Əsas Səhifə > Hadisə > NEFT ŞİRKƏTİNİN İŞÇİSİ CANINA QIYDI

NEFT ŞİRKƏTİNİN İŞÇİSİ CANINA QIYDI


1-03-2013, 10:21
NEFT ŞİRKƏTİNİN İŞÇİSİ CANINA QIYDI
BNEZ-İN OPERATORUNUN İNTİHAR SƏBƏBİ MƏLUM DEYİL

Bakı şəhərinin Xətai rayonu ərazisində intihar hadisəsi baş verib. Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, Zığ yolu küçəsi 35 ünvanında yerləşən yataqxanada, orada yaşayan 1985-ci il təvəllüdlü Rüstəmov Emin Vidadi oğlu intihar edib. Onun meyiti binanın 4-cü mərtəbəsində yanğın təhlükəsizliyi məqsədi ilə bərkidilmiş pilləkəndən asılı vəziyyətdə tapılıb.

Məlumata görə, intihar etmiş 28 yaşlı E.Rüstəmov Azərbaycan Dövlət Neft Şirkətinin işçisi olub. O Bakı Neft Emalı Zavodunda operator vəzifəsində işləyib.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırmalar aparılır.

Geri qayıt