Dünya faşizmi CİNSİNİ DƏYİŞİB? .....                     "Məmurların apardığı pula nəzarət etmək lazımdır ki..." .....                     "Elgiz bilirsizmi, hamımıza nəyi göstərdi?.." .....                     “Dövlət Məşğulluq Agentliyi” anbar sahəsinin icarəsinə 2.7 milyon xərcləyəcək .....                     Coşqun Cəbrayılovun vicdanı bir yana... ALLAHI DA YOXDUR? .....                     Media hara gedir? .....                     Binəqəqidə dövlətin qanunları İŞLƏMİR! .....                     Eldar Mahmudovun evsiz qoyduğu vətəndaşlar aclıq aksiyasına başlayır .....                     Sevinc Hüseynovanın Afət Fərmanqızı barəsində şikayəti icraata götürülmədi .....                     ASCO sədri ona yüksək vəzifə verdi .....                     Mətanət Əsədovadan İSMARIŞ: .....                     Bakıda barda baş verən qətlin TƏFƏRRÜATLARI .....                     8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb? .....                     Tacir Şahmalıoğlu: "Diabetlə birdəfəlik vidalaşdım" .....                     Bakıda evlər bahalaşacaq, amma hamısı yox .....                     Turizm şirkətinin rəhbəri xaricdə iş vədi ilə dələduzluqda ittiham edilir, .....                     Bakıda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdıran şəxs qərardan şikayətçidir .....                     “Əliyev Ermənistanın adını “Qərbi Azərbaycan” qoyub” .....                     Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir .....                     Putin ailəsi haqda sirri açdı: .....                     Fransanın yeni səfiri etimadnaməsini Ermənistan XİN-ə təqdim etdi .....                     ABŞ və İsraili peşman olmağa məcbur edəcəyik .....                     Anar Əsədli barəsində qərar verilib .....                     “Kanalizasiya yağış suyunu daşıya bilmir” .....                     Moskva ilə İrəvan arasında dərinləşən böhran .....                     Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir .....                     “Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır” .....                     AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir .....                     Ermənistan Avrasiya İqtisadi İttifaqına Rusiyadan şikayət edib .....                     Azərbaycanın məşhur bloqeri hava limanından buraxılmadı .....                     Ermənistanda 2 yeni “Rus evi” açılacaq .....                     Türkiyə Rusiya ilə yeni razılaşma imzalayır .....                     Rusiya Ermənistanda daha iki Rus Evi açır .....                     “Bu, ədalətli deyil!” .....                     İcra Hakimiyyəti bir milyonluq gül alır .....                     “Polad məhəbbət uğrunda mübarizə aparır, mən isə...” .....                     TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib .....                     Dövlət Vergi Xidmətində maaş artımı niyə gecikir? .....                     Telli aparıcıları yıxıb-sürüdü: .....                     Prokuror müğənni qardaşını öldürənə .....                 

OQTAY ƏSƏDOV BAŞ NAZİR OLACAQ
Tarix: 26-11-2011, 10:38 | Çap et
OQTAY ƏSƏDOV BAŞ NAZİR OLACAQ

SPİKERİN ƏSAS RƏQİBİ DƏ KİFAYƏT QƏDƏR ŞANSLIDIR

DİA.AZ: - Bu gün Azərbaycanda başlanan ən böyük savaş siyasi düşərgələr arasında yox, hakimiyyətin içində - baş nazirlik uğrunda gedir. Xatırladaq ki, bir neçə il öncə ciddi dəyişikliyə gedərək prezident olmazsa, onun səlahiyyətlərini kim həyata keçirəcək sualına cavab tapıldı. O zamanlar bu posta parlament sədri çox yaxın idisə, sonradan parlamentə inam itdi və bu şərəf baş nazirə verildi.

