
DİA.AZ: - Redaksiyamıza bir qrup Gəncə sakini adından şikayət məktubu daxil olub. DİA.AZ olaraq həmin məktubu diqətinizə çatdırırıq. Qeyd edək ki, bu müraciət eyni zamanda dövlət başçısına və digər dövlət rəhbərliyinə aid şəxslərə də göndərilib. Məktubda deyilir:
“Hörmətli cənab Prezident İlham Əliyevin son müşavirəsində dövlət məmurlarının qarşısında korrupsiyaya qarşı mübarizə, xalqa vicdanla və ədalət prinsipiplərinə uyğun xidmət etmək vəzifələri konkret və qəti şəkildə qoyulmuşdur. Bu müşavirədə cənab Prezidentin hər bir fikri məmurların qarşısında qoyduğu vəzifə tələbləri hər bir vətəndaşın ürəyincədir. Biz Prezidentimizin məhz həmin göstərişlərinə arxalanaraq bu müraciəti edirik.
Nəzərinizə çatdırmaq istəyirik ki, 06.10.2011-ci il tarixdə Gəncə sakini Mehdi Hüseynzadə küçəsində yaşayan Şahin Əhmədov sərxoş halda həmin küçəyə ərzaq almaq üçün gələn Asəf Bağırovu heç bir səbəb olmadan təhqir etmişdir. Asəf Bağırov onu sərxoş vəziyyətdə görüb:“Bu təhqirləri götürməzdim”,daha keçib, qardaşlarına görə bağışlayıram”-deyərək öz küçəsinə qayıtmışdır.06.10.2011-ci il tarixdə saat 23-00 radələrində öz küşəsində dayandıqda Şahin Əhmədov iki qardaşı ilə onun yanına gələrək yenə də Asəfi küçə söyüşləri ilə təhqir edib, başından yumruq zərbə yetirmişdir. Zərbədən Asəfin başı yarılmış üstəlik Şahin Əhmədov özü ilə gətirdiyi odlu silahı çıxararaq ona tərəf atəş açmışdır.Asəf kənara atıldığı ücün güllə yan keçmişdir.Atəş səsinə qonşular,o cümlədən onun qardaşı Azər Bağırov özünü hadisə yerinə yetirmişdir və Şahin Əhmədov əlindən odlu silahı almışdır.Asəf özünü müdafiə etmək məqsədi ilə turist bıçağı ilə Şahin Əhmədova zərbələr yetirib. Şahinin qardaşları onları aralamaq əvəzinə Asəfin üstünə yumruqla, təpiklə atılmış, Asəfdə məcburiyyət qarşısında özünü mudafiə etmək üçün qardaşlara turist bıçaqla xəsarət yetirmişdir.Əhmədov Şahin xuliqanlıq niyəti ilə Asəf Bağırovu öldürmək istəyib. Bu baraədə Daxil İşlər Nazirliyi belə bir məlumat yayıb “Daxili İşlər Nazirlinin mətbuat xidmətinin məlumatına görə araşdırmalar zamanı hadisə baş verərkən Şahinin tüfəngi ilə A. Bağırovun atəş açması müəyyən edilib və onun evinə baxış zamanı oradan bir ədəd muvafiq sənədləri olmayan nomrəsi silinmiş ov tüfəngi aşkar edilərək götürülüb”. Əhmədov qardaşlarının bu hərəkətlərinə görə heç bir hüquq muhafizə orqanı gözünün üstündə qaşın var deməyib.
Nəzərə almayıblar ki, Şahin Əhmədov kimdir? Bu həmin Şahin Əhmədovdur ki 1986-cı ildə anadan olmuş, tüfeyli həyat keçirmiş indiyə qədər ailə qurmamış Naxçıvan MR Hərbi Məhkəməsininin 13.03.2006-cı il tarixli hökmü ilə Az.R.CM-nin 331.3-cü,339.1-ci,349.1-ci maddələri ilə təqsirli bilinib, 5 il müddətinə azadlıqdan məhrum edilmişdir.Həbsdən çıxdıqdan sonra da tüfeyli həyatına davam etməktədi.Əgər onun əməllərinə düzgün hüquqi qiymət verilməsə bu şəxs çox ailələri özünün şər əməlləri ilə başsiz qoya bilər.
İndi fikir verin ki, bu cür həyat sürən Ş. Əhmədov və onun qardaşlarının yerinə Asəf Bağırov bir yana, Şahin Əhmədovun əlindən tüfəngi alan Azər Bağırov da heç bir səbəb olmadan təqsirli bilinərək həbs edilmişdir.Belə yerdə deyirlər “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”.
Intintaq zamanı Əhmədov qardaşları zərərçəkmiş kimi tanınıblar.Asəf Bağırov və Azər Bağırov Şahin Əhmədovun əlindən tüfəngi alan müqəssir hesab edilərək bu günə qədər həbsdədir.Belə haqsızlığa necə dözmək olar?
Bundan dəhşətli Qanun pozuntusu odurki, Şahin Əhmədovun sərxoş olduğu yoxlanılmayıb, narkolojı dispanserin ekspertizası keçirilməyib. Asəf Bağırovun məhkəmə tibb ekspertizasından keçirərək yalnız başında olan xəsarət göstərilib, ancaq onun bədənindəki xəsarətlərlə bağlı məhkəmə tibbi ekspertizası çox təəssüf ki, düzgün keçirməyiblər. Şahinin əlindən alınan tüfəngi selofan paketində Baş Polis İdarəsinə Asəfin anası tərəfindən təhfil verilçişdir. Amma tüfəngin üzərində olan barmaq izləri ilə bağlı ekspertizası aparılmamış, hansı istiqamətində atıldığı, yəni atəş açanın Şahin Əhmədov və yaxud Asəf Bagırov olduğu muəyyənləşdirilmədən odlu silahla atəş açılması Asəfin boynuna qoyulmuşdur.
İstintaq zamanı və məhkəmədə olan davanın 5 şahidi dindirilib. Məhkəmədə Asəf Bağırovun vəkil tərəfindən 5 vəsatət təqdim olunub. Həmin vəsatətlərdə istintaqın saxtalaşdırılması və gərəzli mövgqe tutulması barəsində təqzibedilməz subutlar göstərilib.
5 şahidin notarius tərəfindən təstiqləmiş ərzələri və 5 vəsatətlər ərzə ilə Respublika Baş Prokuroru Rüstəm Usubova, Gəncə Şəhəri Ağır Cinayətlər məhkəməsinin sədrinə, Kəramət Əliyevə Milli Məclisin deputatı Musa Quliyevə təqdim edilib, məhkəmə iclasında baxılmasına nəzarət etmək üçün.Göstərilən sənədlər ətraflı tanış olmaq üçün Ağır Cinayətlər Məhkəməsinin ittihamçısı Prokuror Ceyhun Almazova təqdim olunmuşdur. Buna baxmayaraq məhkəmədə təqdim olunmuş vəsatətlər, hakim Zabil Qasımov tərəfindən nəin ki, nəzərə alınmadı heç oxunub səslənmədi. Təqsirləndirilən şəxslər Bağırov qardaşları etiraz edib bu ədalətsizliyə məhkəmənin qərəzli bir tərəfli aparıldığıni bildirdilər və etiraz əlaməti olaraq məhkəməni tərk etdillər. Asəf Bağırov aclıq elan edib. Ən maraqlı və təəcüblüsü odur ki Azərbaycan qanunlarına Cinayət Məcəlləsinin maddələrini və Konstitusiya müddəalarına Prezidentin göstərişlərinə zidd olaraq, Ağır cinayətlər üzrə məhkəmənin ittihamçı - prokuror Ceyhun Almazov qərəzli ittiham irəli sürüb. Asəf Bağırova 14 il 6 ay, Azər Bağırova isə 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı məhkəmədən iş istəyib. Belə çıxır ki, yuxarıda göstərilən müraciətlərə, ərizələrə dövlət məmurları əhəmiyyət verməyiblər.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Zabil Qasımov, ittihamçı prokuror Ceyhun Almasov öz qulluq mövqeyindən sui istifadə edərək, səlahiyyətlərini aşaraq saxtakarlığa və səhlənkarlığa yol verərək qanunvericiliyin tələblərini pozaraq Bağırov qardaşlarının konstitusion hüquqlarına zərbə vuraraq kifayət qədər qanunsuzluq ediblər. Belə olduğu təqdirdə ortada korrupsiya cinayətinin olması da danılmazdır.
Məcburiyyət qarşısında özünü mudafiə edən Allah möcüzəsi ilə qurtaran Asəf Bağırovun və heç bir günahı olmadan həbs olunmuş Azər Bağırovun anasının, balalarının göz yaşlı qoyulmasının səbəbi qanuna düzgün qiymət verilməməsidir.
Bu ailəni param-parça etməyin!
Ümid edirik ki, bu işə yenidən Qanun çərçivəsində baxılaçaq və haqq ədalət zəfər çalacaq!
Dövlət keşiyində duran Ağır Cinayətlər Məhkəməsinin hakimi Zabil Qasımov və ittihamçı prokuror Ceyhun Almasov Korrupsiya Cinayyətlərə yol verdiyinə görə Qanun qarşısında cavab verməlidirlər!”
Bütün tərəfləri dinləməyə hazırıq...








