ZİYA MƏMMƏDOVUN QOÇUSU BU DƏFƏ SƏRNİŞİN DÖYDÜ
Tarix: 7-02-2013, 12:02 |
Çap et
BELƏ DƏ OLURMUŞDünən “Koroğlu” metrostansiyasının yaxınlığında olan avtobus dayanacağında gərgin anlar yaşanıb. AzNews.az-ın əməkdaşının şahidi olduğu hadisə Nəqliyyat Nazirliyinin müfəttişi ilə sərnişin (həmin sərnişinin təxminən 18-20 yaşı olardı-red) arasında əlbəyaxa dava düşüb.
Hadisəyə səbəb müfəttişin avtobusun qapısı ağzında olan sərnişini Zabrat qəsəbəsinə hərəkət etməkdə olan 148 saylı avtobusdan kobud surətdə zorla endirməsi olub. Bu zaman müfəttiş və sərnişin arasında mübahisə yaranıb.
Qeyd edək ki, hər gün saat 17:30-dan, saat 20:30-dək dayanacaqlarda sərnişinlər çoxluq təşkil edir ki, bu da avtobuslarda hədsiz sıxlıqla nəticələnir. Həmçinin, bu cür hallar gün ərzində baş verir və sonda münaqişəylə nəticələnir.