Elə bundan sonra baş nazir postu oliqarxların diqqət mərkəzinə düşdü. Düzdü, bu gün baş nazir postu, məhz Artur Rəsizadənin fəaliyyətinə görə o qədər də diqqəti cəlb etmir. Amma Artur Rəsizadə artıq siyasi meydandan getməyə hazırlaşır və neytrallığını qoruyan baş nazir postu günbə-gün təhlükəli vəzifəyə çevrilir. Çünki bu postda oturacaq şəxs faktiki olaraq Azərbaycanın ikinci şəxsi olacaq. Azərbaycanda isə ikincilik uğrunda savaş 20 ildir ki, gedir və indi daha ciddi şəkil alır.

Qeyd edək ki, hazırda bu posta bir neçə şəxs iddialıdır. Bunlardan daha effektlisi Fövqalədə Hallar Naziri Kəmaləddin Heydərov və Nəqliyyat Naziri Ziya Məmmədovdur. Həmçinin, dünənə qədər bu posta layiqli namizədlərdən biri də Samir Şərifov idi. Bundan başqa Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də bu posta öz namizədini yerləşdirməyə çalışır.

Xatırladaq ki, bir neçə ay öncə Nəqliyyat Naziri Ziya Məmmədov bu posta iddialı olduğunu açıq şəkildə nümayiş etdirmişdi və bu səbəbdən oliqarxların hədəfinə düşmüşdü. Hətta Ziya Məmmədovun uzağı bir ay ərzində nazir postunu da itirəcəyi proqnozlaşdırılırdı. Çünki Nəqliyyat naziri ilə bağlı şok yaradacaq hesabatlar hazırlanmışdı və kimlərisə inandırmağa yaxın idilər ki, Ziya Məmmədov artıq müstəqli fəaliyyət göstərir və elə işləri var ki, bunlar diqqətdən kənardadır. Amma məsələnin ən qaynar zamanında məlum oldu ki, əslində hakimiyyət daxilində başqa güclərdə var və yetəri qədər iddialıdırlar. Bunlardan biri də Maliyyə Naziri Samir Şərifovdur. Siyasi proseslərə o qədərdə müdaxilə etməyən, amma büdcəyə ciddi şəkildə nəzarət etmə funksiyasını əlində saxlayan Samir Şərifovun baş nazir postuna layiqli namizəd olduğu söylənildi. Çünki Samir Şərifov tək büdcəyə nəzarət etmir, həm də ölkədəki, kölgə iqtisadiyyatının tənzimlənməsi işini həyata keçirir və demək olar ki, yeri gələndə ən ciddi oliqarxlar belə, onunla hesablaşmaq zorunda qalırlar. Kölgə iqtisadiyyatının real mənzərəsini dərinliyinə qədər bilən, məhz Samir Şərifovdur.

Lakin Maliyyə naziri proseslərin ən həssas məqamında texniki yanlışlığa yol verdi. O, dövriyyədən kənar pulların yavaş-yavaş yığışdırılması ideyasını səsləndirdi. Hətta bunun üçün ilk növbədə bankların fəaliyyətini nəzarətə götürməyi, özəl bankların çox böyük hissəsinin ləğv edilərək vəsaitin dövlət bankları arasında bölüşdürülməsini istədi. Yəqin ki, bu çox ciddi bir addım idi və oliqarxlar bundan narahat olmaya bilməzdi. Çünki bankların sıradan çıxarılmasından sonra oliqarxların əlində olan gizli kapitalın yığışdırılması prosesi başlamalı idi. Bu isə o deməkdir ki, dövlət büdcəsindən qat-qat çox vəsaitin sahibləri dəyişdirilməli, oliqarxlar arasındakı tarazlıq pozulmalı idi.

Bildirilir ki, Samir Şərifov bu sistemi həyata keçirə bilsəydi, ölkə iqtisadiyyatına tam olaraq nəzarət edən yeganə insan olacaqdı. Bu isə onun baş nazir postunda oturmasını təmin etməli idi. Amma S.Şərifov bunu nəzərə almadı ki, oliqarxlar artıq prosesin hara getdiyini bilirdilər və buna görə də tezliklə əks addımlar atıldı. Gəlin bəzi ştrixlərə diqqət yetirək.

Samir Şərifov necə vuruldu? Çox maraqlıdır ki, xarici qüvvələrlə iş birliyi məsələsi ortaya çıxarılmaqla. Bu prosesin əm maraqlı məqamında açıqlama verildi ki, bir zamanlar keçmiş İqtisadi İnkişaf Naziri Fərhad Əliyevin getdiyi yolu, indi də Maliyyə naziri Samir Şərifov gedir və onun hazırda ABŞ səfirliyi, həmçinin “narıncı inqilab”ların ideya müəllifi kimi tanınan, “Soros” fondunun rəhbəri Corc Sorosla sıx əlaqələri var. Hətta tanınmış müxalifətçi, “Soros” fondunun Azərbaycan üzrə keçmiş təmsilçisi Zərdüşt Əlizadə bildirdi ki, fondun prezidenti Samir Şərifovla çox maraqlanır və ona xüsusi hörməti var. Bu cür absurd bir fikrin formalaşması həm Samir Şərifov artıq oyundan çıxarıldığını sübut edir, həm də maliyyə nazirinə qarşı hansı gücdə oyun qurulduğunu ortaya çıxarır. Əslində belə bir açıqlama, faktiki olaraq Samir Şərifovu nok-dauna saldı. Qarşılığında isə oliqarxlar yenidən özlərinə gələ bildilər. Yenə xatırlatmaq istəyərdik ki, Samir Şərifovun oliqarxlara qarşı yürüşü başlamasaydı, bu gün Ziya Məmmədov ya yox idi, ya da tamam küncə sıxışdırılmışdı.

Beləliklə, gördüyünüz kimi baş nazirlik uğrundakı savaşda Samir Şərifov tamam yox edildi. İndi meydanda iki güc qalıb. Bir tərəfdə Kəmaləddin Heydərov, digər tərəfdə isə hazırki spiker Oqtay Əsədov. Hər iki məmur yetəri qədər iddialıdır və yuxarı eşalona çox yaxındır. Maraqlıdır, bəs hansının şansı daha çoxdur?

Apardığımız hesablamalar göstərir ki, baş nazirlik postuna elə bir şəxs axtarılır ki, kölgə iqtisadiyyatında həlledici payı olmasın və siyasi proseslərə müdaxiləsi az olsun. Bu kriteriyalarla yanaşsaq, Oqtay Əsədovun şansı daha parlaqdır. Nəyə görə? Sirr deyil ki, bu gün Kəmaləddin Heydərov neft sektorunu bir kənara qoysaq digər sahələrdə ciddi paya sahibdir və ölkə iqtisadiyyatının tam olaraq 30 faizindən çox hissəsinə nəzarət edir. Bundan başqa vergilər və gömrük kimi strateji nöqtələr də onun nəzarətindədir. Belə bir şəxsin baş nazir təyin olunması o deməkdir ki, real büdcədən qat-qat çox olan kölgə iqtisadiyyatı tam olaraq onun nəzarətinə keçəcək və yaxın bir neçə il ərzində Azərbaycan iqtisadiyyatının 70 faizindən çoxuna Kəmaləddin Heydərov nəzarət edə biləcək. Bu isə artıq hakimiyyətin Kəmaləddin Heydərov qarşısında ağ bayraq qaldırması deməkdir.

Digər tərəfdən Kəmaləddin Heydərov yetəri qədər ciddi siyasi addımların müəllifidir və baş nazir postuna gələndən sonra onun siyasi gücünün daha da artacağı gözlənilir. Bildirilir ki, bu günün özündə Kəmaləddin Heydərov balanslaşdırılmış siyasət həyata keçirir və onun İsrail və Çin kimi dövlətlərdə ciddi siyasi dəstəyi var. Bu gün dünyaya meydan oxuyan Çin və İsrail gücünə sahib olaraq, Azərbaycan kimi xırda bir dövlətin ikincisi olmaq nə deməkdir, bunu da artıq təsəvvür etmək çətin deyil. Amma Kəmaləddin Heydərovdan fərqli olaraq, Oqtay Əsədov bu imkanlara sahib deyil. Ciddi biznes şəbəkəsinə sahib olan Oqtay Əsədovun kölgə iqtisadiyyatına isə təsir etmədiyi bildirilir. Bu isə o deməkdir ki, spiker sabah baş nazir postuna gələrsə ölkənin iqtisadi dünyasına heç bir şəkildə təsir edə bilməyəcək və əsas işi sadəcə bu iqtisadiyyata nəzarət etmək olacaq. Deməli, o, real təhlükə mənbəyinə çevrilə bilinməz. Digər tərəfdən Oqtay Əsədov hazırda spiker olsa da, bir dəfə belə müstəqli siyasi xətt yürütməyə həvəs göstərməyib. Oturduğu kürsü mühüm, həmçinin müstəqilliyi yetəri qədər olsa da, o, hər zaman oliqarxların və Prezident Administrasiyasının reaksiyalarını vacib sayır. Bu isə ona olan inamı daha da artırır. Yeganə problem isə budur ki, Oqtay Əsədov Prezident Administrasiyasının rəhbəri tərəfindən tam olaraq qəbul olunmur. Hətta bir neçə ay öncə baş nazirlik məsələsi müzakirəyə çıxarılanda, məhz bu ünvandan etirazlar eşidib. Bu isə o deməkdir ki, hakimiyyət daxilində qanlı savaşlar davam edəcək.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dünya faşizmi CİNSİNİ DƏYİŞİB? - REPLİKA
Bu gün, 04:26
"Məmurların apardığı pula nəzarət etmək lazımdır ki..." - ÇAĞIRIŞ
Bu gün, 04:20
"Elgiz bilirsizmi, hamımıza nəyi göstərdi?.." - ETİRAF
Bu gün, 04:08
“Dövlət Məşğulluq Agentliyi” anbar sahəsinin icarəsinə 2.7 milyon xərcləyəcək
Dünən, 18:06
Coşqun Cəbrayılovun vicdanı bir yana... ALLAHI DA YOXDUR? - BU NƏDİ BELƏ?
Dünən, 17:58
Media hara gedir? – Azər Ayxan yazır
Dünən, 17:51
Binəqəqidə dövlətin qanunları İŞLƏMİR! - ÖZBAŞINA QALIBLAR...
Dünən, 17:45
Eldar Mahmudovun evsiz qoyduğu vətəndaşlar aclıq aksiyasına başlayır - NARAZILIQ VAR...
Dünən, 17:38
Sevinc Hüseynovanın Afət Fərmanqızı barəsində şikayəti icraata götürülmədi - TƏFƏRRÜAT
Dünən, 17:36
ASCO sədri ona yüksək vəzifə verdi - FOTO
Dünən, 17:31
Mətanət Əsədovadan İSMARIŞ: - “Az idi cadu edənim, sən də…”
Dünən, 17:26
Bakıda barda baş verən qətlin TƏFƏRRÜATLARI - Şahid DANIŞIR
Dünən, 17:20
8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?
Dünən, 17:14
Tacir Şahmalıoğlu: "Diabetlə birdəfəlik vidalaşdım" - Hansı əməliyyatı etdirib?
Dünən, 17:10
Bakıda evlər bahalaşacaq, amma hamısı yox - Ekspertdən proqnoz
Dünən, 17:06
Turizm şirkətinin rəhbəri xaricdə iş vədi ilə dələduzluqda ittiham edilir, məhkəməsi başlayır
Dünən, 17:03
Bakıda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdıran şəxs qərardan şikayətçidir - BUNA GÖRƏ...
Dünən, 17:00
“Əliyev Ermənistanın adını “Qərbi Azərbaycan” qoyub” - Harut Sassunyan
Dünən, 16:56
Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir
Dünən, 16:52
Putin ailəsi haqda sirri açdı: - “Atam və anam…”
Dünən, 16:48
Fransanın yeni səfiri etimadnaməsini Ermənistan XİN-ə təqdim etdi
Dünən, 16:46
ABŞ və İsraili peşman olmağa məcbur edəcəyik - Pezeşkian
Dünən, 16:26
Anar Əsədli barəsində qərar verilib - MƏHKƏMƏ
Dünən, 16:24
“Kanalizasiya yağış suyunu daşıya bilmir” - Bakıda selin əsas səbəbi açıqlandı
Dünən, 16:22
Moskva ilə İrəvan arasında dərinləşən böhran - “Sən kişisən, yoxsa qadın?”
Dünən, 16:20
Azərbaycanda şagirdlərin 48%-i müntəzəm olaraq süni intellektdən istifadə edir - DETALLAR...
Dünən, 16:18
“Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır” - Levon Köçəryan - erməni mətbuatı
Dünən, 16:16
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir - DİQQƏT!
Dünən, 16:12
Ermənistan Avrasiya İqtisadi İttifaqına Rusiyadan şikayət edib - Ermənistan KİV
Dünən, 16:10
Azərbaycanın məşhur bloqeri hava limanından buraxılmadı - VİDEO
Dünən, 16:08
Ermənistanda 2 yeni “Rus evi” açılacaq - KİV
Dünən, 15:59
Türkiyə Rusiya ilə yeni razılaşma imzalayır -“Blumberq”
Dünən, 15:29
Rusiya Ermənistanda daha iki Rus Evi açır
Dünən, 15:16
“Bu, ədalətli deyil!” - Ekspert parklanma ödənişlərinə etiraz edir
Dünən, 15:13
İcra Hakimiyyəti bir milyonluq gül alır - DETALLAR
Dünən, 15:11
“Polad məhəbbət uğrunda mübarizə aparır, mən isə...” – Şeyx Əbdüldən SƏS-KÜYLÜ açıqlamalar
Dünən, 15:03
TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib
Dünən, 14:55
Dövlət Vergi Xidmətində maaş artımı niyə gecikir? - GÖZLƏRİ YOLDADIR
Dünən, 13:12
Telli aparıcıları yıxıb-sürüdü: - “Quyruğunu basanın başından basacağam”
Dünən, 13:07
Prokuror müğənni qardaşını öldürənə 19 il CƏZA İSTƏDİ
Dünən, 13:04
Xırdalan və Bakıda 79 min manatlıq dələduzluq: Qurbanlar necə aldadılıb? - TƏFƏRRÜAT
Dünən, 12:58
"Boğulurdum, hələ belə ağrı görməmişdim" - İnfarkt keçirən İlham Mirzəyev
Dünən, 12:57
Bakıda qızını bıçaqlayan qadına hökm oxundu
Dünən, 12:52
208 səhifəlik “Xütbələr” kitabının bir ədədinin çapı 23 manata başa gələcək - AY, MAŞALLAH...
Dünən, 12:48
Erməni deputatdan Kərki ilə bağlı AÇIQLAMA: - “Paşinyan bu kəndi...”
Dünən, 12:47
Paşinyanın “açıqlaması” Qazaxıstanı qarışdırdı - “Mən Tokayev deyiləm ki...”
Dünən, 12:41
Armen Qriqoryan Baş Qərargah rəisi təyin olunur - “İravunk”
Dünən, 12:39
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsindən azad edilib - ƏMR
Dünən, 12:35
Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq - belə deyirlər...
Dünən, 12:32
“Xalq Kapital İnvestisiya Şirkəti”ndən “Azərpoçt”a yeni təyinat - DOSYE
Dünən, 12:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru