NAXÇIVANDA HƏRBİ MAŞIN AŞIB
Tarix: 13-03-2013, 15:28 |
Çap et
BİR ƏSGƏRİMİZ ÖLÜBAzərbaycanda hərbi maşın qəzaya uğrayıb.
APA-nın məlumatına görə, hadisə bu gün 12.30 radələrində Naxçıvan Muxtar Respublikasında qeyd alınıb.
Culfa-Ordubad yolunda hərəkətdə olan, “N” saylı hərbi hissəyə məxsus yük maşınının aşması nəticəsində maşınının komandiri, 1986-cı il təvəllüdlü gizir Roman İslam oğlu Məmmədov hadisə yerində ölüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev APA-ya məlumatı təsdiqləyib.