RÜŞVƏTƏ GÖRƏ KOMANDİR MÜHAKİMƏ OLUNDU
Tarix: 26-11-2011, 17:06 |
Çap et
RAMİL EYVAZOV 8 İL İŞ ALDI
Azərbaycan Ordusunun rüşvətxorluqda təqsirləndirilən zabitinə hökm oxunub. Bu barədə APA-ya Tərtər Hərbi Məhkəməsindən bildirilib.
Məlumata görə, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin qərargah bölüyünün komandiri, kapitan Ramil Eyvazov Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə), 311.3.4-cü (rüşvət alma – hədə qorxu tətbiq olunmaqla törədildikdə) və 331.2-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və işgəncə vermə) maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.
Birinci instansiya məhkəməsinin çıxardığı hökmlə razılaşmayan hərbçi apellyasiya şikayəti verib. R. Eyvazovun apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsində baxılacaq.