SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub .....                     SEPAH generalı İranın qonşularını .....                     Nazirlik 71 min manata “Toyota” alır .....                     Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" .....                     "TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var .....                     Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün .....                     Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: .....                     Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ .....                     Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? .....                     Pərvin Quliyevaya yüksək vəzifə verildi .....                     "Əli Əsədov dərhal həbs edilməlidir" .....                     Revanşistlər Bakıya YENƏ dil uzatdı .....                     Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR .....                     Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI .....                     Pakistandan dünyaya “Taimoor” MESAJI .....                     Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... .....                     Rusiya bu azərbaycanlını İnterpola verdi .....                     Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? .....                     Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı .....                     İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib .....                     "Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında .....                     Dadsız, rəngsiz POMİDORLAR .....                     “Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi” .....                     Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi .....                     Vüsal Aslanov bu imtahandan “2” aldı .....                     Azərbaycan nefti cüzi bahalaşıb .....                     “Rabitəbank”da yığıncaq keçiriləcək .....                     Ölüdən orqan götürmək haramdır? .....                     Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? .....                     Repetitorluğun ləğvi gerçəkləşir .....                     "Dinləmirlər, eşitmirlər..." .....                     Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək .....                     Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                     İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                     Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? .....                     AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... .....                     Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... .....                     Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU .....                     İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir .....                 

"ONU ÖLDÜRMƏK FİKRİM OLMAYIB"...
Tarix: 2-04-2013, 11:13 | Çap et
"ONU ÖLDÜRMƏK FİKRİM OLMAYIB"...
NARKOTİK ALVERÇİSİ QATİLƏ NECƏ ÇEVRİLİB?

Şəki Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən iclasda qəsdən adam öldürməkdə ittiham olunan Bağırov Zaur İnayət oğlunun məhkəmə istintaqı yekunlaşıb. Məhkəmə yolu ilə müəyyən edilib ki, Zaur Bağırov 28 may 2011-ci ildə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Məntəqə tipli cəzaçəkmə müəssisəsində onunla birlikdə cəza çəkən Mehman Xeyirovla sonuncunun idarə etdiyi avtomaşınla cəzaçəkmə müəssisəsindən Şəki rayonunun Qayabaşı kəndinə qayıdarkən kəndin girəcəyində həmkəndlisi və qohumu Eldəniz Mustafayevlə rastlaşıb. Onlar birlikdə kənddəki Mədəniyyət evinin yaxınlığında yerləşən bağ sahəsinə gedərək orada yemək yeyiblər. Eldəniz Mustafayevin son zamanlar onunla rastlaşarkən kürəyinə sillə vurub, ələ salaraq nalayiq ifadələr işlətməsini bəhanə edən Zaur Bağırov qəsdən mübahisə yaradıb. Mübahisə zamanı o, yaşadığı evdən ov tüfəngini gətirərək Eldəniz Mustafayevə bir dəfə atəş açıb. Yaralı hadisə yerində olan Mehman Xeyirov tərəfindən Oğuz Mərkəzi rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Eldəniz Mustafayev xəstəxanadaca dünyasını dəyişib.

MÜTTƏHİM HAQDA QISA ARAYIŞ:

Bağırov Zaur İnayət oğlu - 1974-cü ildə Şəki rayonunun Qayabaşı kəndində anadan olub. Əvvəllər məhkum edilib. Ailəlidir. Natamam orta təhsillidir. Şəki rayonunun Qayabaşı kəndində yaşayır. AR CM-nin 120.2.2-ci maddəsi ilə təqsirli bilinir.

MƏHKƏMƏ PROSESİNDƏN:

Narkotik alverçisi

Təqsirləndirilən şəxs qismində dindirilən Zaur Bağırov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində 2004-cü ilin aprel ayında narkotik vasitələrin satışı ilə bağlı 8 il müddətinə azadlıqdan məhrum edildiyini göstərib: "Əvvəlcə cəzamı Ədliyyə Nazirliyinin 2 saylı cəzaçəkmə müəssisəsində çəkmişəm. 2009-cu ildə Qobustanda yerləşən 8 saylı cəzaçəkmə müəssisəsinə köçürüldüm. Cəzaçəkmə müəssisəsinə köçürüldüyüm vaxtdan evə buraxıldım və həftədə bir dəfə müəssisəyə gedərək imza edib, yenidən yaşadığım kəndə qayıdırdım. Ötən ilin may ayının 28-də səhər saatlarında mənimlə bir yerdə cəza çəkən Mehman Xeyirovla birlikdə növbəti dəfə imza etmək üçün Qobustana getmişdik. Geri qayıdarkən mağazadan çörək, kolbasa və araq aldıq. Yolda Eldənizə zəng vurub Mehmanla kəndə gəldiyimi və bizi qarşılamasını bildirdim.

"Sözlərin başına problem açacaq"

Kəndə çatanda Eldənizi də götürüb şam etmək üçün həmkəndlimiz Sərxanın çayxanasının yanında olan klubun həyətinə getdik. Sərxandan şirə və araq içmək üçün stəkan aldıq. Klubun həyətindəki stolun ətrafında oturub çörək yeməyə başladıq. Elə təzəcə çörək yeməyə başlamışdıq ki, Eldəniz yenə də mənimlə nalayiq sözlərlə zarafat etdi. Bu cür zarafatların onun başına problem açacağını dedikdə, Eldəniz söyüş söydü. İradımı bildirib zarafatı qurtarmasını söylədim. Lakin Eldəniz kobud, nalayiq sözlər deməkdə davam etdi.

"Səni kimsə qızışdırıb üstümə salıb"

Eldəniz sözlərimə əhəmiyyət verməyərək, "yaxşı eləyirəm!", - deyə cavab verdi. Bu vaxt Mehmana zəng gəldi. Mehman telefonla danışan zaman Eldənizə, "səni kimsə qızışdırıb üstümə salıb", - dedim. Bu sözdən sonra o, başını bir az yana çevirərək yavaş səslə var-yoxumu söydü. Eldənizə, "mənə söyürsən eləmi? Burda dur, indi gəlirəm", - dedim və yaşadığım evə getdim. Atamdan yadigar qalmış ov tüfəngini götürüb yenidən klubun həyətinə, Eldənizlə çörək yediyimiz yerə gəldik. Onun yanına çatanda dedim ki, söyüşünü geri götür, heç olmasa de ki, bu sözlər ağzımdan çıxdı. Mehman söhbətə müdaxilə edərək, "lazım deyil, qurtarın!" dedi. Mehmana dedim ki, sənlik burada bir iş yoxdur, sən çıx get.

"Onu öldürmək fikrim olmayıb"

Mehman aralaşıb gedən zaman yenidən Eldənizə, "sən bircə kəlmə de ki, bu sözlər mənim ağzımdan bilmədən çıxdı, mən də səni bağışlayım" dedim. Lakin Eldəniz yenə də söyüş işlətməkdə davam etdi. Tüfəngin lüləsini aşağı tutmuşdum. Eldənizi qorxutmaq məqsədi ilə tüfəngi havaya qaldırdım. Onunla danışanda əlim tətiyə dəydi və güllə bir dəfə açılaraq Eldənizin çiyninə dəydi. Eldəniz yerə yıxıldı. Bundan sonra Mehman onu xəstəxanaya apardı.

Eldənizi öldürmək məqsədim olmayıb. Tüfəngi havaya qaldıran zaman əlim tətiyə dəyib. Güllə təsadüfən Eldənizə dəyib. Törətdiyim əməldən peşmanam".

"Zaurun qardaşı Rusiyadan ona pul göndəribmiş"

Zərərçəkmiş şəxs qismində dindirilən Səməd Mustafayev (mərhumun atası) ifadəsində sözügedən cinayət hadisəsinin kökündə pul məsələsi dayandığını göstərib: "Oğlum öldürüldükdən sonra kiçik oğlum Əzim mənə bir neçə ay bundan əvvəl Eldənizlə Zaur arasında olan bir söhbəti danışdı. Əzimin deməsinə görə, Zaurun Rusiyada yaşayan böyük qardaşı Azad bir neçə ay bundan əvvəl qardaşı Zaura xərcləmək üçün pul göndərib. Zaurun kiçik qardaşı Rauf isə həmin pulu xərcləyib. Məsələdən xəbər tutan Zaur qardaşından ona çatacaq pulu qaytarmağı tələb edib.

"Oğlum iki qardaş arasına girməyəcəyini deyib"

Rauf isə qorxduğu üçün Zaura pul göndərilmədiyini deyib. Rauf Eldənizdən Zaura pul göndərilmədiyini deməsini xahiş edib. Eldəniz də Raufa iki qardaş arasına girə bilməyəcəyini söyləyib. Rauf oğluma qardaşının onu öldürəcəyi ilə hədələməsini dedikdə, Eldəniz onun xahişini yerinə yetirib. Yəni Zaurla danışmağı qərara alıb. Bundan sonra Eldəniz Zaurla söhbət edərək ona qardaşı Azad tərəfindən pul göndərilmədiyini deyib. Məsələ bununla da bağlanıb. Həmin söhbətdən bir müddət keçdikdən sonra Zaura bəlli olub ki, qardaşı Azad həqiqətən də ona pul göndərib.

"Niyə mənə yalan danışmısan?"

Zaur yenidən Eldənizlə söhbət edərək ondan nə üçün yalan danışdığını soruşub. Eldəniz isə cavabında Zaura bildirib ki, o özü istəyərək yalan danışmayıb. Yalan danışmasının səbəbi qardaşı Raufu ölümlə hədələməsi olub. Bundan sonra Eldəniz Zaurla Raufu üzləşdirib. Söhbət zamanı Rauf özü də etiraf edib ki, Eldənizin Zaura yalan danışmasının səbəbkarı o özüdür və Eldənizin bu məsələdə heç bir günahı yoxdur. Hadisə baş verən gün Zaur oğlumdan həmin pul məsələsi ilə bağlı yalan danışdığı üçün üzr istəməsini tələb edib. Eldəniz isə pul məsələsi ilə bağlı yalan danışmasının səbəbinin artıq aydınlaşdırıldığını bildirib və üzr istəməyib. Belə olduğu üçün də Zaur oğlumu öldürmək qərarına gəlib. Bu məqsədlə də evdən gətirdiyi tüfənglə Eldənizə atəş açıb.

Eldənizlə Zaur arasında əvvəllər heç bir münaqişə, dava-dalaş, düşmənçilik və ədavət olmayıb. Onların bir-birinə heç bir məbləğdə pul, əmlak və ya digər formada borcları olmayıb".

"Sən məni üç dəfə aldatmısan"

Şahid qismində dindirilən Mehman Xeyirov ifadəsində Zaurla cəzaçəkmə müəssisəsində tanış olduqlarını göstərib: "Zaurla 8 saylı cəzaçəkmə müəssisəsində tanış olmuşam. Zaurun Şəki rayonu, Qayabaşı kəndində yaşadığını bilirdim. Eldəniz Mustafayevi də Oğuz rayonunda meyvə-tərəvəz, bostan bitkiləri satan, dəmir alveri ilə məşğul olan şəxs kimi tanımışam. Növbəti dəfə cəzaçəkmə müəssisəsinə gedərkən Zaur onu da maşınla aparmağımı xahiş etdi. Hadisə baş verən gün Zauru da özümlə aparmışdım. Cəzaçəkmə müəssisəsindən qayıdan zaman yolda Zaur mağazadan araq, kolbasa, çörək aldı və onunla kəndə getməyi təklif etdi. Kəndə çatmamış Zaur kiməsə zəng edib danışdı. Zaurdan kiminlə danışdığını soruşduqda, Eldənizlə danışdığını dedi. Telefonu alıb Eldənizlə danışdım, hal-əhval tutaraq kəndlərinə qonaq gəldiyimi dedim. Eldəniz kənddə olduğunu və qardaşının çayxanasına gəlməyi bizə təklif etdi. Kəndə çatıb Eldənizlə yolun kənarında görüşən zaman o, qardaşının çayxanasının işləmədiyini söylədi və başqa çayxanaya getməyi təklif etdi. Hava isti olduğu üçün mən həyətdə oturmağı təklif etdim. Ağacın altındakı stolda oturub yemək yeməyə başlamaq istəyən vaxt Zaurla Eldəniz məzmunu mənə məlum olmayan söhbət etməyə başladılar. Zaur Eldənizə "sən məni üç dəfə aldatmısan, mənə üç dəfə yalan danışmısan" dedi. Eldəniz də cavabında Zaura "mən səni bir dəfə aldatmışam, bir dəfə yalan danışmışam, onu da sən özü bilirsən" deyə cavab verdi.

"İstəyirdim ki, tüfəngi əlindən alım"

Zaurla Eldənizin mübahisə etdiklərini görüb, "qonağa beləmi hörmət edirsiniz?",- deyərək onları sakitləşdirməyə çalışdım. Hər ikisi "Mehman gedəndən sonra söhbətimizi edərik" dedilər. Bu vaxt mənə zəng gəldi, danışmaq üçün bir qədər onlardan aralandım. Qayıdan zaman Eldənizlə Zaurun mehribanlıqla danışdıqlarını gördüm. Zaur sakitcə oturduğu yerdən ayağa qalxıb heç bir söz demədən harasa getdi. Fikirləşdim ki, yəqin əlini yumağa gedib. Lakin Zaur təxminən 5-10 dəqiqə sonra qayıtdı. Əlində tüfənglə təxminən 2-3 metr məsafə aralıda dayanıb tüfəngin lüləsini aşağıya tutaraq Eldənizə "denən ki, qələt eləmişəm" deyə qışqırdı. Zaurun əlində tüfəng gördüyüm üçün həyəcanlandım. Ona, "belə hərəkət lazım deyil, ayıbdır", - dedikdə Zaur, "Mehman, bu söhbət sənlik deyil, sən dur çıx get", - dedi. Əsəbi halda nalayiq söyüşlə oradan getməyimi tələb etdi. Tüfəngi almaq məqsədi ilə yan tərəfdən ona yaxınlaşmaq istəyərkən Zaur bir az da aralaşaraq Eldənizə yaxınlaşdı və atəş açacağını dedi. Eldəniz də ona atəş açmasını, atəş atmayacağı halda isə Zaurun var-yoxuna söyüş işlətdi. Zaur aralarında olan 2-3 metr məsafədən Eldənizə tüfəngdən atəş açıb sağ çiynindən vurdu. Sonra harasa getdi. Səsə gəlmiş tanımadığım adamların köməyi ilə Eldənizin yarasını əski ilə sarıyaraq öz maşınımla xəstəxanaya apardım. Xəstəxanada yaralıya tibbi yardım göstərilsə də, qısa vaxt ərzində Eldəniz öldü".

QEYD:

Məhkəmənin hökmü ilə Zaur Bağırov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Son söz əvəzi:

Söz-söhbət məntiqi sözlə və şirin söhbətlə həll oluna bilər. Sözün bitdiyi yerdə isə şeytan öz sözünü deyir. Lənət şeytana!










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub - ƏMR
Bu gün, 11:44
SEPAH generalı İranın qonşularını HƏDƏLƏDİ
Bu gün, 11:42
Nazirlik 71 min manata “Toyota” alır
Bu gün, 11:38
Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" - Kibermüharibə nəzarətdən çıxır
Bu gün, 11:36
"TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var
Bu gün, 11:34
Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün 1,4 milyon manat xərcləyəcək
Bu gün, 11:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: - Növbətçi həkim palatanı tərk edərək yatmağa gedib
Bu gün, 11:28
Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ - TƏFƏRRÜAT
Bu gün, 11:26
Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? – Solovyovu SUSDURMAQ zamanı
Bu gün, 11:23
Pərvin Quliyevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 11:22
"Əli Əsədov dərhal həbs edilməlidir" - Sərdar Cəlaloğlu
Bu gün, 11:21
Revanşistlər Bakıya YENƏ dil uzatdı - Paşinyan devrilsə...
Bu gün, 11:19
Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR - İTTİHAM VAR...
Bu gün, 11:14
Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 11:10
Pakistandan dünyaya “Taimoor” MESAJI - Yeni raket sınaqdan keçirildi
Bu gün, 11:01
Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... - İLGİNC İDDİA
Bu gün, 10:57
Rusiya bu azərbaycanlını İnterpola verdi - Terror İTTİHAMI
Bu gün, 10:30
Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? - AKTUAL
Bu gün, 10:25
Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı
Bu gün, 10:15
İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib - "Al-Jazeera"
Bu gün, 10:12
"Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:11
Dadsız, rəngsiz POMİDORLAR - Süfrəmizə keyfiyyətsiz məhsulu kim gətirir?
Bu gün, 10:10
“Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi”
Bu gün, 10:08
Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 10:05
Vüsal Aslanov bu imtahandan “2” aldı – REPLİKA
Bu gün, 10:02
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:47
“Rabitəbank”da yığıncaq keçiriləcək
Bu gün, 09:45
Ölüdən orqan götürmək haramdır? - İlahiyyatçı mübahisələrə son qoydu
Bu gün, 09:43
Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? - SİYAHI
Bu gün, 09:38
Repetitorluğun ləğvi gerçəkləşir - yeni model
Bu gün, 09:29
"Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru