NEFT ŞİRKƏTİNİN İŞÇİSİ CANINA QIYDI
Tarix: 1-03-2013, 10:21 |
Çap et
BNEZ-İN OPERATORUNUN İNTİHAR SƏBƏBİ MƏLUM DEYİLBakı şəhərinin Xətai rayonu ərazisində intihar hadisəsi baş verib. Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, Zığ yolu küçəsi 35 ünvanında yerləşən yataqxanada, orada yaşayan 1985-ci il təvəllüdlü Rüstəmov Emin Vidadi oğlu intihar edib. Onun meyiti binanın 4-cü mərtəbəsində yanğın təhlükəsizliyi məqsədi ilə bərkidilmiş pilləkəndən asılı vəziyyətdə tapılıb.
Məlumata görə, intihar etmiş 28 yaşlı E.Rüstəmov Azərbaycan Dövlət Neft Şirkətinin işçisi olub. O Bakı Neft Emalı Zavodunda operator vəzifəsində işləyib.
Faktla əlaqədar cinayət işi açılıb, araşdırmalar aparılır.