ANS-İN EFİRİNDƏ İSMAYILLI MEYXANASI
Tarix: 12-02-2013, 10:46 |
Çap et
OQTAY KAMİL YENƏ DƏ QADAĞALARI POZARAQ, FÜRSƏTİ FÖVTƏ VERMƏDİ
DİA.AZ: - Neçə müddətdir ki, ANS telekanalında meyxana yarışması gedir. Dünən axşam saatlarında da eyni proqramm canlı olaraq sözügedən kanalda yayımlanıb. Və bu zaman qəribə bir hadisə baş verib ki, artıq məlum olay bir sıra söhbətlər də yaradıb.
DİA.AZ bildirir ki, ənənəvi meyxana proqramında iştirak edən meyxanaçılardan biri - Oqtay Kamil verilişin aparıcısının qulağından yayınaraq «qışda bağda, yayda toyxanalarda» rədifli qafiyəyə yanvar ayının 23-24 tarixlərində İsmayıllıda baş verən hadisələri uyğunlaşdırdı ki, əslində meyxanaçının sözləri zəif olsa da, mahiyyətinin güclü anlam kəsb etməsi ANS rəhbərliyi üçün heç də arzuolunan deyil.
Belə ki, üzünü ənənəvi meyxana ortağı olan Samirə xanıma tutan Oqtay Kamil ona xitabən «Səni aparacam burdan düz İsmayıllıya, Bir həftə birgə qalarıq mehmanxanalarda» sözlərini işlətdi ki, bununla da məşhur meyxanaçının əslində İsmayıllıda baş verən hadisələr işarə etməsi tam olaraq aydın idi.
Onu da bildirək ki, Oqtay Kamil buna qədər də xalqın üzləşdiyi problemləri qabartması ilə, bir növ siyasi meyxanaya meyl etməsilə diqqətə gəlib.