qapalı rejimdə keçirilir .....                     Səfərbərlik Xidmətinin rüşvətlə bağlı həbs olunan .....                     Sentyabrda əti 20 manata ala bilərik .....                     "Gəlmirsə, heç gəlməsin!" .....                     Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib .....                     Tiktoker “Beniz”dən sonra müəmma yarandı .....                     Dövlət qurumu iki şirkətdən geyim alır .....                     Daha bir qadın estetik əməliyyatdan sonra öldü .....                     Bura səhiyyə ocağıdır, YOXSA?.. .....                 

Ordumuzun "Dağlarda yas" əməliyyatı... - ŞUŞAYA QAYIDACAĞIQ!!!
Tarix: 22-10-2020, 16:00 | Çap et
Ordumuzun "Dağlarda yas" əməliyyatı...
Ölkəmdə müharibə gedir. Ordumuz Qarabağda işğal altında olan ərazilərimizin azad olunması uğrunda rəşadətlə döyüşür.

Böyük uğurlarımız var. Qısa müddətdə 3 rayon mərkəzimiz, 4 rayonumuzun xeyli sayda qəsəbə və kəndləri işğaldan azad olunub. Təxmini hesablamalara görə, bu, işğal altında olan ərazilərimizin 17 faizindən artığı deməkdir... Hərbi-strateji baxımdan isə bu, işğaldakı ərazilərin yarısının nəzarət altına alınmasıdır...

Azərbaycan əhalisi üçün bu müharibənin önəmini, vacibliyini ifadə etmək üçün söz acizdir. Sözün birbaşa mənasında, aciz və gücsüz...

Bir millətin 30 ildir gözlədiyi Qələbə xəbərləri bir-birinin ardınca axır. Hər gün işğaldan azad edilən bölgələrimizin adlarını eşidirik.

Yeni-yeni adlar...

Ali Baş Komandan sosial şəbəkə hesablarından və televiziya kanallarından bizə MÜBARƏK xəbərlər verir. Yox, bu millətin az qala yüz ildir təşnə olduğu Sevinci, Arzunu birbaşa ovcumuzun içinə qoyur; hər sözü, hər çıxışı ilə bu millətin illərdir əyilən qəddini düzəldir, Qürurunu qaytarır, Vüqarını kərpic-kərpic yüksəldir...

Azərbaycanda baş verənlərin bir adı Müharibədirsə, o biri adı Möcüzədir. Həqiqətən, Möcüzə kimi olayların içərisindəyik – bizi Böyük Qələbəyə aparan şanlı prosesin iştirakçıları və şahidləriyik. Təxminən bir ay öncə heç kəsin ağlına gəlməzdi ki, Qarabağın azadlığı bizə bu qədər – bir udum hava, nəfəs qədər yaxın ola bilər. Ordumuzun rəşadətini gözümüzlə görüb qulaqlarımızla duya bilərik...

Həqiqətən, möcüzədir bu: Müzəffər Ordumuz bir vaxtlar bizə yuxu kimi, nağıl kimi inanılmaz, əlçatmaz görünən Laçına, Qubadlı və Kəlbəcərə doğru müvəffəqiyyətlə irəliləyir.

Qələbə xəbərlərini duymaq artıq bu ölkədə an məsələsidir. İndi bu sətirləri yaza-yaza Ali Baş Komandanımızın xalqa müraciətini – işğal altında olan rayonlarımızdan daha birinin azad edildiyi xəbərini gözləyirəm.

Üçrəngli bayrağımızın Laçında, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Xocalıda, Xankəndidə dalğalanması üçün səbirsizlənirik. Ordumuzun növbəti zəfərləri üçün dua edirik...

Amma... Qəlbimizin ən yaralı yerində bir ağrı, bir sızıltı var.

O ağrının, o sızıltının adı Şuşadır...

Şuşanın bu toplum üçün önəmi, eyni zamanda digər bölgələrimizdən fərqi nədir?..

Niyə bu ölkədə Ali Baş Komandandan tutmuş ən körpə uşağımızadək hamı, hər kəs deyir ki, Qələbəmizin tamamı üçün Şuşa işğaldan azad olunmalıdır?! Niyə yekdilliklə bu fikirdəyik ki, Şuşasız olmaz?!

Bizimçün nə deməkdir Şuşa?

Bakı Azərbaycan üçün, dövlətimiz üçün, varlığımız üçün hansı önəm kəsb edirsə, Şuşa da ruhumuz üçün odur!

Şuşa – Bütövlükdə Qarabağdır, Azərbaycanın Bütövləşməsidir!

Bunu ermənilər də gözəl anlayır. Onlar bilirlər ki, Şuşa azərbaycanlılar üçün sadəcə coğrafi məkan, yer, ərazi deyil. Ürəkdir Şuşa, Könüldür, Ruhdur, İlahi Eşqdir...

1992-ci ildə də bilirdilər ki, Şuşanı almasalar, Qarabağı Azərbaycandan qopara bilməzlər.

Azərbaycan Ürəyindən vurulmalıydı ki, ağır yaralansın, uduzsun, uduzdurulsun...

Ona görə Şuşanın işğalına xüsusi hazırlaşmışdılar.

Bunu dilə gətirmək çox ağrılıdır, həddən ziyadə dözülməzdir. İnsanı param-parça edir, dəlib deşir. Amma onlar Şuşa əməliyyatına “Dağlarda toy” adı vermişdilər. Azərbaycanın şərəfinə, namusuna-irzinə toxunmağın “şərti adı” idi bu...

1992-ci il mayın 7-də də İranın paytaxtında Ermənistan və Azərbaycan rəhbərləri arasında sülhlə bağlı razılaşma imzalanandan cəmi 1 gün sonra erməni silahlı birləşmələri Şuşaya hücum etdilər. “Dağlarda toy” etmək üçün. Şərəfimizə-ləyaqətimizə toy tutmaq üçün... Artıq vaxt yetişib: Ordumuz düşmənə "Dağlarda yas" tutacaq!

Şuşanın işğalının təfərrüatını yazmaq çox çətindir. Günahkar axtarmaq – özü də Şuşaya qovuşmağımıza sayılı günlərin qaldığı bu ərəfədə - bəlkə də heç lazım deyil.

Ancaq 28 ildir bizi yatıb-oturmağa qoymayan sualları dilə gətirməliyik:

Təbii coğrafi relyefinə görə alınmaz qala olan Şuşanı düşmən necə və niyə bu qədər asanlıqla və rahatlıqla ala bilərdi?

Hardaydı o vaxtkı Azərbaycanın hərbi və siyasi rəhbərliyi, ordu, könüllülər?..

“Bütün Azərbaycanı ala bilərlər, amma Şuşaya girə bilməzlər” deyən fədailər... hardaydılar?

Tanrı hardaydı?..

Qəhrəman əsgərlərimiz sonadək döyüşdülər, əlbəttə. Ölüm-dirim savaşı oldu. Sonadək döyüşdük. Xocalını işğal edən “erməni qəhrəmanlarını” Şuşa qalasına Ermənistan bayrağını sancmaq üçün gətirən 422 saylı tankı vurdu əsgərlərimiz. Düşmən bayrağını gətirən döyüşçüləri gəbərtdilər.

Şuşanı müdafiə edəcək qədər hərbi gücümüz yox idi Şuşada. Hansısa səbəbdən – o səbəblər hələ də bəlli deyil - Şuşanın mühasirəsindən az öncə Azərbaycanın hərbi komandanlığı buradakı azərbaycanlı döyüşçülərin bir qismini cəbhə xəttindən geri çəkmiş, digər qismini isə məzuniyyətə buraxmışdı. Cəbhə xəttində pərakəndəlik və özbaşınalıq hökm sürdüyündən, döyüşçülərin bir hissəsi özbaşına döyüş mövqelərini tərk etmişdilər. Komandanlıq tərəfindən hücum tapşırığı verilmədiyindən döyüşçülərimiz yalnız müdafiə mövqeyində dayanırdılar.

Ermənilərin mühasirəsini yarmaq, ya da hücumların qarşısını almaq üçün hərbi texnikamız çatışmırdı.

Şuşa uğrunda qəhrəmanlıqla döyüşən Azərbaycan əsgərləri kömək gözləyirdilər. Köməksə gəlmədi...

On bir min erməni əsgərinə qarşı rəşadətlə döyüşən igidlərimiz Şuşanı xilas edə bilmədi...

Şuşa işğal edildi...

May ayının 8-dən Şuşaya daxil olmuş erməni qoşun hissələri küçə döyüşləri ola biləcəyindən ehtiyatlanaraq küçələrdə açıq şəkildə hərəkət etməyə cürət etmirdilər. Nəhayət, may ayının 9-da şəhərin boş olduğuna əmin olandan sonra Şuşa şəhəri üzərindəki qələbələrini bayram etməyə başladılar...

O dəhşətli gündən – 8 mayın üzərindən illər keçib...

Şuşanı itirəndən sonra itkilərdən danışmaq – özü də indi danışmaq bəlkə də mənasız görünür. Amma reallıq budur ki, 10 saatdan artıq davam edən qeyri-bərabər döyüşlərdə 1860 nəfər azərbaycanlı yaralandı, 480 nəfər həlak oldu, 24 min nəfər – mülki əhali öz evindən yurd-yuvasından didərgin düşdü. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günədək məlumat yoxdur...

Azərbaycanlılar məhz Şuşanın işğalıyla böyük mənəvi, psixoloji sarsıntı yaşadılar...

O sarsıntı – kontuziya ilə müqayisə oluna biləcək dəhşətli sarsıntı hələ də ruhumuzda, canımızdadır...

O sarsıntının Şuşanın azad olunmasıyla keçəcəyini, yaralarımızın sağalacağını, ağrılarımızın tarixə keçəcəyini hər kəs bilir...

Ona görə belə çox istəyirik Şuşanın Azadlığını...

Sağalmaq üçün...

İşğalı beynimizdən, canımızdan, ruhumuzdan çıxarıb, tarixin qaranlıq səhifəsinə atmaq üçün...

Bir də bütövləşmək üçün, tamlıq üçün, mənəviyyat üçün, rahat yaşamaq, qürurlu yaşamaq, ləyaqətlə ölmək üçün...
Aynur Camalqızı
\\axar.az\\







