Torpaq uğrunda canını qıyana BİR QARIŞ TORPAĞI DA QIYMIRLAR... .....                     “Ya bəhanədir, ya da həqiqətən...” .....                     Bəraət alan gömrükçüyə 5 min manat təzminat kəsildi .....                     İdxal olunmuş radikallıq .....                     Ermənistan Rusiya vətəndaşlarından viza tələb edəcək? .....                     ABŞ-ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var .....                     “Azəridmanservis” üç ay ərzində “ÇANAQÇI” MMC-yə 6 tender verdi .....                     Masazır və Xırdalandakı “şəhərcik”lərə niyə çıxarış verilmir? .....                     Bacısından ayrıldığına görə xalası oğlunu ov tüfəngi ilə güllələyən şəxslə bağlı .....                     Keçmiş icra başçısı hədələndiyini İDDİA EDİR... .....                     Melburnda oxuyan azərbaycanlı tələbə kömək istəyir .....                     Bişkekdən verilən siqnal: .....                     “ASAN Xidmət” Sevinc İbadovadan 660 min manata ofis icarəyə götürüb .....                     AB-yə üzvlük qərarı İrəvanın hüququdur .....                     Azərbaycanda 4 yol istismarı şirkəti bağlanır .....                     Mərkəzi Bankda yeni departament rəhbəri təyin edilib .....                     Əli ətçəkən maşında qalan uşağı əməliyyat etdilər .....                     Təhsil şirkəti necə oldu ki, tikinti şirkətinə çevrildi? .....                     "Guya yoxlanılır və məhsul uyğunsuz məhsul çıxarılır..." .....                     Nazirlik əməkdaşı vəfat etdi .....                     Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək .....                     Bakıda müştəri səhvən sürücünün kartına 633 dollar pul köçürdü və... .....                     Kəmaləddin Heydərova və Anar Quliyevə meydan oxuyan kimdir .....                     Bazarlarımızda bu erməni MƏHSULLARI satılacaq .....                     “X Petrol”da müştəri necə aldadılır? .....                     167 saylı məktəbdə təmir üçün valideynlərdən pul yığılır? .....                     SOCAR-da DOVŞANIN SUYUNUN SUYU... .....                     Ermənistanda “azərbaycanlılar gəlir” PANİKASI .....                     Paşinyanı Moskvada gözləyirlər: “Qərar anı” yaxınlaşır! .....                     Vüsal Nəsirlinin "optimallaşdırma siyasəti" böyük problemlərə yol açır: idarələr ləğv edilib, bəs... .....                     Putindən Ermənistana təhdid mesajı: Təhlükəsizlik zəmanətinə son .....                     Sülh artıq kağız üzərindədir, bəs imza niyə yoxdur? .....                     Küveyt ərazisinə yönələn hava hücumunun qarşısını alır .....                     Qobustanda TENDER qazanır, amma DÖVLƏTƏ... .....                     Macarıstan Ukraynanın Aİ-yə sürətləndirilmiş qəbulunu dəstəkləməyəcək .....                     ABŞ ilə Səudiyyə Ərəbistanı arasında saziş uranın 20%-dək zənginləşdirilməsinə imkan verir .....                     "İşləri abonentlərin ciblərinə girməkdir..." .....                     Beynəlxalq Bankın MİN BİR OYUNU .....                     Tez-tez çağırıb yoxlamağın məntiqi nədir? .....                     Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində “yarpaq tökümü” .....                 

SEL CƏNUB RAYONLARINI DAĞITDI
Tarix: 21-09-2011, 16:08 | Çap et
SEL CƏNUB RAYONLARINI DAĞITDI

RƏSMİ DAİRƏLƏR SUSUR, XALQ ÖZÜ ƏNCAM ÇƏKİR

Leysan yağışları Astaranın Ərçivan, Rino, Lənkəranın isə Təngivan, Veravul kəndlərində dağıntılar törədib. Evlər su altında qalıb. Aramsız yağan yağışda yolumuz həmin kəndlərədir. Bakı-Astara yolunun sağ və solunda qazılan kanallardan su daşır. Əkin sahələrini də su basıb. Çaylar kükrəyir. Ərçivan kəndində, yolun kənarında duran bir neçə sakinə yaxınlaşırıq. Onlara jurnalist olduğumuzu deyirik. Kənd Sakini Habil Həmidov suyun altında qalan evini göstərib deyir:

В«KÖRPƏ UŞAĞIM EVDƏ QALIB, ONU ÇÖLƏ ÇIXARDA BİLMİRƏMВ»

В«Mən boğuluram. Mənim körpə uşağım evdə qalıb, onu çölə çıxarda bilmirəm. Toyuqdur, cücələrdir hamısı boğulub qalıb suyun içində. Sement qalıb orda. Ev tikməliyəm, əmlakım batıb. Nə icra hakimiyyəti var, nə bələdiyyə. Bunu görən yoxdur. Meyvə ağacları var, sement var. Mal-qaranı çıxartmışam çölə. Bununla ikinci dəfədir su məni tutur. Bələdiyyə məhəl qoymur. Kanallar təmizlənmir. Bələdiyyənin mənimlə nə düşmənçiliyi var ki, kanalı qazmır?В».

Sonradan eşitdik ki, xoşbəxtlikdən Habil Həmidovun ailəsində ölüm-itim olmayıb.

480 EV İŞIQSIZ QALIB

Yolumuz Lənkəran rayonun Tüləkivan kəndinədir. Tüləkivan kəndi dağ ətəyində, çökək yerdə, çayın kənarında, Lerik-Lənkəran yolunun üstündə yerləşir. Ora çatana qədər bir neçə kəndin ərazisindən keçdik. Hər yerdə selin fəsadlarını gördük.

Tüləkivan kəndində bizə dedilər ki, təhlükə aradan qalxıb. Su çəkilib. Həyətlərdən su boşalıb. Sel Lerik-Lənkəran yolunu dağıtdığından yarım gün bağlı qalıb. Bizə bildirdilər ki, çay kənarında yerləşən evlərin sahibləri evə qayıtmağa ehtiyat edirlər. Çayda suyun səviyyəsinin enməsini gözləyirlər. Dağ ərazisində yerləşən Güləhinə kəndinin yolu dağılıb, elektrik xətinə böyük ziyan dəyib. Bu kənddə yerləşən 480-dən çox ev işıqsız qalıb. Kəndə getmək mümkün olmadı. Bu ərazidə olan 10-dan çox irili-xırdalı körpünü su aparıb.

Dağdan geri qayıdırıq, Lənkəran rayonun Veravul kəndinə tələsirik. Bu kənd düzən yerdə yerləşdiyində ərazini su tez basır. Kəndin girəcəyində selin dağıtdığı hasar diqqətimizi cəlb etdi.

Kənd sakini, sahibkar Zakir Həsənov deyir ki, sel gecə saatlarında gəlib:

В«SU SOĞANI, KARTOFU APARDIВ»

В«Saat 10 olardı, kanal daşdı, asfaltın üstündən keçdi. Hasarı dağıtdı, unumuz qaldı suyun altında. Yağıntı olmayıb. Çay daşdı, bu hadisə baş verdiВ».

Evin sahibəsi deyir:

В«Evin altına su girdi. Birdən gördük. Onda gördük ki, su soğanı, kartofu, mərcini aparır. Müsəlmanıq, ruzi yığmışıq özümüzə. Heç cürə imkan olmadı. İstədik ki, körpələri götürək, imkan edib körpələri küçəyə çıxarda bilmədik. Kiçik gəlinimin atası köməyə gəldi, su onu yıxdı, qıçı sındı. İndi evdə yatırВ».

