Əsas Səhifə > Hadisə > QISQANC ƏR ARVADINI BIÇAQLAYARAQ ÖLDÜRDÜ
QISQANC ƏR ARVADINI BIÇAQLAYARAQ ÖLDÜRDÜ24-03-2013, 12:43 |
LƏNKƏRANDA AİLƏ FACİƏSİ Lənkəranda qətl hadisəsi baş verib. Hadisə rayonun Aşağı Nüvədi qəsəbəsində qeydə alınıb. Trend xəbər verir ki, kənd sakini, 1977-ci il təvəllüdlü Arif Məmmədhüseyn oğlu Habilov qısqanclıq zəminində həyat yoldaşı, 1987-ci il təvəllüdlü Gülafət İbadulla qızı Əliyevanı bıçaqlayaraq öldürüb. Hadisəni törədən A.Habilov istintaqdan yayınmaq istəsə də saxlanılaraq polis şöbəsinə gətirilib. Qeyd edək ki, mərhum A.Habilovun ikinci arvadı imiş və iki yaşında bir oğlu var idi. Qətli törədən A.Habilovun birinci arvadından da iki uşağı var və uşaqlar anası ilə yaşayır. Geri qayıt |