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sülh prosesində hələ son mərhələyə çatmamışıq - Paşinyan belə deyir...
Bu gün, 09:20
Dünya bazarlarında neft bahalaşıb
Bu gün, 09:18
Bərdənin icra başçısı ilə bağlı ŞOK İDDİA - SƏN DEMƏ...
Bu gün, 09:13
Bütün bunlar Azər Məmmədovun ayağındadır: 7 aylıq itki 600,0 milyon kubmetr... - SOCAR-dakılar İNDİ AYILIB?
Bu gün, 08:42
Eyfel qülləsindən xaricdə təhsilə: - Dələduzluğun dəyişməyən fəlsəfəsi
Bu gün, 08:28
"Bəli, ciddi sözümdür, yəni, bilərəkdən etmirlər-danışmırlar, anladıqları budur..." - REAKSİYA
Bu gün, 08:25
NAXÇIVANDA İSLAHATLARDAN KƏNAR QALANLAR - Baha mülklər, Avropa turları və qalmaqallı iddialar
Bu gün, 08:22
“Nüvə baharı” başlayır? – Politoloqdan ciddi xəbərdarlıq
Bu gün, 08:06
Başçı Gəncənin BAŞINI BURAXIB... - BU DA FAKT...
Bu gün, 07:59
Bərdədə baş həkim QOÇULUQ EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 07:55
Elnur Baimov mövqeyini dəyişir? - ABŞ-dakı saytında Azərbaycan iqtisadiyyatı hədəflənib...
Bu gün, 07:51
AAYDA-nın tərəzi məntəqələrindən şikayət -156 ya yaşıl, vətəndaşa qırmızı işıq?
Bu gün, 07:44
Azərbaycanda dəhşətli faktlar üzə çıxdı: Bu klinikalardan UZAQ DURUN - Nəticələr HƏRKƏSİ ŞOKA SALACAQ!
Bu gün, 07:09
ADY qatarlarında naməlum QİDALAR - AQTA məsələdən xəbərsizdir?
Bu gün, 07:06
Tehran Azərbaycandan İsrailə neft tədarükünü “dayandırmaq” üzərində düşünür... - İrandakı “başlar” bizi nə ilə qorxudur?
Bu gün, 07:03
Üfüqdə GÜC və SÜLH: İlham Əliyevin ABŞ siyasəti bəhrəsini verir - AKTUAL
Bu gün, 07:01
Dollarımız aşıb-daşır - Manat güclənir, yoxsa iqtisadiyyatda yeni risklər yaranır?
Bu gün, 06:58
"Bakı Süd Co" MMC-nin dövlətə 1.1 MİLYON MANATDAN ÇOX vergi borcu var - FOTO
Bu gün, 06:54
Kolumbiya ABŞ-nin yaratdığı "Amerikaların Qalxanı" alyansına qoşulur - KİV
Bu gün, 06:51
Pensiya ilə bağlı gözlənilən qərar – Yığılan yüz minlərlə manat…
Bu gün, 06:49
Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu
Dünən, 18:51
Axmat Kadırova Çeçenistan Qəhrəmanı adı verildi
Dünən, 18:50
Moskvadan İrəvana sərt xəbərdarlıq – Kreml növbəti addımını atacaq?
Dünən, 17:38
DOST Agentliyinin mənfəəti 40 % azalıb
Dünən, 17:36
Azərbaycanın ən savadlı mollası - Saffari yazır…
Dünən, 17:33
“Azərlotereya” yalnız uduşu reklam edir: Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:28
Rəşad Dağlının adı əfv siyahısına salınıb, ya yox? - VİDEO
Dünən, 17:14
Sentyabrın 15-də müəllimlər məktəbə hansı geyimlə gedəcəklər? - AKTUAL
Dünən, 17:06
Arazı üzə-üzə Azərbaycana keçən əfqanlar TUTULDU: biri məmur qardaşıdır - TƏFƏRRÜAT
Dünən, 17:04
Vaşinqtonda UCALAN SƏS: - Azərbaycan tarixinin ən güclü dövrünü yaşayır
Dünən, 16:58
Ülviyyə İlyasova fəhləyə borclu qalıb? - TƏFƏRRÜAT
Dünən, 16:53
II Qaregin və altı yepiskopa qarşı məhkəmə iclası qapalı rejimdə keçirilir - KİV
Dünən, 16:49
Səfərbərlik Xidmətinin rüşvətlə bağlı həbs olunan 3 əməkdaşının məhkəməsi başlayır
Dünən, 16:46
Sentyabrda əti 20 manata ala bilərik - BELƏ HARA GEDİRİK?
Dünən, 15:46
"Gəlmirsə, heç gəlməsin!" - Çingiz Qənizadə Nassim Talebin cavabını verdi
Dünən, 15:43
Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib - SİYAHI
Dünən, 15:40
Tiktoker “Beniz”dən sonra müəmma yarandı – Rəşad Dağlı və Həsənovun nəvəsi…
Dünən, 15:37
Dövlət qurumu iki şirkətdən geyim alır – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
Dünən, 15:35
Daha bir qadın estetik əməliyyatdan sonra öldü
Dünən, 15:28
Bura səhiyyə ocağıdır, YOXSA?.. - İTTİHAM VAR...
Dünən, 15:12
"Şah İsmayıl mövzusu İranın sifarişi ilə köpükləndirilir" - Murad Köhnəqala
Dünən, 14:50
"Dəfələrlə uzaq işıqla yol istədik..." - "Arzum9999" yenidən MÜHAKİMƏ OLUNUR
Dünən, 14:37
Ceyhun Bayramovun o HƏRƏKƏTİ... Moskvanı niyə qəzəbləndirdi?
Dünən, 13:07
Media və Yayım Şurası yaradılıb - DETALLAR
Dünən, 13:06
"“Kupça” alırıq... deyib, 500 manatdan yığırlar..." - GİLEY
Dünən, 13:00
"Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." - GİLEY
Dünən, 12:51
Aytən Abdullayevaya yüksək vəzifə verildi - ƏMR
Dünən, 12:41
Ramiz Mehdiyevin bankının binası əlindən alındı - BUNDAN SONRA...
Dünən, 12:39
ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib - DETALLAR
Dünən, 12:36
Azərbaycanlılar Rusiyaya sanksiya tətbiq edilən mal daşımaq istəyib? - SKANDAL
Dünən, 12:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru