Əsas Səhifə > Hadisə > QUBADA 47 YAŞLI QADIN YANDI

QUBADA 47 YAŞLI QADIN YANDI


10-04-2013, 10:13
QUBADA 47 YAŞLI QADIN YANDI
ONUN DURUMUNUN AĞIR OLDUĞU DEYİLİR

Gecə saatlarında Quba rayonunun Çiçi kəndində bədbəxt hadisə baş verib.

APA-nın Şimal bürosunun verdiyi məlumata görə, 47 yaşlı kənd sakini Süleymanova Zemfira Allahyar qızı od qalamaq istəyərkən yanıb. O, bədənin 40 faizə qədər hissəsinin 2-ci və 3-cü dərəcəli texniki yanıq xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alan qadının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt