RAMİL USUBOVDAN ŞOK KADR İSLAHATLARI
Tarix: 9-04-2013, 11:32 |
Çap et
KİMLƏR HARA TƏYİN OLUNDU?Bakının polis orqanlarında kütləvi yerdəyişmə olub.
APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Baş Mühafizə İdarəsinin Xətai rayon mühafizə şöbəsinin rəisi Natiq Dəmirov tutduğu vəzifədən azad edilib. Onun yerinə Nəsimi rayon Polis İdarəsinin (RPİ) 21-ci Polis Bölməsinin rəisi Azad Quliyev təyinat alıb.
R. Usubovun imzaladığı digər əmrlərlə Xətai RPİ-nin 36-cı Polis Bölməsinin rəisi Nasir Babayev Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə, 20-ci Polis Bölməsinin rəisi Sahib Babayev Xəzər RPİ-nin 2-ci Polis Bölməsinə, 2-ci Polis Bölməsinin rəisi Sultan Zeynalov 1-ci Polis Bölməsinə, 1-ci Polis Bölməsinin rəisi Cövdət Məmmədov isə 21-ci Polis Bölməsinə rəis təyin olunublar.
Bundan başqa, daxili işlər nazirinin əmri ilə Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin rəisi Arif Məmmədov sərəncama göndərilib. Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinin rəis müavini Rəşad Əhmədzadə 6-cı Polis Bölməsinə, Suraxanı RPİ-nin 30-cu Polis Bölməsinin rəis müavini Vidadi Qurbanov isə 36-cı Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, rəis müavini vəzifəsindən 6-cı Polis Bölməsinə rəisi vəzifəsinə təyin olunan R. Əhmədzadə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin oğludur.