Məqsədli büdcə fondları ləğv ediləcək .....                     Azərbaycanın Sankt-Peterburqdakı sabiq baş konsulu qaçaqmalçılıqda ittiham olunur .....                     İsrail Bakını niyə “qara siyahı”ya saldı? .....                     Azərbaycanda məşhur ev dustaqları .....                     Niyə Naxçıvan revanşistlərin gündəliyinin növbəti mərkəzinə çevrilib? .....                     Ermənistanda QİYAM əhvalı? .....                     “Unibank”ın İdarə Heyətində dəyişiklik olub .....                     “Yaşıl bazar”ın yanındakı “Qara bazar” .....                     Parlamentin payız sessiyası çərçivəsində komitə iclasları başlayır .....                     "Bizi gündə 12–14 saat, elə vaxt olur 16 saat işlədirlər..." .....                     İki tanınmışdan AYNA-ya etiraz .....                     Arvadını döyən stomatoloq: “Evdən 100 min manat pul götürdüyümü dedi, üç dəfə üzümə tüpürdü” .....                     İran Ermənistana birgə azad iqtisadi zona təklif etdi .....                     İşxanyanın "hüquqi iştahaları" .....                     “Azəriqaz”ın əməkdaşı “TƏBİB-də işə düzəldəcəyəm” deyib dələduzluq etdi .....                     Şəkidə “Zipline” əyləncəsindən istifadə edən iki şəxsin həlak olması ilə bağlı cinayət işi başlandı .....                     Xocalıda ANAMA əməkdaşı minaya düşdü .....                     Azərbaycan nefti bahalaşdı .....                     "Bərbad bir xidmət səviyyəniz var..." .....                     "Bizim mətbuatda üzgörənlik, kimə isə yarınmaq baş alıb gedir!" .....                     Ermənilər Azərbaycandan 1400 hektar istəyir: Ağstafa sərhədində yeni tələb .....                     Venesuela nefti ABŞ-yə 500 il kifayət edəcək .....                     "Görəsən, nəyi və kimi gözləyirlər?" .....                     TRIPP layihəsindən əvvəl Azərbaycanın əsas tələbi prioritet olmalıdır .....                     Arvadının başına ütü ilə vuran şəxs: “Gizlin şəkildə telefon işlədirdi, kiminləsə danışdığını gördüm” .....                     Teymur Qurbanovun şirkətində nə baş verir? .....                     Bakı Paşinyana o pulu versə... .....                     İranın İordaniyadakı ABŞ bazasına zərbələri nəticəsində hərbi təyyarələr zədələnib .....                     "Mirələm Calalovun maliyyə pozuntularından xəbəriniz varmı?" .....                     "Rahat olun, hamı bilir şirkətinizin keyfiyyətini..." .....                     Varlılar üçün əhəmiyyətsiz dəyişiklik: Kasıblar isə ev alanda yüz ölçüb, bir biçəcək .....                     Ukrayna təkbaşına mübarizə apara bilməz .....                     Azərbaycan iqtisadiyyatında BÖYÜMƏ DAYANDI... .....                     Burda müştərini ZƏHƏRLƏMƏK İSTƏYİRLƏR? .....                     Benzin böhranı .....                     “KANATI QIRILAN” AZƏRBAYCAN TURİZMİ... .....                     Zaur Mikayılovun mövqeləri ZƏİFLƏYİR .....                     Fuad Nağıyev bu sektoru TAM MƏHV EDİB .....                     “Yəqin, Rusiya özü keçmiş SSRİ məkanında təxribatlar hazırlayır və bunu başqalarının boynuna atmağa çalışır...” .....                     Bayramov-Mirzoyan görüşündən sonra nəticələr görünəcək .....                 

ŞOK: - SUMQAYIT MƏHKƏMƏSİ ƏRLİ QADINI ƏRƏ VERİB
Tarix: 22-02-2013, 12:01 | Çap et
ŞOK: - SUMQAYIT MƏHKƏMƏSİ ƏRLİ QADINI ƏRƏ VERİB
BAŞQA ÖLKƏNIN VƏTƏNDAŞI OLAN QADIN HAQDA İLGİNC QƏRAR ÇIXARILIB

DİA.AZ: - Redaksiyamıza qəribə bir məktub daxil olub. Hazırda Volqoqrad şəhərində yaşayan Flora Güləmir qızı Babayeva Sumqayıt şəhər İnzibati İqtisadi Məhkəməsinin onun xəbəri olmadan onu ərə verməsindən danışır. DİA.AZ-a daxil olan məktubdan aydın olur ki, Zaur Pirverdiyev adlı hakim 2006-cı ildə əri Babayev Sabitdən boşanaraq ba.qasına ərə getmiş bu qadını özünün xəbəri olmadan məhkəmə keçirərək əvvəlki ərinə qaytarıb. Flora xanım dünyada bəlkə də bundan əcaib bir hadisə baş vermədiyini bildirir. Oxucuya məsələ tam aydın olsun deyə həmin məktubu nöqtə -vergülünə toxunmadan dərc edirik.

“Yazıb sizə bildiriərm ki, mən 27.12-1991-ci ildə Qusar rayonunda yaşayan Babayev Sabit Əlibala oğlu ilə ailə qurmuşam. Bu nigahdan bizim üç qız övladımız dünyaya gəlib. Maddi çətinlik üzündən 1998-ci ildə Volqaqrad şəhərinə köçmüşük. Orada mənim anam, iki qardaşım, üç bacım yaşayır. Bir müddət onların himayəsində yaşamalı oldum. Yalnız mən işləməyə başlayandan sonra ailə təminatımız müəyyən qədər ödənildi və biz qohumların himayəsindən çıxdıq. Sonralar işimi daha da genişləndirərək ailənin maddi durumunu tam sabitləşdirə bildim. Mən vətənə dönmək arzusu ilə yaşayaraq, durmadan çalışdığım halda, keçmiş ərim - Babayev Sabit Əlibala oğlu nəinki mənə kömək etmir, əksinə, mənim fəaliyyətimi də səbəbsiz olaraq əngəlləyirdi. O, gah qondurma bəhanələrlə evdə dava-dalaş salır, gah zor tətbiq edib məni döyüb-söyür, gah pulları götürüb mənasız yerlərə xərcləyir, gah araq dostlarını kirayədə qaldığımız və üç qız uşağı olan evə gətirərək hay-küylü ziyafətlər qurur, gah da həftələrlə yoxa çıxırdı. O, ailə başçısı deyilmiş kimi, ailənin heç bir ehtiyacını ödəmir və balalarını düşünmürdü.

2006-cı ilin ortalarına qədər davam edən bu anormal həyat tərzi artıq dözülməz həddə yetmişdi. 2006 -cı ildə onun məndən gizli olaraq iş yeri kimi istifadə etdiyim obyekti (qarajı) bir köhnə minik avtomobilinə dəyişməsi nəticəsində mən işimi və ailənin yeganə qazanc yerini itirdim. Bundan sonra ailəmiz yenidən ciddi maddi çətinliklərlə üz-üzə qaldı. Belə bir şəraitdə o məni boşamaqla hədələdi. Mən üç qız övladı ilə nə etmək və necə yaşamaq haqqında düşündüyüm halda o, ümumiyyətlə, Volqoqraddan yoxa çıxdı. Mən bu zaman yad şəhərdən çıxıb Vətənə qayıtmaq istəyirdim. Lakin köhnə SSRİ pasportumun vaxtı keçdiyindən və Azərbaycanın yeni pasportunu almadığımdan, bu istəyimi də gerçəkləşdirə bilmirdim. Təsəvvür edin, üç azyaşlı uşaq qucağımda küçələrdə qalmış, qohumlarıma da üz tuta bilmirdim.

Bir gün, daha dəqiq desəm, 2007-ci il may ayının sonlarında Sabit Babayev mənim gözləmədiyim halda kirayə qaldığım evə gələrək nigahımızın pozulması haqqında şəhadətnaməni üstümə atıb, məni dilə gətirilməsi mümkün olmayan ifadələrlə təhqir edərək, məndən canını qurtardığını bildirdi. Düzünü deyim, 1998-ci ildən sonra bir dəfə Azərbaycanda olmadığım və məhkəmə tərəfindən heç bir çağırış almadığım halda, guya, Qusar rayon Məhkəməsi bizim nigahımızı pozmuş və bizim ayrılmağımız haqqında qərar çıxarmışdı. Bunun necə baş verdiyini bu günədək anlaya anlaya bilmirəm. Çünki o, bildirirdi ki, guya, məhkəməyə müraciət edib və məhkəmə qərarı əsasında Qusar rayon VVAQ idarəsi nigahın pozulması barədə Şəhadətnaməni ona təqdim edib. Doğrudur, bütün bu proseslərin qanunsuz şəkildə olduğunu bilsəm də, məsələni böyütmədim. Sadəcə olaraq, bu rəsmi boşanmadan sonra övladlarımı necə saxlamaq və böyütmək üçün yollar axtarmağa başladım. Çünki bu şəxs (keçmiş həyat yoldaşım Sabit Babayev) övladlarımızın böyüməsində iştirak etməyəcəyini də qəti şəkildə bildirmişdi. Doğrusu, yuxarıda qeyd etdiyim kimi, nigahda olduğumuz vaxtda da bu adamdan heç bir kömək görməmişdim.

Çox acınacaqlı vəziyyət yaransa da, özümü itirmədim, birtəhər ailəmi dolandıra bildim. Lakin 2007-ci ildə tale sanki məni ikinci dəfə sınağa çəkdi. Volqoqradda yaşayan həmyerlim Baqiyev Fariz Əbdülcəlil oğlu ilə tanış oldum və tezliklə o, mənə ailə qurmağı təklif etdi. Biz 7 iyul 2007-ci ildə onunla rəsmi nigaha girdik. Amma təəsüflər olsun ki, o, mənim övladlarıma ögey münasibət bəslədiyi üçün 2010- cu ildə ayrılmalı olduq.

Sabit Babayevlə nigahımızın pozulmasından 7 il keçəndən və mən bu illər ərzində daha bir dəfə nigahda olub ayrıldıqdan sonra adıçəkilən şəxs müəyyən maraqlarını təmin etmək məqsədi ilə məndən xəbərsiz məlum olmayan yollarla nigahımızı bərpa etmək fikrinə düşüb. Özü də bu işi o özü yox, onun qardaşı Babayev Rahib həyata keçirib. Bu dəfə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi Qusar rayon məhkəməsinin yolu ilə gedərək (adıçəkilən məhkəmə bu gün bildirir ki, ümumiyyətlə belə bir işə baxmayıb) mənim rəsmi razılığım və iştirakım olmadan başqa bir şəxslə mülki nigahda olduğum halda təzədən məni Sabit Babayevə “ərə verib”. Daha doğrusu, 2006-cı ildə pozulmuş nigahı bərpa edib.

Məni təəcübləndirən budur ki, Sabit Babayev bu qanunsuz əməlləri məhkəmə yolu ilə necə gerçəkləşdirib. Bir qədər də açıq desəm, məhkəmə ərdə olan qadını necə, hansı maraqla başqasına ərə verir. Həm gülməli, həm də faciəvi haldır. Bu gün mən başqa bir dövlətin vətəndaşıyam. Elə bu mövqedən çıxış edərək mən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsindən soruşmaq istəyirəm: Mən başqa bir dövlətin - Rusiya Federasiyasının vətəndaşı olduğum halda və mənə heç bir xəbərdarlıq olunmadığı bir vəziyyətdə siz məni necə başqa bir şəxsə “ərə verirsiniz”? Onu da bildirirəm ki, mənim artıq yetkinlik yaşına çatmış övladlarım da məhkəmə tərəfindən mənim hüquqlarımın pozulmasına etiraz edirlər. Vaxtilə Sabit Babayevin mənə qarşı törətdiyi əməlləri görən qızlarım hətta rəsmi şəkildə onların şəxsiyyət vəsiqəsindən bu adamın adının və soyadının götürülməsini tələb edirlər. Mənim günümü qara, arzularımı puç edən, sağlamlığımı əlimdən alan bir adamla hansı hakim və hansı qanunla məni məcburi yaşamağa vadar edə bilər? Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi Zaur Pirverdiyev bu addımı atanda nə düşünüb? Axı, məhkəməni bu şəkildə oyuncağa çevirmək olmaz!

Hörmətli redaksiya, sizdən çox xahiş edirəm, mənim hüquqlarımın bərpasında, mənə dəymiş maddi və mənəvi ziyanın ödənməsində mənə yardımçı olasınız. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi Zaur Pirverdiyevin yol verdiyi səhvləri düzəldəcəyinə inanmaq istəyirəm! İstəyirəm inanım ki, Azərbaycann hüquq mühafizə orqanları ayrı-ayrı şəxslərin əlində oyuncaq deyil.
Flora Babayeva
Volqoqrad şəhəri,
(Üç uşaq anası)”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məqsədli büdcə fondları ləğv ediləcək - FƏRMAN
Bu gün, 11:31
Azərbaycanın Sankt-Peterburqdakı sabiq baş konsulu qaçaqmalçılıqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 11:26
İsrail Bakını niyə “qara siyahı”ya saldı? - AKTUAL
Bu gün, 11:25
Azərbaycanda məşhur ev dustaqları - Qapısı açıq, azadlığı bağlı
Bu gün, 11:24
Niyə Naxçıvan revanşistlərin gündəliyinin növbəti mərkəzinə çevrilib? - Cavab təkcə tarixdə deyil
Bu gün, 11:21
Ermənistanda QİYAM əhvalı? - NƏ BAŞ VERİR?
Bu gün, 11:17
“Unibank”ın İdarə Heyətində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 11:13
“Yaşıl bazar”ın yanındakı “Qara bazar” - REPLİKA
Bu gün, 11:09
Parlamentin payız sessiyası çərçivəsində komitə iclasları başlayır
Bu gün, 11:05
"Bizi gündə 12–14 saat, elə vaxt olur 16 saat işlədirlər..." - Naxçıvanda işçilərə KÖLƏ MÜNASİBƏTİ...
Bu gün, 10:59
İki tanınmışdan AYNA-ya etiraz - Ekspert isə deyir ki...
Bu gün, 10:47
Arvadını döyən stomatoloq: “Evdən 100 min manat pul götürdüyümü dedi, üç dəfə üzümə tüpürdü” - TƏFƏRRÜAT
Bu gün, 10:33
İran Ermənistana birgə azad iqtisadi zona təklif etdi - KİV
Bu gün, 10:29
İşxanyanın "hüquqi iştahaları" - Azərbaycan ombudsmanına müraciətin pərdəarxası
Bu gün, 10:27
“Azəriqaz”ın əməkdaşı “TƏBİB-də işə düzəldəcəyəm” deyib dələduzluq etdi - 16 sürücüyə ehtiyac yaranacağını bildirib...
Bu gün, 09:39
Şəkidə “Zipline” əyləncəsindən istifadə edən iki şəxsin həlak olması ilə bağlı cinayət işi başlandı - rəsmi
Bu gün, 09:35
Xocalıda ANAMA əməkdaşı minaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 09:33
Azərbaycan nefti bahalaşdı
Bu gün, 09:32
"Bərbad bir xidmət səviyyəniz var..." - GİLEY
Bu gün, 09:29
"Bizim mətbuatda üzgörənlik, kimə isə yarınmaq baş alıb gedir!" - Xeyrəddin Qocadan İYNƏ KİMİ SÖZLƏR...
Bu gün, 09:12
Ermənilər Azərbaycandan 1400 hektar istəyir: Ağstafa sərhədində yeni tələb - FOTO
Bu gün, 09:00
Venesuela nefti ABŞ-yə 500 il kifayət edəcək - Tramp belə deyir...
Bu gün, 08:58
"Görəsən, nəyi və kimi gözləyirlər?" - ETİRAZ VAR!
Bu gün, 08:56
TRIPP layihəsindən əvvəl Azərbaycanın əsas tələbi prioritet olmalıdır - ÇÜNKİ...
Bu gün, 08:36
Arvadının başına ütü ilə vuran şəxs: “Gizlin şəkildə telefon işlədirdi, kiminləsə danışdığını gördüm” - TƏFƏRRÜAT
Bu gün, 08:31
Teymur Qurbanovun şirkətində nə baş verir? - FOTO
Bu gün, 08:29
Bakı Paşinyana o pulu versə... - Moskvaya getməyə bilər
Bu gün, 08:27
İranın İordaniyadakı ABŞ bazasına zərbələri nəticəsində hərbi təyyarələr zədələnib - CBS
Bu gün, 08:25
"Mirələm Calalovun maliyyə pozuntularından xəbəriniz varmı?" - MÜRACİƏT
Bu gün, 08:18
"Rahat olun, hamı bilir şirkətinizin keyfiyyətini..." - NARAZILIQ VAR...
Bu gün, 07:18
Varlılar üçün əhəmiyyətsiz dəyişiklik: Kasıblar isə ev alanda yüz ölçüb, bir biçəcək - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 07:10
Ukrayna təkbaşına mübarizə apara bilməz - Şmidt
Bu gün, 07:07
Azərbaycan iqtisadiyyatında BÖYÜMƏ DAYANDI... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:05
Burda müştərini ZƏHƏRLƏMƏK İSTƏYİRLƏR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:56
Benzin böhranı - İranı iqtisadi modelini dəyişdirməyə məcburdur
Bu gün, 06:33
“KANATI QIRILAN” AZƏRBAYCAN TURİZMİ... - “Şəki yaylası”ndakı faciə nəyin siqnalıdır?
Bu gün, 06:31
Zaur Mikayılovun mövqeləri ZƏİFLƏYİR - İDDİA
Bu gün, 06:27
Fuad Nağıyev bu sektoru TAM MƏHV EDİB - MALƏSƏF...
Bu gün, 06:22
“Yəqin, Rusiya özü keçmiş SSRİ məkanında təxribatlar hazırlayır və bunu başqalarının boynuna atmağa çalışır...” - Etibar Məmmədov
Bu gün, 06:14
Bayramov-Mirzoyan görüşündən sonra nəticələr görünəcək - İrəvan “hə” dedi...
Bu gün, 06:09
4 kənd, yoxsa sülh müqaviləsi? - AKTUAL
Bu gün, 06:07
Rusiya artıq Azərbaycanı itirib - FAKT BUDUR!
Bu gün, 06:05
"RIF LIFTING AND TRANSPORTATION SERVICES" MMC də bağlandı - vergi borcu qalıb
Bu gün, 06:02
Rumıniya Prezidenti Ukraynaya dəstək qüvvələri komandanlığına 20 zabit göndərməyi təklif edib - "Agerpres"
Bu gün, 06:01
İran Zəngəzura Azərbaycanda çalışmış diplomatı konsul təyin etdi – Maraqlı gediş
Bu gün, 05:57
Toy olmayacaq - "Bir oyun idi, bitdi"
Dünən, 18:02
Çindəki böhran Azərbaycanı da "vurdu"? - AKTUAL
Dünən, 18:00
Rusiya bazarının itirilməsi Paşinyan hökuməti üçün arzuolunan deyil - ONA GÖRƏ DƏ...
Dünən, 17:57
Paşinyan: “Mənim Bakıda heykəlim qoyulmalıdır” - “Hraparak”
Dünən, 17:54
Bakı və İrəvan arasında müharibə “mesajı”? – Bu görüntü təəccüb doğurdu
Dünən, 17:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru