VÜSAL ŞİLDER ADOLFA BAKIDA ÖLDÜRÜLDÜ
Tarix: 3-05-2013, 10:04 |
Çap et
QATİL(LƏR)İN KİMLİYİ BƏLLİ DEYİLBakıda Almaniya vətəndaşı qətlə yetirilib.
Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə rayonun Əhməd Rəcəbli küçəsi, 3 B ünvanında qeydə alınıb.
Almaniya vətəndaşı, 1992-ci il təvəllüdlü Vusal Şilder Adolfa naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb. Hazırda qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.