Əsas Səhifə > Hadisə > NAXÇIVANDA HƏRBİ MAŞIN AŞIB

NAXÇIVANDA HƏRBİ MAŞIN AŞIB


13-03-2013, 15:28
NAXÇIVANDA HƏRBİ MAŞIN AŞIB
BİR ƏSGƏRİMİZ ÖLÜB

Azərbaycanda hərbi maşın qəzaya uğrayıb.

APA-nın məlumatına görə, hadisə bu gün 12.30 radələrində Naxçıvan Muxtar Respublikasında qeyd alınıb.

Culfa-Ordubad yolunda hərəkətdə olan, “N” saylı hərbi hissəyə məxsus yük maşınının aşması nəticəsində maşınının komandiri, 1986-cı il təvəllüdlü gizir Roman İslam oğlu Məmmədov hadisə yerində ölüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev APA-ya məlumatı təsdiqləyib.

Geri qayıt