Evin xanımı deyir ki, uşaqları sel zamanı eşiyə çıxara bilməsələr də, uşaqlar ikinci mərtəbədə olduqlarından xoşbəxtlikdən sel onları aparmayıb.

Sel Veravul kəndin içi ilə hərəkət edib. Qarşısına çıxan gücü çatdığı nə varsa yıxıb, dağıdıb. Ağaclara, dəmir çəpərli hasarlara ilişib qalan ev əşyaları, kənd təsərrüfatı məhsulları gözə dəyir.

Mirzərza Mənsurov deyir ki, selin kəndin üstünə gəlməsinin əsas səbəbi su kanallarının vaxtında təmizlənməməsidir.

В«KANALLAR TƏMİZLƏNMİRВ»

В«Kanallar qazılmalıdır. Kanalları təmizləyən yoxdur, illərlə qalıb. Kol-kos basıb, su çəkmir. Sovet İttifaqı dövründə kanallar təmizlənərdi, vaxtlı vaxtında, indi baxan yoxdurВ».

Kəndin ortasından axan çayın səviyyəsi qalxıb. Həyətlərə axır. Kənd sakini Allahverdi Hüseynov deyir ki, həyətdə 60-70 santimetr su var idi. Çökək yerlərdə suyun səviyyəsi bir metrdən yuxarı olub:

В«3-4 dəqiqəyə su 70-80 santimetr qalxdı. Həyət su içində idi. İndi bir qədər çəkilib. Dağda yağış çox yağıb. Əvvəllər olub, lakin belə olmayıbВ».

Kəndin digər sakini Rafiq Babayev deyir:

В«TAXILIMIZ QALDI SU ALTINDAВ»

В«Ziyandır da, görürsünüz. Ot tayalarıdır, tövlələrdir. Ev çiy kərpicdəndir, uçulmaq təhlükəsi yaranıb, partlayıb hamısı. Ora da ziyan vurub. Hamısı ziyandır da. Özümüz qalmışıq belə. Oturmuşduq, gözlənilmədən dedilər çay daşır. Çıxdıq gördük asfaltı su basıb. Sürətlə su başladı qalxmağa. Haradasa 1 metrə, 1 metr 20 santimetrə qalxandan sonra məcbur olub ev-eşiyimizi tərk elədik. Getdik çıxdıq yola. Yolda xeyli qalandan sonra, gəldik mal-qaramızı çıxartdıq, toyuğumuzu-cücəmizi sel apardı. Nə qədər taxılımız var idi, qaldı su altındaВ».

Rafiq Babayevin qonşusu isə heç vaxt belə fəlakət görmədiyini deyir:

В«Su aparırdı adamı. Güc bəla ilə evimizi tərk edib getmişik. Ağacları sındırıb, dağıdıb. Bu gecə belə hadisə olub, heç kim indiyə kimi soruşmayıb. Hələ ki, heç kim maraqlanmayıb. Gəlib soruşan olmayıb ki, bala nə olub? Sel nəyə ziyan vurub? Kanallara baxan yoxdur. Təbii ki, onların da təsiri çoxdurВ».

В«UŞAQLARI ÇIXARTDIQВ»

Şəhid atası Ramiz Məhərrəmov həyətdə qəza vəziyyətindəki binanı göstərərək, onun oğluna məxsus olduğunu bildirir. Deyir ki, sel gələndə, uşaqlarını, mal-qaranı həyətdən çətinliklə çıxardıb:

В«Qalan bütün şeylər qaldı burda, məhv oldu. İndi uşaqları öz evimdə birtəhər yerləşdirmək istəyirəm. Mənim evimdə 3 ailə var. Malların da yerləri yoxdur. Mənim özümün də həyətdə nəyim var idi, su aparıb. Taxtaları aparıb, sementi məhv edibВ».

Həyətdə mişar daşından yeni bir evin bünövrəsi hörülüb. Onun yanına yığılan sement su içindədir. Ev sahibinin dediyinə görə, taxta materiallarını su aparıb. O evin divarında yeri qalmış suyun hündürlüyünü göstərir. Kənd sakinlərinin gözlərində hələ də qorxu vardı, sel qorxusu...

В«SU ÇƏKİLİB GEDƏCƏKВ»

Astara rayon Fövqəladə Hallar Komissiyasının sədri Məzahim Hüseynov əraziyə normadan çox yağıntının düşdüyünü deyir. O qeyd edir ki, leysan yağışı kəsiləndən sonra su çəkilib gedəcək.

Lənkəran rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Möhübbət Babayev isə dağ ərazisində olduğunu və orada selin törətdiyi fəsadların aradan qaldırılması ilə bağlı işlər görüldüyünü bildirdi. Bu səbəbdən də suallarımıza cavab vermədi.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Torpaq uğrunda canını qıyana BİR QARIŞ TORPAĞI DA QIYMIRLAR... - GİLEY
Bu gün, 11:39
“Ya bəhanədir, ya da həqiqətən...” – Yaşar Nurinin xanımından ETİRAZ
Bu gün, 11:31
Bəraət alan gömrükçüyə 5 min manat təzminat kəsildi - Amma işinə qaytarılmadı
Bu gün, 11:23
İdxal olunmuş radikallıq – məqsəd məqsədləri susdurmaq olmamalıdır
Bu gün, 11:21
Ermənistan Rusiya vətəndaşlarından viza tələb edəcək? – Zaxarovadan reaksiya
Bu gün, 11:12
ABŞ-ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var - İran Səhiyyə Nazirliyi
Bu gün, 11:11
“Azəridmanservis” üç ay ərzində “ÇANAQÇI” MMC-yə 6 tender verdi – Nəyə, yaxud da, kimə görə…
Bu gün, 10:59
Masazır və Xırdalandakı “şəhərcik”lərə niyə çıxarış verilmir? - AÇIQLAMA
Bu gün, 10:57
Bacısından ayrıldığına görə xalası oğlunu ov tüfəngi ilə güllələyən şəxslə bağlı QƏRAR
Bu gün, 10:52
Keçmiş icra başçısı hədələndiyini İDDİA EDİR... - "...bizə qarşı çox agır ifadələr işlədirlər"
Bu gün, 10:46
Melburnda oxuyan azərbaycanlı tələbə kömək istəyir - MÜRACİƏT
Bu gün, 10:42
Bişkekdən verilən siqnal: - Azərbaycan artıq yeni geosiyasət üçün icazə istəmir
Bu gün, 10:33
“ASAN Xidmət” Sevinc İbadovadan 660 min manata ofis icarəyə götürüb - İcazə verin, şübhələnək...
Bu gün, 10:32
AB-yə üzvlük qərarı İrəvanın hüququdur - Overçuk
Bu gün, 10:30
Azərbaycanda 4 yol istismarı şirkəti bağlanır - SİYAHI
Bu gün, 10:28
Mərkəzi Bankda yeni departament rəhbəri təyin edilib - DOSYE
Bu gün, 10:27
Əli ətçəkən maşında qalan uşağı əməliyyat etdilər - Azərbaycanda
Bu gün, 10:19
Təhsil şirkəti necə oldu ki, tikinti şirkətinə çevrildi? - “Robospace”dən “Avenza”ya... (FAKTLAR, FOTOLAR)
Bu gün, 10:14
"Guya yoxlanılır və məhsul uyğunsuz məhsul çıxarılır..." - NARAZILIQ VAR...
Bu gün, 10:04
Nazirlik əməkdaşı vəfat etdi
Bu gün, 10:00
Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək - Lavrov belə deyir...
Bu gün, 09:57
Bakıda müştəri səhvən sürücünün kartına 633 dollar pul köçürdü və... - MÜRACİƏT
Bu gün, 09:50
Kəmaləddin Heydərova və Anar Quliyevə meydan oxuyan kimdir - İLGİNC
Bu gün, 09:43
Bazarlarımızda bu erməni MƏHSULLARI satılacaq - SİYAHI
Bu gün, 08:32
“X Petrol”da müştəri necə aldadılır? - ARAŞDIRMA
Bu gün, 08:28
167 saylı məktəbdə təmir üçün valideynlərdən pul yığılır? - İTTİHAM VAR...
Bu gün, 08:18
SOCAR-da DOVŞANIN SUYUNUN SUYU... - buralarda ƏMR VERƏN xirtdəyəcəndir....
Bu gün, 08:12
Ermənistanda “azərbaycanlılar gəlir” PANİKASI - ŞƏRH
Bu gün, 08:02
Paşinyanı Moskvada gözləyirlər: “Qərar anı” yaxınlaşır! - Kremlin ultimatumu və İrəvanın çətin seçimi
Bu gün, 08:00
Vüsal Nəsirlinin "optimallaşdırma siyasəti" böyük problemlərə yol açır: idarələr ləğv edilib, bəs... - yol kənarlarındakı ağaclar necə olacaq?
Bu gün, 07:58
Putindən Ermənistana təhdid mesajı: Təhlükəsizlik zəmanətinə son - NƏ BAŞ VERİR?
Bu gün, 07:44
Sülh artıq kağız üzərindədir, bəs imza niyə yoxdur? – Əliyev-Paşinyan görüşünün açdığı suallar
Bu gün, 07:35
Küveyt ərazisinə yönələn hava hücumunun qarşısını alır
Bu gün, 07:33
Qobustanda TENDER qazanır, amma DÖVLƏTƏ... - borcu var imiş....
Bu gün, 07:31
Macarıstan Ukraynanın Aİ-yə sürətləndirilmiş qəbulunu dəstəkləməyəcək - AÇIQLAMA
Bu gün, 07:26
ABŞ ilə Səudiyyə Ərəbistanı arasında saziş uranın 20%-dək zənginləşdirilməsinə imkan verir - “The Wall Street Journal”
Bu gün, 07:23
"İşləri abonentlərin ciblərinə girməkdir..." - İTTİHAM VAR...
Bu gün, 04:34
Beynəlxalq Bankın MİN BİR OYUNU - BU NƏDİ BELƏ?
Bu gün, 04:12
Tez-tez çağırıb yoxlamağın məntiqi nədir? - GİLEY
Bu gün, 03:59
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində “yarpaq tökümü” - İdarənin daha bir əməkdaşının işdən çıxarıldığı bildirilir
Bu gün, 03:49
"Belə, məntiq işləməyən ölkədə yaşayırıq..." - partiya sədri
Bu gün, 02:17
"Əmək haqları yenə üç aydır ki, ödənilmir..." - NARAZILIQ VAR...
Bu gün, 02:08
Güney Qafqaz YENİDƏN QARIŞIR? - GƏLİŞMƏ
Bu gün, 01:56
Bu, düşüncə əxlaqıdır... - REPLİKA
Bu gün, 01:50
Keçmiş mer nəyin güdazına getdi? - 25 İLLİK HAQQ-HESAB...
Bu gün, 01:44
Zardakı tikinti xaosuna görə PREZİDENTƏ MÜRACİƏT OLUNDU - "Sizdən xahiş edirəm..."
Bu gün, 01:36
Bu ölkədə QİYMƏT BAZARINA nəzarət edən varmı? - ETİRAZ
Bu gün, 01:21
Türkmənistanda ŞİMALİ KOREYA AB-HAVASI... - KİV
Bu gün, 01:17
15 min həkimin maaşı artırıldı: BƏS YERDƏ QALANI? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:13
Dinə ÇEVİK MÜDAXİLƏ... - AKTUAL
Bu gün, 01:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru