Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? .....                     "Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb .....                     "Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" .....                     Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır .....                     “Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... .....                     Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək .....                     Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb .....                     "T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb .....                     Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? .....                     Azərbaycanda bu elektron pul təşkilatı üçün .....                     ""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır" .....                     "Bu kartlar qumarda istifadə üçün idi" .....                     “Vardanyanın işi” Avropa Məhkəməsində .....                     Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür .....                     7 körpənin ölümündə təqsirləndirilən şəxslər .....                     İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu .....                     Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq .....                     Bankomatlarda 1 və 5 manatlıq əskinaslar .....                     ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq .....                     İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? .....                     Azərbaycanda da dəhşətli istilər olacaq? .....                     O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” .....                     “Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... .....                     Əli Mirəliyev kimləri hədəf aldı? .....                     Ermənistanda "dedovşina": .....                     Bakıda bu universitet BAĞLANIR? .....                     Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb .....                     Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar .....                     S-400-lər Rusiyaya qaytarılır? .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır .....                     "Həyatımdan narazıyam" .....                     Azərbaycanda xarici kapitallı şirkət .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? .....                     Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz .....                     Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı .....                     “Bakıdakı gizli görüşün məqsədi…” .....                     İlhamə Novruzova işdən çıxarıldı .....                     Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... .....                     ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir .....                     Azərbaycan bu ölkənin iş modelinə keçir .....                 

“BANK STANDARD” AÇIQ BAZARA ÇEVRİLİB
Tarix: 1-05-2013, 10:32 | Çap et
“BANK STANDARD” AÇIQ BAZARA ÇEVRİLİB
Bakı şəhəri Nərimanov rayon Məhkəməsi bildirir ki,iddiaçı QSC “Bank Standard” KB-nin Hacıyev Rasim Əli Hüseyn oğluna qarşı pul ödənilməməsi və tələbin ipoteka predmetinə yönəldilməsinə tələbinə dair iddia ərizəsi məhkəməyə daxil olmuşdur .

Qeyd edək ki, bir neçə il öncə Qapalı Səhmdar Cəmiyyət “Bank Standard” Komersiya Bankı ilə Rasim Əli Hüseyn oğlu Hacıyev arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən illik 24 faiz ödənilməsi şərti ilə iyirmi dörd ay müddətinə 68 300 manat məbləğində kredit verilmiş və həmin kredit müqaviləsi üzrə cavabdeh Rasim Əli Hüseyn oğlu Haciyev başqasına məxsus olan əmlakı QSC “Bank Standard” KB-nin Əcəmi filialında girov qoymuşdur.

Əlbəttə ,əksəriyyət bilir ki, bu günləri heç bir bank,heç kimə elə -belə kredit vermir. Bankın Əcəmi filialının müdiri Manaf və onun Anar adlı köməkçisi 68 300 manat kreditin 13 faizini “şapka” şəkilində aldığına görə o krediti Rasim Əli Hüseyn oğluna gözüyumlu vermişdir. Rasim Əli Hüseyn oğlundan heç soruşulmamışdır ki,sən bu kreditlə nə iş görəcəksən , onu hara yatızdıracaqsan? Başqasının əmlakını qirov qoyanda bankın Əcəmi filialının müdiri Manaf müəllim həmin əmlakın sahibindən heç soruşmayıb ki, “üç uşaq atasısan,sabah Rasim Əli Hüseyn oğlu Haciyev götürdüyü krediti qaytara bilməsə,evi də sənin əlindən alsaq, bəs sən ailənlə birlikdə harda yaşayacaqsan,axı bu sizin yeqanə evinizdi?!”

Ona görə soruşulmurdu ki, o vaxtlar QSC “Bank Standard” KB-nin sahibi Heydər Babayev İqtisadi İnkişaf naziri idi . Sonra Rasim Əli Hüseyn oğlu Hacıyev həmin krediti qaytara bilmədiyinə görə QSC “Bank Standard” KB 68 300 manatın üstünə öz astronomik faizlərini gəlib və son nəticədə 66 723 manat əsas borca 14 296,58 manat məbləğində faiz borcu, 11.041,08 manat isə cərimə üzrə borc gələndən sonra Rasim Əli Hüseyn oğlu Hacıyevin ümumlikdə borcu 92.060,66 manata gəlib çıxıb.

Ancaq bank ,müştəriyə pulu ödəmək üçün şans vermək əvəzinə, gözünü dikib Rasim Əli Hüseyn oğlu Hacıyevin qoyduğu özgə əmlakına. Üçüncü tərəf də,yəni əmlakın sahibi,Nərimanov rayon məhkəmə icraçılarının onun xəbəri olmadan ,əmlakının qiymətləndirilməsi üçün “Sərraf–N” MMC –ə qöndərdiklərinə və “Sərraf-–N” MMC adlı qiymətləndirmə şirkətinin banka sərf etdiyi qiyməti çıxartdığına görə,onları cavabdeh kimi Nərimanov rayon məhkəməsinə vermişdir.

Onu da bildirək ki,ki,bu məsələdə daha bir şübhəli məqam üzə çıxır.Belə ki,məsələni araşdıranda açıqca sezmək olar ki, “Sərraf –N”MMC –nin bank ilə sanki müəyyən yaxınlığı var və onlar əlbir iş görürlər.Əgər belə olmasaydı ,həmin qiymətləndirmə şirkətinin nə marağı var idi ki,girov qoyulan əmlakı bazar qiymətindən dəfələrlə az qiymətləndir?!

Məsələdən agah olmayanlar üçün xatırladım ki,Bakı Nərimanov Rayon İcra Şöbəsinin 11.08.2012 –ci il tarixli sifarişinə əsasən “Sərraf –N”MMC tərəfindən 27.02.2012 –cil tarixdə qiymətləndirilmiş və hesabat təqdim olunmuşdur.

”Peşəkar Hüquqşünaslar” İctimai Birliyinin sədri, tanınmış hüquqşunas Tağı Hüseynov bizə açıqlamasında bildirmişdir ki,hesabatda əmlaka 20. 10.2012 –ci il tarixdə baxış keçirilməsi göstərilsə də ,bu həqiqətə uyğun deyildir.

Bu o səbəbdən mümkün deyil ki,o əmlaka banka girov qoyulduğu zaman ,yəni, 2007 –ci ildə baxış keçirilmişdir.Təqdim olunan həmin hesabata əsasən mənzil 165 min manat dəyərində qiymətləndirilmişdir.Bu qiymət isə ekspert hesabatının tamamilə əsassız olduğundan xəbər verir.Belə ki,göstərilən ünvanda yerləşən əmlakın minimal bazar qiyməti 400.000 manat təşkil edir. Necə ola bilər ki, Bakı şəhərində ən bahalı ərazilərdən birində 3 otaqlı, super təmirli ev cəmi 165.00 manata dəyərləndirilsin? Onda, cavabdeh “Sərraf-N” MMC-nin qeyd olunan mənzili hansı əsaslarla bu cür aşağı qiymətə dəyərləndirilməsi sual doğurur.

Qeyd edək ki,təəsüflər olsun məsələ ilə bağlı Nərimanov Rayon Məhkəməsinin hakimi Turqay Hüseynov hansısa maraqlara görə üçüncü tərəfin Rayon İcra Şöbəsinə və “Sərraf” MMC-nə qarşı “əmlakın yenidən qiymətləndirilməsi” tələbinə dair iddianı əsassız sayaraq onu təmin etməmiş və bununla da çox ədalətsiz qərar çıxarmışdır.

Lakin bu qətnamə ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti edən əmlak sahibi ümid edir ki,məhkəmənin bu mərhələsində hakim ədalətli qərar çıxaracaq və ümumiyyətlə bu məsələdə haqq-ədalət sonda öz yerini tapacaq.

İddianin təmin olunmamasını bilən bank isə öz növbəsində bu məqamda, amansızcasına, sanki krediti götürən və bankda əmlakını qirov qoyan şəxslər heç azərbaycanlılar yox,düşmən Ermənistan ölkəsinin vətandaşlarıdırlar ,təkrarən, yuxarıda göstərdiyimiz məbləgdən savayı cavabdeh Rasim Əli Hüseyn oğlu Hacıyevun Yasamal rayon məhkəməsinin 17 iyun 2009-cu il tarixli 2(004)-2424/2009 saylı qətnamə üzrə qalan 66 723 manat məbləğində əsas borcunun üstünə illik 4,75 faiz yani illik 3.169,34 manat,aylıq olaraq isə 264.11 manat faiz gəlmişdir.

Bankın qənaətinə görə guya cavabdehin 45 ay müddətində kredit borcunu qaytarmaması nəticəsində banka 11.884,95 məbləğində zərər dəymişdir.

Bunu əsas gətirərək Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Komersiyya bankı Nərimanov rayon məhkəməsinə müraciət edərək ondan xahiş edib ki, 11.884,95 manat məbləğində süni surətdə şişirdilmiş həmin pulun tutulması haqda bankın xeyrinə qətnamə qəbul etsin.

Daha konkret desək ,bank istəyir ki, məhkəmə həmin borcun bank qarşısında ipoteka ilə yüklü edilmiş, Rasim Əli Hüseyn oğlu Haciyev tərəfindən girov qoyulmuş üçüncü tərəfin əmlakına yönədilməsinə dair qərar çıxarsın.

Fikir verin ,kredit veriləndə filial müdiri tərəfindən böyük məbləğdə şapka alınır ,kredit illik, yüksək -24% -ə verilir,sonra əlavə faizlər, üstəlik axırda da hələ “Bank Standard”-ın Tamerlan adlı əməkdaşı başına bir qrup idmançı toplayıb üçüncü tərəfin qapısına gəlir ki, bəs nə vaxt əmlakı satıb,bizə borclu olduğun faizləri,cərimələri və məbləği ödəyəcəksən?

Bundan başqa bankın Əcəmi filialının müdiri Manaf müəllimin köməkçisi Anar,əmlakın sahibinə zənq edib “Bandotdellə” hədə-qorxu gəlir ki, “evdən çıxmalısan,bu bizim evdir”.Bu günləri bəlkə də “Bank Standard” bu iş prinsipi ilə işləmir,ancaq vaxtı ilə- Heydər Babayev nazir olanda ona arxalanıb Manafkimilər və onun işçiləri müştəriyə qarşı belə təyziqlər və hədə-qorxular tədbiq edirdilər.

Buna görə artıq başqa çıxış yolu görmədiyindən üçüncü tərəf prezident İlham Əliyev cənablarına müraciət etməyə hazırlaşır.Çünki o bir qrup alverçi dəstənin qurduğu oyunun qurbanı olub,özü də bu bankın sahibinin nazir olan vaxtı.

Əmlak sahibi deyir ki,” bank hal-hazırda mənim əmlakımın üstünə elə yüksək faizlər yükləyib ki,elə bil mən Azərbaycan Respublikasının yox,düşmən Ermənistan dövlətinin vətəndaşıyam,özü də milliyətcə də azərbaycanlı yox,sanki erməniyəm. Belə olmaz , bunlar nə vaxtacan Azərbaycan dövlətinin adından millətə qan udduracaqlar.

Qonşu Gürcüstan dövlətində elə bir vətandaş yoxdur ki,onun banka kredit borcu olmasın, ancaq Gürcüstan dövləti bunu başa düşür ki,vətəndaşının hal-hazırda ödəmə qabiliyyəti yoxdur.

Ona görə də öz vətəndaşlarını banklardan mümkün qədər qorumağa çalışır. Bu gün bizim bəzi üzdəniraq “bazar banklarının ” devizi,məntiqi belədir :“Siz müştərilər verdiyimiz əmanəti vaxtında qaytarsaydız,biz o pula yumurta alacaqdıq,həmin yumurtadan da toyuq əmələ qələcəkdi və sonra da toyuq yenidən yumurtalyacaqdı ”. Bunların vətəndaşlara yeritdikləri devizə baxın.

Deməli bunların sözündən belə çıxır ki, güya ümid etdikləri həmin yumurtanı vətəndaş sındırıb və bu səbəbdən də “bazar bankı” yumurtasız qalıb. Ancaq bir anlığa fikirləşmirlər ki,bunların “yumurta pulunu” götürən düşmən deyil, onlar da bu ölkənin tam hüquqlu vətəndaşlarıdır və əgər vətəndaş pulu geriyə qaytara bilmirsə ,demək buna ciddi səbəblər var.

Belə banklar bunu araşdırmaq,faizləri azaltmaq , çətin vəziyyətdən çıxa bilməsi üçün müştərilərə mümkün qədər güzəştə getmək əvəzinə , onsuz da iflas olan binəva müştərilərilərə aman vermir,onları tam məhv etmək siyasətini tuturlar.

Yeri gəlmişkən , bu həqiqətləri görən,dilə gətirən təkcə sadə adamlar deyil.Məsələn,bu yaxınlarda Milli Məclisin plenar iclasında çıxışı zamanı hörmətli deputatımız ,iqtisadçı Vahid Əhmədov haqlı olaraq olaraq deyib ki,”Əhalinin hər 10 nəfərindən 9-un banklara borcu var “

Onun sözlərinə görə, 2008-ci ildə dünyada böhran olsa da, Azərbaycandan yan keçdi: “Azərbaycanın apardığı siyasət nəticəsində bu, böhran nəticəsində aradan qalxdı.

Amma ölkədə bank sistemində müəyyən problemlər qalmaqdadır. İstehlak kreditlərinin faizinin yüksək olması əhaliyə mənfi təsir göstərir”.

Millət vəkili kredit faizlərinin yüksək olmasından şikayətlənib: “Təsəvvür edin, 22%-dən az kredit verən bank yoxdu. Buna görə də əhalinin evləri, maşınları banklarda girovdu. Əhalinin hər 10 nəfərindən 9-un banklara borcu var. Bu probemlər aradan qalxmalıdır”.

Axı bunlar kimdilər?!Hansı qanunlara əsaslanırlar?!Ölkə qanunlarına əsaslanmaq əvəzinə, onlar nə üçün özbaşına çıxartdıqları qeyri-rəsmi qanunları özlərinə bayraq tuturlar.

Bəlkə elə xalqı dövlətə qarşı qaldıran bir dəstədirlər?! Ona görə də vətəndaşların hamısı üz tutur mətbuata ki,qoy bankların camaatın başına açdığı oyunlardan cənab prezidentin xəbəri olsun.

Bunların vətəndaşlara qarşı belə amansız münasibəti seçki qabağı iqtidara qarşı anti-kompaniyaya bənzəyir.Bəlkə bunlar vaxtı ilə vəzifələrini itirdiklərinə görə,indi bu yola əl atıb qisas almaq məqsədilə əhalidə dövlətə qarşı nifrət oyatmaq istəyirlər.

Krediti verəndə bir soruşardınız ki,”ay ev sahibi sənin əmlakını özgəsi banka qirov qoyur,sənin bu evdən savayı evin varmı yaşamağa? Sabah üç uşaqla ailənlə harda yaşayacaqsan?!

Qanunla biz sənin əmlakını qirov götürüb,Rasim Əli Hüseyn oğlu Haciyevə kredit verə bilmərik”Nə danışırsınız ,o vaxtı “Bank Standard” KB-nin qılıncının arxası da kəsirdi,qabağı da.

Əcəmi filialının müdiri Manaf müəllimə maraqlı deyildi ki,əmlakı qirov qoyulan üçüncü tərəfin bundan savayı evi var ya yox.Onda Manaf müəlimi yalnız kredit buraxdığı məbləğin “şapkası” maraqlandırırdı… \ Qafqazregion.az \








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? – Ermənilərdən yeni təşəbbüs
Dünən, 18:59
"Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Dünən, 18:27
"Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Dünən, 18:17
Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Dünən, 18:10
“Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Dünən, 18:06
Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək – 4.7 milyon xərclənəcək
Dünən, 18:03
Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb – Niyə imtina edildi?
Dünən, 17:48
"T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Dünən, 17:43
Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? - AÇIQLAMA
Dünən, 17:30
Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Dünən, 17:24
""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Dünən, 17:21
"Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Dünən, 17:15
“Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Dünən, 17:09
Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:07
7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Dünən, 17:00
İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Dünən, 16:59
Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Dünən, 16:54
Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Dünən, 16:25
ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Dünən, 16:20
İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Dünən, 16:08
Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Dünən, 16:01
O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Dünən, 15:55
“Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Dünən, 15:41
Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Dünən, 15:32
Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Dünən, 15:30
Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Dünən, 15:29
Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Dünən, 15:26
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Dünən, 15:15
S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Dünən, 15:12
Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Dünən, 15:09
"Həyatımdan narazıyam" - Əməkdar artist
Dünən, 15:04
Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Dünən, 15:02
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Dünən, 14:51
Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Dünən, 14:48
Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı - GƏLİŞMƏ
Dünən, 14:46
“Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Dünən, 14:45
İlhamə Novruzova işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 14:42
Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... - TƏFƏRRÜAT
Dünən, 14:41
ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
Dünən, 14:36
Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq
Dünən, 13:12
"Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Dünən, 13:05
Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Dünən, 13:02
Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Dünən, 12:49
İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Dünən, 12:47
Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Dünən, 12:44
Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Dünən, 12:38
GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Dünən, 12:28
Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib - KİV
Dünən, 12:26
İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? - GƏLİŞMƏ
Dünən, 12:24
Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Dünən, 12:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru