Əsas Səhifə > Hadisə > VÜSAL ŞİLDER ADOLFA BAKIDA ÖLDÜRÜLDÜ

VÜSAL ŞİLDER ADOLFA BAKIDA ÖLDÜRÜLDÜ


3-05-2013, 10:04
VÜSAL ŞİLDER ADOLFA BAKIDA ÖLDÜRÜLDÜ
QATİL(LƏR)İN KİMLİYİ BƏLLİ DEYİL

Bakıda Almaniya vətəndaşı qətlə yetirilib.

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə rayonun Əhməd Rəcəbli küçəsi, 3 B ünvanında qeydə alınıb.

Almaniya vətəndaşı, 1992-ci il təvəllüdlü Vusal Şilder Adolfa naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb. Hazırda qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Geri qayıt