RAFİQ TAĞIYA HÜCUM EDƏNLƏR İKİ NƏFƏR OLUB
Tarix: 21-11-2011, 15:08 |
Çap et
“XƏSTƏNİN VƏZİYYƏTİ QƏNAƏTBƏXŞDİR”
Rafiq Tağıya hücum edənlər iki nəfər olub. Bunu Rafiq Tağı həkimlər və müstəntiqlərlə söhbətində bildirib. Hazırda yazıçını 1 saylı Bakı Klinik xəstəxananın cərrahiyyə şöbəsində palataya yerləşdiriblər.
Qardaşı Rafael Tağıyev deyir ki, xəstənin vəziyyəti qənaətbəxşdir, müalicəsi davam edir.
Noyabrın 19-da yazıçı Rafiq Tağının bıçaqlanması ilə əlaqədar Nəsimi Rayon Prokurorluğunda cinayət işi açılıb.
Bu barədə "Azadlıq" radiosuna Nəsimi Rayon Prokurorluğundan məlumat verilib.
Cinayət Məcəlləsinin 120.1-ci maddəsi - qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə maddəsi ilə istintaq aparılır.