CAVİD QURBANOVLA BAĞLI ŞOK FAKTLAR YAYILDI
Tarix: 29-04-2013, 08:49 |
Çap et
ASC PREZİDENTİNİN İLGİNC FOTOSU: CAVİD QURBANOV KİMƏ PUL VERİR?
DİA.AZ: - Redaksiyamıza “Azəryolservis”in rəhbəri, millət vəkili Cavid Qurbanovla bağlı şok faktlar daxil olub. DİA.AZ-ın elektron poçtuna göndərilən məktubda bildirilir ki, boğaza qədər korrupsiyaya bulaşan Cavid Qurbanov hər kəslə eyni qaydada – rüşvət dili ilə alışmağı da vərdiş edib.
Elə DİA.AZ-a göndərilən fotoda da ASC prezidentinin polkovnik rütbəli birisinə rüşvət verdiyi görünür. Fotonu qollayan qaynaq yazır: “Sizə bir şəkil göndərirəm. Xahiş edirəm, Cavid Qurbanovdan soruşun ki, polkovnik rütbəli bu zabitə nə verir və niyə verir?
Sonra soruşun ki, yolların çəkilməsi üçün dövlət büdcəsindən ayrılan milyonları dəstələyib, paketləyib və çemodanlara yığaraq inkassator maşını ilə hansı ünvanlara və niyə göndərir?”..
Onu da bildirək ki, redaksiyamıza Cavid Qurbanovla bağlı əlavə faktlar da daxil olub. Araşdırmalarımız davam edir. Qarşı tərəfi də dinləməyə hazırıq...