
MUSTAFA CECELİ KİMİN TOYUNU ŞƏNLƏNDİRƏCƏK?
Məşhur türk müğənnisi Mustafa Ceceli Bakıya gələcək.
Axşam.az-ın məlumatına görə, müğənninin səfərinin məqsədi konsert proqramı ilə bağlı deyil. Belə ki, gələn ay şəhərimizin qonağı olacaq Mustafa Ceceli toy məclisində iştirak edəcək.
DİA.AZ-a daxil olan məlumatda isə bildirilir ki, Mustafa Ceceli Prezident Administrasiyasında çalışan məmurlarımızdan birinin övladının xeyir işini şənləndirmək üçün olduqca yüksək qonorara Bakıya təşrif buyurur.