TQDK SƏDRİ YENƏ MƏRDANOVA İLİŞDİ
Tarix: 6-12-2011, 13:16 |
Çap et
MƏLEYKƏ ABBASZADƏ BU DƏFƏ ÖZƏL TƏHSİL SEKTORUNU HƏDƏFƏ ALDI
“Bu il də, bundan sonrakı illərdə də ali məktəblərə keçirilən qəbul imtahanlarında əsas müsabiqə dövlət sifarişli yerlər üzrə olacaq”.
APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, Azərbaycanda bu il boş qalan kifayət qədər ödənişli yerlər var. Gələn il də həmin yerlərin boş qalacağı gözlənilir: “Özəl ali məktəblərdə kifayət qədər plan yerləri var ki, öz tələbələrini tapmırlar. İnsanlar o ali məktəbdə oxumaq istəmirlər. İnsanlar ali məktəbin dövlət sifarişli yerlərinə qəbul olunmayıblarsa, orta ixtisas məktəblərində oxumağa daha çox üstünlük verirlər”.