Vilyam Hacıyevin hərracda satılan avtomobillərini öz oğlu alıbmış... .....                     Penitensiar Xidmətin keçmiş əməkdaşı işə düzəltmək vədi ilə pul alıb .....                     Azərbaycanda məhkəmə sədri görəvdən alındı .....                     TƏBİB-də kadr dəyişiklikləri: “vurulanlar” sanki başqa hakimiyyətin kadrlarıdır .....                     Məqsədli büdcə fondları ləğv ediləcək .....                     Azərbaycanın Sankt-Peterburqdakı sabiq baş konsulu qaçaqmalçılıqda ittiham olunur .....                     İsrail Bakını niyə “qara siyahı”ya saldı? .....                     Azərbaycanda məşhur ev dustaqları .....                     Niyə Naxçıvan revanşistlərin gündəliyinin növbəti mərkəzinə çevrilib? .....                     Ermənistanda QİYAM əhvalı? .....                     “Unibank”ın İdarə Heyətində dəyişiklik olub .....                     “Yaşıl bazar”ın yanındakı “Qara bazar” .....                     Parlamentin payız sessiyası çərçivəsində komitə iclasları başlayır .....                     "Bizi gündə 12–14 saat, elə vaxt olur 16 saat işlədirlər..." .....                     İki tanınmışdan AYNA-ya etiraz .....                     Arvadını döyən stomatoloq: “Evdən 100 min manat pul götürdüyümü dedi, üç dəfə üzümə tüpürdü” .....                     İran Ermənistana birgə azad iqtisadi zona təklif etdi .....                     İşxanyanın "hüquqi iştahaları" .....                     “Azəriqaz”ın əməkdaşı “TƏBİB-də işə düzəldəcəyəm” deyib dələduzluq etdi .....                     Şəkidə “Zipline” əyləncəsindən istifadə edən iki şəxsin həlak olması ilə bağlı cinayət işi başlandı .....                     Xocalıda ANAMA əməkdaşı minaya düşdü .....                     Azərbaycan nefti bahalaşdı .....                     "Bərbad bir xidmət səviyyəniz var..." .....                     "Bizim mətbuatda üzgörənlik, kimə isə yarınmaq baş alıb gedir!" .....                     Ermənilər Azərbaycandan 1400 hektar istəyir: Ağstafa sərhədində yeni tələb .....                     Venesuela nefti ABŞ-yə 500 il kifayət edəcək .....                     "Görəsən, nəyi və kimi gözləyirlər?" .....                     TRIPP layihəsindən əvvəl Azərbaycanın əsas tələbi prioritet olmalıdır .....                     Arvadının başına ütü ilə vuran şəxs: “Gizlin şəkildə telefon işlədirdi, kiminləsə danışdığını gördüm” .....                     Teymur Qurbanovun şirkətində nə baş verir? .....                     Bakı Paşinyana o pulu versə... .....                     İranın İordaniyadakı ABŞ bazasına zərbələri nəticəsində hərbi təyyarələr zədələnib .....                     "Mirələm Calalovun maliyyə pozuntularından xəbəriniz varmı?" .....                     "Rahat olun, hamı bilir şirkətinizin keyfiyyətini..." .....                     Varlılar üçün əhəmiyyətsiz dəyişiklik: Kasıblar isə ev alanda yüz ölçüb, bir biçəcək .....                     Ukrayna təkbaşına mübarizə apara bilməz .....                     Azərbaycan iqtisadiyyatında BÖYÜMƏ DAYANDI... .....                     Burda müştərini ZƏHƏRLƏMƏK İSTƏYİRLƏR? .....                     Benzin böhranı .....                     “KANATI QIRILAN” AZƏRBAYCAN TURİZMİ... .....                 

İki tanınmışdan AYNA-ya etiraz - Ekspert isə deyir ki...
Tarix: Bu gün, 10:47 | Çap et

Aktyor, televiziya aparıcısı, əməkdar artist Əkbər Əlizadə ibadət üçün məscidə gedən zaman cərimələnib. Bu barədə o, sosial şəbəkə hesabında yazıb. “Bibiheybət məscidinə gəlib, dua etməklə cərimə olundum. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) maşınlarını çəpəki (diaqonal) saxlayanlara cərimə yazır. Diqqətli olun. AYNA, camaatın narazılıqlarını nəzərə alın”, - aktyor bildirib.

Aparıcı İlkin Həsəni isə sosial şəbəkədə paylaşdığı videoda parklanma qaydaları ilə bağlı təklif irəli sürüb. O, parklanma haqqının saatla deyil, avtomobilin dayandığı dəqiqələrə uyğun hesablanmasını istəyib: “Maşınımızı dəqiqə ilə saxlayırıq, amma saatla ödəyirik. Niyə? AYNA və AzParking üçün bir təklifim var. Parklanma haqqı dəqiqəlik hesablansın. Baxın, tutaq ki, 1 saatı 1 manat olan parkinqdəavtomobilimi saxlayıram. Yarım saatdan sonra çıxıb gedirəm və dərhal həmin yerə başqa bir avtomobil gəlir. O da yarım saat saxlayıb çıxır.Nəticədə nə olur? Bir parkinq yeri üçün 1 saatlıq tarif 1 manat nəzərdə tutulubsa, artıq 2 manat ödənilmiş olur. Halbuki hər ikimiz yarım saat üçün 50 qəpik ödəsək, həmin parkinqyerinin 1 saatlıq haqqı yenə 1 manat edir.

Təklifim budur ki, 15 dəqiqəlik pulsuz parklanma qaydası olduğu kimi qalsın. Bu müddət keçdikdən sonra isə ödəniş avtomobilin dayandığı dəqiqələrə uyğun hesablansın. Sadəcə saatla deyil, dəqiqə ilə hesablansın. Bu təcrübə xaricdə də tətbiq olunur — məsələn, Tallində, Niderlandda və digər şəhərlərdə. Bir sözlə, nə qədər dayanmışamsa, o qədər də ödəyim. Məncə, bu, daha ədalətlidir”.
Ümumiyyətlə, Bakıda sürücülərin qarşılaşdığı problemlərdən biri də avtomobillərin parklanması ilə bağlıdır. Paytaxtda parklanmasisteminin rəqəmsallaşdırılması və ödənişlərin əsasən mobil telefon vasitəsilə həyata keçirilməsi prosesi müəyyən mənada asanlaşdırsa da, bəzi hallarda sürücülər üçün əlavə çətinliklər yaradır.

Aktyor və aparıcı haqlıdırlarmı?

Nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev Musavat.com-a bildirib ki, Bakıda parklanma sisteminin rəqəmsallaşdırılması ümumilikdə müsbət addımdır, çünki bu, ödənişlərin şəffaf aparılmasına, parklanma yerlərinin daha düzgün idarə edilməsinə və nağd pul dövriyyəsinin azalmasına imkan verir:

“Lakin rəqəmsallaşma o zaman həqiqətən rahat xidmət hesab oluna bilər ki, bütün vətəndaşların imkanları nəzərə alınsın və sürücü yalnız bir ödəniş üsulundan asılı vəziyyətə salınmasın. Hazırda əsas problemlərdən biri parklanmanın mobil telefon, tətbiq, SMS və ya internet bağlantısından asılı olmasıdır. Telefonun enerjisi bitə bilər, mobil internet işləməyə bilər, tətbiqdə texniki nasazlıq yarana bilər, bank kartında və ya ödəniş sistemində problem ola bilər, xaricdən gələn şəxsin yerli mobil nömrəsi olmaya bilər, yaşlı insanların isə smartfon və mobil tətbiqlərdən istifadə imkanları məhdud ola bilər. Belə vəziyyətdə avtomobilini qanuni parklanma yerində saxlayan və ödəniş etmək istəyən şəxsin texniki səbəbdən bunu edə bilməməsi nəticəsində cərimə ilə üzləşməsi vətəndaşda haqlı narazılıq yaradır”.

Ekspertə görə, əsas prinsip belə olmalıdır: “Dövlət və ya parklanmanı idarə edən qurum vətəndaşa ödəniş öhdəliyi qoyursa, həmin ödənişi həyata keçirmək üçün də bir neçə real və əlçatan vasitə təqdim etməlidir. Mobil tətbiq əsas vasitələrdən biri ola bilər, amma yeganə çıxış yolu olmamalıdır. Alternativ olaraq parklanma ərazilərində bank kartı və təmassız ödəniş qəbul edən parkomatların quraşdırılması məqsədəuyğun olardı. Sürücü avtomobilin dövlət qeydiyyat nişanını daxil edib birbaşa kartla ödəniş edə və sistemdə parklanmanı aktivləşdirə bilər. Digər variant ödəniş terminallarının, bank tətbiqlərinin və elektron pul kisələrinin sistemə daha geniş inteqrasiyasıdır.

Eyni zamanda, SMS vasitəsilə parklanmanın aktivləşdirilməsi mümkün qədər sadə saxlanılmalıdır ki, internet olmadığı halda adi mobil rabitə ilə xidmətə qoşulmaq mümkün olsun. Parklanma zonalarının yaxınlığındakı müəyyən köşklər, mağazalar, yanacaqdoldurma məntəqələri və digər xidmət obyektlərində parklanma haqqının avtomobil nömrəsi üzrə ödənilməsi imkanının yaradılması da nəzərdən keçirilə bilər. Xüsusilə şəhərin mərkəzində turistlər və xarici nömrəli avtomobillər üçün QR-kod vasitəsilə bank kartından birbaşa ödəniş imkanı faydalı olardı”.

Ekspert cərimələmə mexanizmindən də danışıb: “Əgər sistemdə texniki nasazlıq qeydə alınıbsa və ya müəyyən ərazidə mobil rabitə və ödəniş infrastrukturu işləmirsə, həmin müddətdə sürücünün avtomatik şəkildə məsuliyyətə cəlb edilməsi ədalətli yanaşma deyil. Belə hallarda müəyyən güzəşt müddəti və sadələşdirilmiş etiraz mexanizmi tətbiq edilə bilər. Məsələn, sürücüyə avtomobili saxladıqdan sonra parklanmanı aktivləşdirmək üçün qısa və ağlabatan vaxt verilməsi həm mübahisələri, həm də texniki səbəbdən yaranan cərimələri azalda bilər.
Bundan başqa, parklanma nəzarətçilərinin yalnız cərimə yazan şəxs kimi deyil, vətəndaşa ödənişi həyata keçirməkdə kömək edən xidmət əməkdaşı kimi fəaliyyət göstərməsi daha düzgün olardı. Sürücünün telefonu sönübsə və ya tətbiqdən istifadə edə bilmirsə, nəzarətçi alternativ ödəniş üsulunu izah edə və ya həmin ərazidə mövcud ödəniş nöqtəsinə yönləndirə bilər. Ən vacibi isə parklanma siyasətində məqsədin cərimə toplamaq deyil, məhdud şəhər məkanından səmərəli istifadəni və nəqliyyatın düzgün təşkilini təmin etmək olmasıdır".

Ekspert əlavə edib: "Bakı kimi avtomobil sayının və parklanma tələbatının yüksək olduğu şəhərdə yalnız rəqəmsal ödəniş sistemini inkişaf etdirmək kifayət etmir; yeni yeraltı və çoxmərtəbəli parkinqlərin yaradılması, “Park et və davam et” sistemlərinin genişləndirilməsi, yaşayış məhəllələrində rezident parklanmasının tətbiqi, qısamüddətli dayanma zonalarının ayrılması və parklanma yerləri barədə real vaxt məlumatının sürücülərə təqdim edilməsi də paralel həyata keçirilməlidir. İnsan şəhərin mərkəzinə daxil olmamışdan əvvəl hansı parkinqdə boş yer olduğunu, qiyməti və alternativ nəqliyyat imkanlarını görə bilsə, küçələrdə boş yer axtaran avtomobillərin sayı da azalacaq. Nəticə etibarilə, rəqəmsallaşma vətəndaşın həyatını çətinləşdirmək üçün deyil, asanlaşdırmaq üçün tətbiq edilməlidir.

Mobil telefon ən rahat vasitələrdən biri ola bilər, amma telefonun olmaması, enerjisinin bitməsi, internetin işləməməsi və ya insanın rəqəmsal bacarığının zəif olması onun parklanma haqqını ödəmək imkanından məhrum edilməsi və nəticədə cərimələnməsi ilə nəticələnməməlidir. Bakıda daha ədalətli və rahat parklanma sistemi üçün mobil tətbiq + SMS + bank kartı ilə parkomat + QR ödənişi + ödəniş terminalları + alternativ fiziki ödəniş nöqtələri paralel şəkildə işləməlidir. Belə çoxkanallı sistem həm sürücülərin narazılığını azaldar, həm ödəniş intizamını yüksəldər, həm də parklanma sisteminə ictimai etimadı gücləndirər”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vilyam Hacıyevin hərracda satılan avtomobillərini öz oğlu alıbmış... - FOTO
Bu gün, 11:55
Penitensiar Xidmətin keçmiş əməkdaşı işə düzəltmək vədi ilə pul alıb – İTTİHAM
Bu gün, 11:50
Azərbaycanda məhkəmə sədri görəvdən alındı - Təqaüdə göndərildiyi deyilir
Bu gün, 11:45
TƏBİB-də kadr dəyişiklikləri: “vurulanlar” sanki başqa hakimiyyətin kadrlarıdır - NƏ BAŞ VERİR?
Bu gün, 11:36
Məqsədli büdcə fondları ləğv ediləcək - FƏRMAN
Bu gün, 11:31
Azərbaycanın Sankt-Peterburqdakı sabiq baş konsulu qaçaqmalçılıqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 11:26
İsrail Bakını niyə “qara siyahı”ya saldı? - AKTUAL
Bu gün, 11:25
Azərbaycanda məşhur ev dustaqları - Qapısı açıq, azadlığı bağlı
Bu gün, 11:24
Niyə Naxçıvan revanşistlərin gündəliyinin növbəti mərkəzinə çevrilib? - Cavab təkcə tarixdə deyil
Bu gün, 11:21
Ermənistanda QİYAM əhvalı? - NƏ BAŞ VERİR?
Bu gün, 11:17
“Unibank”ın İdarə Heyətində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 11:13
“Yaşıl bazar”ın yanındakı “Qara bazar” - REPLİKA
Bu gün, 11:09
Parlamentin payız sessiyası çərçivəsində komitə iclasları başlayır
Bu gün, 11:05
"Bizi gündə 12–14 saat, elə vaxt olur 16 saat işlədirlər..." - Naxçıvanda işçilərə KÖLƏ MÜNASİBƏTİ...
Bu gün, 10:59
İki tanınmışdan AYNA-ya etiraz - Ekspert isə deyir ki...
Bu gün, 10:47
Arvadını döyən stomatoloq: “Evdən 100 min manat pul götürdüyümü dedi, üç dəfə üzümə tüpürdü” - TƏFƏRRÜAT
Bu gün, 10:33
İran Ermənistana birgə azad iqtisadi zona təklif etdi - KİV
Bu gün, 10:29
İşxanyanın "hüquqi iştahaları" - Azərbaycan ombudsmanına müraciətin pərdəarxası
Bu gün, 10:27
“Azəriqaz”ın əməkdaşı “TƏBİB-də işə düzəldəcəyəm” deyib dələduzluq etdi - 16 sürücüyə ehtiyac yaranacağını bildirib...
Bu gün, 09:39
Şəkidə “Zipline” əyləncəsindən istifadə edən iki şəxsin həlak olması ilə bağlı cinayət işi başlandı - rəsmi
Bu gün, 09:35
Xocalıda ANAMA əməkdaşı minaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 09:33
Azərbaycan nefti bahalaşdı
Bu gün, 09:32
"Bərbad bir xidmət səviyyəniz var..." - GİLEY
Bu gün, 09:29
"Bizim mətbuatda üzgörənlik, kimə isə yarınmaq baş alıb gedir!" - Xeyrəddin Qocadan İYNƏ KİMİ SÖZLƏR...
Bu gün, 09:12
Ermənilər Azərbaycandan 1400 hektar istəyir: Ağstafa sərhədində yeni tələb - FOTO
Bu gün, 09:00
Venesuela nefti ABŞ-yə 500 il kifayət edəcək - Tramp belə deyir...
Bu gün, 08:58
"Görəsən, nəyi və kimi gözləyirlər?" - ETİRAZ VAR!
Bu gün, 08:56
TRIPP layihəsindən əvvəl Azərbaycanın əsas tələbi prioritet olmalıdır - ÇÜNKİ...
Bu gün, 08:36
Arvadının başına ütü ilə vuran şəxs: “Gizlin şəkildə telefon işlədirdi, kiminləsə danışdığını gördüm” - TƏFƏRRÜAT
Bu gün, 08:31
Teymur Qurbanovun şirkətində nə baş verir? - FOTO
Bu gün, 08:29
Bakı Paşinyana o pulu versə... - Moskvaya getməyə bilər
Bu gün, 08:27
İranın İordaniyadakı ABŞ bazasına zərbələri nəticəsində hərbi təyyarələr zədələnib - CBS
Bu gün, 08:25
"Mirələm Calalovun maliyyə pozuntularından xəbəriniz varmı?" - MÜRACİƏT
Bu gün, 08:18
"Rahat olun, hamı bilir şirkətinizin keyfiyyətini..." - NARAZILIQ VAR...
Bu gün, 07:18
Varlılar üçün əhəmiyyətsiz dəyişiklik: Kasıblar isə ev alanda yüz ölçüb, bir biçəcək - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 07:10
Ukrayna təkbaşına mübarizə apara bilməz - Şmidt
Bu gün, 07:07
Azərbaycan iqtisadiyyatında BÖYÜMƏ DAYANDI... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:05
Burda müştərini ZƏHƏRLƏMƏK İSTƏYİRLƏR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:56
Benzin böhranı - İranı iqtisadi modelini dəyişdirməyə məcburdur
Bu gün, 06:33
“KANATI QIRILAN” AZƏRBAYCAN TURİZMİ... - “Şəki yaylası”ndakı faciə nəyin siqnalıdır?
Bu gün, 06:31
Zaur Mikayılovun mövqeləri ZƏİFLƏYİR - İDDİA
Bu gün, 06:27
Fuad Nağıyev bu sektoru TAM MƏHV EDİB - MALƏSƏF...
Bu gün, 06:22
“Yəqin, Rusiya özü keçmiş SSRİ məkanında təxribatlar hazırlayır və bunu başqalarının boynuna atmağa çalışır...” - Etibar Məmmədov
Bu gün, 06:14
Bayramov-Mirzoyan görüşündən sonra nəticələr görünəcək - İrəvan “hə” dedi...
Bu gün, 06:09
4 kənd, yoxsa sülh müqaviləsi? - AKTUAL
Bu gün, 06:07
Rusiya artıq Azərbaycanı itirib - FAKT BUDUR!
Bu gün, 06:05
"RIF LIFTING AND TRANSPORTATION SERVICES" MMC də bağlandı - vergi borcu qalıb
Bu gün, 06:02
Rumıniya Prezidenti Ukraynaya dəstək qüvvələri komandanlığına 20 zabit göndərməyi təklif edib - "Agerpres"
Bu gün, 06:01
İran Zəngəzura Azərbaycanda çalışmış diplomatı konsul təyin etdi – Maraqlı gediş
Bu gün, 05:57
Toy olmayacaq - "Bir oyun idi, bitdi"
Dünən, 18:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru