Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? .....                     "Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb .....                     "Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" .....                     Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır .....                     “Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... .....                     Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək .....                     Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb .....                     "T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb .....                     Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? .....                     Azərbaycanda bu elektron pul təşkilatı üçün .....                     ""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır" .....                     "Bu kartlar qumarda istifadə üçün idi" .....                     “Vardanyanın işi” Avropa Məhkəməsində .....                     Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür .....                     7 körpənin ölümündə təqsirləndirilən şəxslər .....                     İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu .....                     Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq .....                     Bankomatlarda 1 və 5 manatlıq əskinaslar .....                     ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq .....                     İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? .....                     Azərbaycanda da dəhşətli istilər olacaq? .....                     O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” .....                     “Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... .....                     Əli Mirəliyev kimləri hədəf aldı? .....                     Ermənistanda "dedovşina": .....                     Bakıda bu universitet BAĞLANIR? .....                     Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb .....                     Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar .....                     S-400-lər Rusiyaya qaytarılır? .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır .....                     "Həyatımdan narazıyam" .....                     Azərbaycanda xarici kapitallı şirkət .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? .....                     Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz .....                     Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı .....                     “Bakıdakı gizli görüşün məqsədi…” .....                     İlhamə Novruzova işdən çıxarıldı .....                     Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... .....                     ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir .....                     Azərbaycan bu ölkənin iş modelinə keçir .....                 

TAKSİ BİZNESİ "BADIMCANLAŞIR"
Tarix: 30-03-2013, 13:12 | Çap et
TAKSİ BİZNESİ "BADIMCANLAŞIR"
Qarabağ müharibəsi əlili, 40 yaşlı Niyaməddin İmanov ailəsini dolandırmaq üçün 10 ilə yaxındır taksi sürür. Deyir ki, əvvəllər evinə çörəkpulu aparsa da, son 2 ildə nəinki çörəkpulu qazana, heç işləyə də bilmir. Səbəb – Nəqliyyat Departamentinin işçilərinin yaratdığı əngəllərdir. Məsələn, taksinin rəngi. Niyaməddin İmanovun maşını göy rənglidir, amma tələb edirlər ki, taksi ağ rənglə boyanmalıdır. Beləcə, o, lisenziya ala bilmir. Lisenziyası olmadığına görə də departamentin işçiləri onun öz maşınından taksi kimi yararlandığını görüncə, cərimələyir:

В«Əvvəl dedilər ki, sovet istehsalı olan maşınlar yığışdırılmalıdır. Ondan sonra da maşınların rəngini bəhanə edib lisenziya vermirlər. Lisenziya ala bilmək üçün tək şərt maşının rəngi deyil. Maşında sayğac olmalı, naviqatorlar quraşdırılmalıdır. Bunlar haradasa 1000-1500 manat edir. Sürücü bu qədər pulu necə tapsın? Bir sözlə, özləri bilərəkdən şərtləri belə sərtləşdiriblər ki, adi taksi sürücüləri işləyə bilməsin. Məqsəd – В«London taksiləriВ» üçün şərait yaratmaqdırВ».

В«NƏ LİSENZİYA VERİRLƏR, NƏ DƏ İŞLƏMƏYƏ İMKANВ»

Bakıya 2010-cu ilin sonundan Londonda istehsal olunan bənövşəyi rəngli, el arasında В«badımcanВ» deyilən taksilər gətirilib. Nəqliyyat Nazirliyinin məlumatına görə, hazırda Bakıda icazəli fəaliyyət göstərən 1200 taksidən 1000-i В«London taksiləriВ»dir.

Bakıda taksi sürməyin çətinliyi az deyil. Sürücülərdən kimi tıxacların çoxluğundan, kimi sərnişinlərin azlığından, kimi də Nəqliyyat Nazirliyindən gileylənir:
​​​
– Təxminən 3-4 il əvvəl taksi sürücüsü olmaq asan peşə idi. Amma indi çox çətindir. Demək olar ki, işləmək mümkün deyil...

– Taksi sürücüsü necə işləsin ki, lisenziyanın verilməsi şərtlərini sərtləşdiriblər. Lisenziyanı versələr, biz də arxayın işləyərik. Nə lisenziya verirlər, nə də işləməyə imkan. Nə edək, beləcə, qalmışıq çarəsiz.

– Səhərdən işə çıxmışam. Cəmi iki müştərim olub. Qazandığım pul də elə budur – cəmi 11 manat. Bu pulun da 5 manatı benzinə, 2 manatı lisenziyaya gedəcək, mənə cəmi 4 manat qalacaq.

– Bu gün taksi sürücülərinin ən böyük problemi lisenziyadır. Deyirlər maşının rəngi ağ olmalıdır. Maşın təzə olmalıdır. Şəxsən mənim onların dediyi şərtlə maşın almağa pulum yoxdur. Vəziyyət belədir ki, biz işləyə bilmirik.

В«İNHİSARDAN SÖHBƏT GEDƏ BİLMƏZВ»

Bakıda taksi işlətmək üçün lisenziya verilməsi şərtləri 2011-ci ildən bəri dəyişdirilib. Şərtlərdən narazı qalan taksi sürücüləri bir neçə dəfə Nəqliyyat Nazirliyinin qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərib.

​​Bundan sonra şərtlər bir qədər sadələşdirilib. В«London taksiləriВ» gətiriləndən, yəni son iki ildə Bakı küçələrindən sovet istehsalı olan taksilər yığışdırılıb. Elə sürücülər də deyirlər ki, lisenziya verilməsi şərtlərinin bu qədər sərtləşdirilməsi В«London taksiləriВ»nin taksi biznesini inhisara alması ilə bağlıdır.

Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov lisenziya şərtlərini sərt saymır. Onun fikrincə, sadəcə, sərnişinlərə daha yaxşı və daha yüksək keyfiyyətli xidmət göstərə bilmək üçün standartlar müəyyənləşdirilib:

В«Nəqliyyat sahəsində tam şəffaflıq, rəqabət mühiti var. Heç bir inhisardan söhbət gedə bilməzВ».

В«MƏQSƏDİMİZ В«LONDON TAKSİLƏRİВ»NİN ÜSTÜNLÜYÜDÜRВ»

В«London taksiləriВ»ni В«Bakı Taksi MMCВ» gətirib və elə həmin şirkət də bu onların fəaliyyətini idarə edir. Bu taksilərin rəngini və modelini prezident İlham Əliyev seçib. В«Bakı Taksi MMCВ»nin direktoru İlqar Qasımov belə deyir. Daha sonra bildirir ki, Nəqliyyat Nazirliyinə müraciətə ​​müsbət cavab alaraq həmin taksiləri gətirib istismara buraxıblar. Direktor ölkənin başqa şəhərlərində də В«London taksisiВ»ndən yararlanacaqlarını söyləyir:

В«Növbəti planlarımız Bakıda bu taksilərin sayını artırmaq, taksi fəaliyyətində bizim taksilərin üstünlüyünü təmin etməkdir. Şirkətimizin bir məqsədi də В«London taksiləriВ»nin satış və servisi ilə məşğul olmaqdırВ».

2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunları təşkilat komitəsinin ilk iclasında Nəqliyyat naziri Ziya Məmmədov daha min taksi maşınına ehtiyac duyulduğunu bildirib. Prezident İlham Əliyev olimpiya oyunlarınacan yeni taksilərinin gətirilmə zərurətini vurğulayıb.
​
В«MƏN 6 NƏFƏRLİK AİLƏMİ NECƏ DOLANDIRIM?В»

​​Bakı Nəqliyyat Departamentinin qarşısına, adətən, çox adam yığışır. Yaxınlıqda yaşayanlar deyirlər ki, tez-tez sürücülərlə departament işçilərinin mübahisəsinə şahid olurlar. Elə biz də orada olarkən təngnəfəs və tələsik departamentə gələn sürücü Vüqar Musayevlə rastlaşdıq. Sərnişinlər taksidən düşərkən onu departamentin işçiləri saxlayıb, sənədlərini əlindən alıblar. İndi gəlib sənədlərinin dalınca:

В«Ailəmi, uşaqlarımı dolandırmaq, evə 5-10 manat çörəkpulu aparmaq üçün bir maşın aldım. В«Mercedes VitoВ» markalı. Ya taksi sürücüsü, ya da fəhlə işləməkdən başqa əlacım yoxdur. Bir neçə saat öncə Nəqliyyat Departamentinin işçiləri sərnişinləri düşürdüyüm andaca məni tutdular, sənədlərimi əlimdən aldılar. Mən də qanuni taksi fəaliyyəti göstərmək istəyirəm. Lisenziya üçün dəfələrlə üz tutsam da, hər dəfə bir bəhanə ilə lisenziya verməkdən imtina ediblər. Bəs 6 nəfər ailəmi necə dolandırım? Nə ilə keçinək? Bu dəqiqə sənədlərimi alıblar əlimdən, qalmışam sənədsiz. İcazəsiz taksi sürdüyümə görə azı 100 manat cərimə yazacaqlar. Haradan alıb bu cəriməni ödəyəcəyəm?В».

Vüqar Musayevin dediyinə görə, eyni halla digər sürücülər də üzləşirlər. İndi onun bircə dərdi var, indi bircə suala tez cavab tapmalıdır: Cəriməni ödəmək üçün tələb olunan məbləği haradan və necə tapsın?








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? – Ermənilərdən yeni təşəbbüs
Dünən, 18:59
"Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Dünən, 18:27
"Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Dünən, 18:17
Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Dünən, 18:10
“Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Dünən, 18:06
Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək – 4.7 milyon xərclənəcək
Dünən, 18:03
Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb – Niyə imtina edildi?
Dünən, 17:48
"T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Dünən, 17:43
Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? - AÇIQLAMA
Dünən, 17:30
Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Dünən, 17:24
""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Dünən, 17:21
"Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Dünən, 17:15
“Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Dünən, 17:09
Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:07
7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Dünən, 17:00
İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Dünən, 16:59
Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Dünən, 16:54
Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Dünən, 16:25
ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Dünən, 16:20
İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Dünən, 16:08
Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Dünən, 16:01
O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Dünən, 15:55
“Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Dünən, 15:41
Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Dünən, 15:32
Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Dünən, 15:30
Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Dünən, 15:29
Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Dünən, 15:26
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Dünən, 15:15
S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Dünən, 15:12
Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Dünən, 15:09
"Həyatımdan narazıyam" - Əməkdar artist
Dünən, 15:04
Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Dünən, 15:02
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Dünən, 14:51
Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Dünən, 14:48
Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı - GƏLİŞMƏ
Dünən, 14:46
“Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Dünən, 14:45
İlhamə Novruzova işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 14:42
Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... - TƏFƏRRÜAT
Dünən, 14:41
ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
Dünən, 14:36
Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq
Dünən, 13:12
"Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Dünən, 13:05
Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Dünən, 13:02
Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Dünən, 12:49
İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Dünən, 12:47
Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Dünən, 12:44
Təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam... - artıq Azərbaycanın vizit kartına çevrilib!
Dünən, 12:38
GL Group ABŞ üzrə biznesinə yeni rəhbər TƏYİN ETDİ
Dünən, 12:28
Mamdani Netanyahunu həbs etmək hüququnun olmadığını deyib - KİV
Dünən, 12:26
İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək? - GƏLİŞMƏ
Dünən, 12:24
Ramiz Mehdiyevin BOKT-si də BORCA DÜŞDÜ... BAĞLANA BİLƏR - NƏ BAŞ VERİR?
Dünən, 12:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru