QISQANC ƏR ARVADINI BIÇAQLAYARAQ ÖLDÜRDÜ
Tarix: 24-03-2013, 12:43 |
Çap et
LƏNKƏRANDA AİLƏ FACİƏSİLənkəranda qətl hadisəsi baş verib. Hadisə rayonun Aşağı Nüvədi qəsəbəsində qeydə alınıb.
Trend xəbər verir ki, kənd sakini, 1977-ci il təvəllüdlü Arif Məmmədhüseyn oğlu Habilov qısqanclıq zəminində həyat yoldaşı, 1987-ci il təvəllüdlü Gülafət İbadulla qızı Əliyevanı bıçaqlayaraq öldürüb.
Hadisəni törədən A.Habilov istintaqdan yayınmaq istəsə də saxlanılaraq polis şöbəsinə gətirilib.
Qeyd edək ki, mərhum A.Habilovun ikinci arvadı imiş və iki yaşında bir oğlu var idi. Qətli törədən A.Habilovun birinci arvadından da iki uşağı var və uşaqlar anası ilə yaşayır.