QUBADA 47 YAŞLI QADIN YANDI
Tarix: 10-04-2013, 10:13 |
Çap et
ONUN DURUMUNUN AĞIR OLDUĞU DEYİLİRGecə saatlarında Quba rayonunun Çiçi kəndində bədbəxt hadisə baş verib.
APA-nın Şimal bürosunun verdiyi məlumata görə, 47 yaşlı kənd sakini Süleymanova Zemfira Allahyar qızı od qalamaq istəyərkən yanıb. O, bədənin 40 faizə qədər hissəsinin 2-ci və 3-cü dərəcəli texniki yanıq xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alan qadının vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.