İcra Hakimiyyətindən Hacıbala Abutalıbovla bağlı xəbərə reaksiya: .....                     Bahadırsa, necə gedirlər: "Otellərdə boş yer olmur" .....                     Putinin yeni “rəqibi” peyda oldu: saatlar əleyhinə işləyir .....                     Erməni və türk iş adamları Vanda görüşdülər .....                     “YouTube”da ən çox hansı TV kanalları izlənilir? .....                     “Q-STP” MMC-yə yeni Baş direktor təyin olunub .....                     Keçmiş Bakı meri haqda ilginc iddialar... .....                     Maskın sərvəti 174 ölkənin ÜDM-indən çoxdur .....                     “Aktiv Enerji”də milyonluq yeyinti .....                     Hüquqi separatizm: Muxtar status, yoxsa FETÖ-vari "paralel yapı"? .....                     İranla danışıqlar yaxşı gedir .....                     Simonyan Peskovla 12 il əvvəl yaşadığı hadisəni xatırladı: "Gecə Çin küçələrində... " .....                     Azərbaycanda vəzifəli şəxs .....                     “Əri bıçaqla onun başının üstündə dayanmışdı” .....                     Rusiya mediası Bakıya yolüstündə olan Lyayeni desant adlandırdı .....                     Səhiyyə Nazirliyi günvurma təhlükəsi ilə bağlı əhaliyə müraciət edib .....                     Azərbaycan təhsilində “heyvagülü” siyasəti .....                     Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü .....                     Şəhla müəllim hadisədən sonra ilk dəfə .....                     AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır .....                     Ermənistan XİN Qaluzinin Rusiyanın TRIPP-də iştirakı ilə bağlı fikirlərinə münasibət bildirib .....                     Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər .....                     “Yuska Şamxorski”nin həbsinin pərdəarxası .....                     Sabah 25 ilin qanlı sirri çözülə bilər .....                     Ermənilərdən yeni HEYRƏTAMİZ uydurma .....                     “Mərkəzi televiziyanın sədri atamla dost idi, amma mənə efir qadağası qoyulmuşdu” .....                     Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayıb .....                     Cənab nazir qərəzli şəkildə məni doğma teatrıma BƏRPA ETMİR! .....                     Nizami Tibb Mərkəzində qalmaqal: İşçi döyüldüyünü iddia etdi .....                     "İdrak" liseyində şagird müəllimi ona irad bildirdiyi üçün güllələyib .....                     "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və digərlərinə .....                     AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başlayıb .....                     Qəbələdə icra hakimiyyəti yeniyetmələri istismar edir .....                     BP BTC-nin operatorluğunu ötürür .....                     ƏƏSMN şöbə müdirinə ağır ittihamlar: “İntihar həddinə çatdırıb” .....                     Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub .....                     "Başı gedib, amma sənətdən getmir..." .....                     İrəvanda Rusiya vətəndaşını döydülər .....                     Lukaşenko bir tərəfdən Kremlin təzyiqi alıtndadır, digər tərəfdən Kiyevdən xəbərdarlıq mesajları alır... .....                     Nazir Anar Seyidməmmədovu ehtiyata buraxdı .....                 

“BDU-NUN 20 ALİMİ BİR YERƏ YIĞILIB DANIŞSA, BU, YENİ BİR İDEYADIR?”
Tarix: 18-11-2011, 17:13 | Çap et
“BDU-NUN 20 ALİMİ BİR YERƏ YIĞILIB DANIŞSA, BU, YENİ BİR İDEYADIR?”

ABEL MƏHƏRRƏMOV YUMDU GÖZÜNÜ...

“Media forum” saytının suallarını Milli Məclisin üzvü, Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmov cavablandırır.

- Professor Rafiq Əliyev Dövlət Neft Akademiyasının kafedra müdiri vəzifəsindən çıxarılandan sonra ziyalıların cəmiyyətdəki mövqeyi ilə bağlı müzakirələr daha geniş vüsət aldı. Bakı Dövlət Universitetində çalışan 250-yə yaxın alim isə müraciət yayaraq Azərbaycan Ziyalılar Forumunu və Rafiq Əliyevi ittiham etdi. Niyə belə bir müraciət qəbul etmək qərarına gəldiniz?

- Bakı Dövlət Universitetinin tarixi xidmətləri olduqca böyükdür. Azərbaycanda yalnız maarifçilik, elm və təhsilin inkişafında deyil, həm də dövlətçilik ideologiyasının formalaşmasında, qorunmasında bu universitetin xidmətləri var. Mən BDU-nu elm və təhsil ocağı olmaqla yanaşı həm də bir ideoloji, dövlətçiliyin keşiyində duran mərkəz hesab edirəm. Bu gün hər bir azərbaycanlı, xüsusən də BDU-nun ziyalıları Azərbaycanın inkişafına dəstək verməyi, sabitliyi, dövlətçiliyi, müstəqilliyi qorumağı düşünürlər, bunun yollarını axtarırlar. Ona görə də ölkə ziyalılarına müraciət etmək qərarına gəldik.

Amma bu, birbaşa Dövlət Neft Akademiyasında kiminsə işdən azad olunması ilə bağlı deyildi. Bəyanat dırnaqarası Ziyalılar Forumunun fəaliyyəti haqda idi. Bir neçə ziyalı yığışıb dırnaqarası Ziyalılar Forumu yaradıb, ziyalılar adından ölkədəki vəziyyət, narahatlıq yaradan məsələlər, məqamlar haqda bəyanatlar qəbul edirlər. Hesab edirəm ki, onlar ölkədəki sabitliyi pozmaq, vəziyyəti dramatikləşdirmək, xırda problemləri şişirtmək istəyirlər, fəaliyyətləri, ortaya qoyduqları mövqe və düşüncələri buna xidmət edir.

Əlbəttə, Azərbaycanda uğurlarımızla yanaşı çatışmayan cəhətlər də var. Cənab prezident İlham Əliyev də bunları görür, bəzi sahələrdə olan çatışmazlıqların aradan qaldırılması üçün daim açıq bəyanatlar, tapşırıqlar, sərəncamlar verir. Amma bir məsələni də nəzərə almaq lazımdır ki, inkişaf etmiş ölkələrdə - ABŞ-da, Böyük Britaniyada, Fransada, İspaniyada da belə problemlər var. Son vaxtlar bu ölkələrdə baş verən proseslər hamıya məlumdur. İnsanlar sosial durumlarına, maaşların azaldılmasına etiraz olaraq küçələrə çıxırlar, polis də bunun qarşısını almaq üçün sərt tədbirlərə əl atır. Eyni zamanda başqa problemlər də var.

Azərbaycanın indiki durumunda xırda problemləri dramatikləşdirib önə çəkmək düzgün deyil. Biz hesab edirik ki, ərəb modelinin Azərbaycana gətirilməsi düşüncəsi ilə atılan addımlar qəbuledilməzdir, buna imkan vermək olmaz, ölkəmizdə belə fəaliyyətə yer yoxdur.

Yalnız bu məsələyə deyil, bir ideoloji mərkəz olaraq həmişə Azərbaycanda gedən bütün proseslərə reaksiya veririk. Hesab edirik ki, dırnaqarası Ziyalılar Forumunda olan 20-30 adamın dediyi, verdiyi bəyanatlar Azərbaycan ziyalılarının düşüncəsi deyil. Yalnız BDU-da 300-dən artıq akademik, professor, neçə-neçə deputat var. Mən hələ digər əməkdaşları demirəm. Belə çıxır ki, BDU-nun 20 alimi bir yerə yığılıb danışsa, bu, yeni bir ideyadır?

Əlbəttə, biz yeni ideyalara dəstək veririk. Amma gərək məntiqi ideya olsun. Biz hadisələri dramatikləşdirib ölkədə qeyri-sabitliyə şərait yaratmağın, buna səbəb olacaq addımların atılmasının tərəfdarı deyilik. Ona görə də müraciət qəbul etdik.

Alimlər də bu məsələlərə biganə deyil, öz aralarında müzakirələr aparırlar. Deyirlər ki, dırnaqarası Ziyalılar Forumunda olanlar niyə belə addımlar atırlar, hər şeyi yalnız qara rəngdə göstərən bəyanatlar verirlər. Yığışıb təklif etdilər ki, biz də bir bəyanat qəbul edək. Bunu dövlətlə, ayrı-ayrı adamlarla, o cümlədən Rafiq Əliyevlə bağlamaq lazım deyil. Bizim yaydığımız müraciət BDU ziyalılarının dırnaqarası Ziyalılar Forumunda Azərbaycan dövlətçiliyi əleyhinə səsləndirilən fikirlərə, ortaya qoyulan mövqelərə etirazıdır.

- Amma əksəriyyət belə hesab edir ki, müraciət siyasi hakimiyyətin sifarişi ilə yazılıb və yayılıb. Müraciəti hazırlamamışdan əvvəl siyasi hakimiyyət təmsilçiləri ilə məsləhətləşmələriniz olmuşdumu?

- Bu, siyasi sifariş deyil. Müraciətin hazırlanması da, yayılması da BDU ziyalılarının təşəbbüsüdür. Universitet ziyalıları bütün hadisələrdə, proseslərdə, o cümlədən milli azadlıq hərəkatında öndə olublar. Milli hərəkat BDU-dan başlanıb. Əgər ölkədə ciddi narahatlıq yaradan hadisələr olsaydı, BDU ziyalıları da bu addımı atardılar, buna münasibət bildirərdilər.

Xırda problemlərin olduğunu biz də görürük, buna münasibət bildiririk, mövqeyimizi ortaya qoyuruq. Milli Məclisin komitələrində 2012-ci ilin dövlət büdcəsi müzakirə olunanda mən bır sıra narahatlıq yaradan məsələlərdən danışdım. Yəni heç kim universitetin ziyalılarına nəyəsə münasibət bildirməyi qadağan etməyib, problemi görəndə ona münasibət bildirə bilərlər. Eyni zamanda BDU ziyalılarını kimsə hansısa məsələyə münasibət bildirməyə yönəltmir. Bu, ziyalı mövqeyidir.

Biz məsələləri dramatikləşdirib dövlətçilik əleyhinə yönəltməyin tərəfdarı deyilik. Azərbaycanın bütün dövlətçilik tarixində bugünkü kimi inkişaf dinamikası olmayıb. Bu, Allahın bir şansıdır Azərbaycana verilib. Hazırkı yüksək inkişaf dinamikasına ümummilli liderimiz Heydər Əliyev və cənab prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində nail olunub. Bu gün dünyada 5 minə yaxın millət, xalq var. Amma onlardan yalnız 200-ü dövlət qurub. Bu dövlətlər arasında Azərbaycan irəliyə doğru çox sürətlə gedir. Xarici ölkələrdə səfərdə olanda mənə deyirlər ki, Azərbaycan ərazisinin 20 faizi işğal olunub, müharibə şəraitində yaşayırsız, bir milyon qaçqın var və soruşurlar ki, bəs hazırkı inkişafa necə nail olmusunuz. Hesab edirəm ki, bu problemlərin olmasına baxmayaraq belə bir inkişaf dinamikasına nail olmaq Heydər Əliyev siyasətinin uğuru, İlham Əliyev siyasətinin zirvəsidir. Belə bir məqamda birdən-birə ərəb modelinin Azərbaycana gətirilməsinə çalışmaq, belə bir düşüncə ilə yaşamaq olmaz.

Açıq şəkildə deməliyəm ki, bu adamların əksəriyyəti müxalifət qüvvəsi kimi ordan-burdan, xaricdən qrant alır. Qrant verənlərin də, alanların da məqsədi bu qüvvələri Azərbaycanda gücləndirmək, dövlətçiliyə qarşı fəaliyyətə sövq etməkdir. Bir ziyalı kimi deyirəm ki, bu gün Azərbaycanda sabitliyi qorumaq lazımdır. Dırnaqarası Ziyalılar Forumunun keçirdiyi tədbirlər isə ölkədə siyasi sabitliyi pozmağa yönəlib, buna xidmət edir. Ona görə də onları bu fəaliyyətlərinə son qoymağa çağırırıq.

- Qrant alıb dövlətçiliyə qarşı fəaliyyət göstərənlər kimlərdir?

- Onlar 20-30 nəfərdirlər, şəkilləri bütün qəzetlərdə, saytlarda yayılır. Onlar həmin adamlardır. Bilirik ki, onlar qrantlar alırlar, elmi ezamiyyətlərə gedirlər. Bunlar təsdiqlənmiş məsələlərdir.

- Akademik Cəlal Allahverdiyev bildirib ki, müraciəti xüsusi qeydlə imzalayıb. Professor Qulu Məhərrəmli isə deyib ki, başqa bir müraciətə qol çəkib və orda ziyalılar haqda belə ittihamlar olmayıb...

- Onların hər ikisi müraciətə imza atıb. Müraciətdə imzaları ola-ola niyə belə danışdıqlarını bilmirəm. Onlar gedib dırnaqarası Ziyalılar Forumunda da bir cür, gəlib burada isə başqa formada danışırlar. Bu, ikili mövqe, şəraitə uyğun fikir bildirmək, mövqeyini dəyişməkdir. Əgər qol çəkmisənsə, niyə belə açıqlama verirsən? Cəlal Allahverdiyev müraciətə mənim qəbul otağımda qol çəkib. Kabinetdən çıxanda onu müraciəti imzalayarkən görmüşəm.

- Ziyalılar Forumu son tədbirlərində cəmiyyət və əxlaq, milli barış problemini müzakirə edib. Niyə bu müzakirələrdən narazı qalmısız? Yəni hesab edirsiz ki, cəmiyyətdə heç bir problem yoxdur?

- Elə bir ölkə, cəmiyyət yoxdur ki, orada problem olmasın. Bununla tamamilə razıyam. Xüsusən də Azərbaycan bu gün müharibə şəraitindədir. İnkişaf etdikcə problemlərin sayı da artır. Bir vaxt deyirdik ki, Azərbaycanda dövlətçiliyi qoruyaq. İndi isə elmə, təhsilə ayrılan vəsaitin, müəllimlərin maaşının artırılmasını tələb edirik. Biz də sözümüzü deyirik, tələb edirik. Amma bu, düşmən dəyirmanına su tökmək formasında olmamalıdır. Dırnaqarası Ziyalılar Forumunun fəaliyyəti ərəb modelinin Azərbaycana gətirilməsinə yönəlib, oradan bu tüstü qalxır. Bizi bu narahat edir. Yoxsa ziyalının öz sözünü deməsində heç bir problem yoxdur. Elmin, təhsilin, innovasiya sahələrinin inkişafı haqda təkliflərini yazıb versinlər. Qoy alim kimi öz fikirlərini yazıb təqdim etsinlər. Amma bunu edən yoxdur. Onlar bir qayda olaraq yığılıb deyirlər ki, dövlət düzgün idarə olunmur. Dövlət necə düzgün idarə olunmur ki, bataqlıqdan dünyanın inkişaf etmiş ölkələrinin sırasına gəlmişik.

- Rafiq Əliyev dünyada tanınan və Azərbaycanı dünyada tanıdan alim hesab olunur. İşə gəlməməsini əsas kimi göstərib onun işdən azad olunmasını necə qiymətləndirirsiz? Əksəriyyət belə hesab edir ki, bu, Azərbaycan elminə zərbədir...

- Əsl alim kafedra müdiri olsa da, olmasa da alimdir. Yəni kafedra müdiri olmaqla alimin səviyyəsi, rütbəsi artmır. Əksinə, BDU-da bir neçə kafedra müdiri Boloniya prosesinin tələbləri çərçivəsində bu vəzifəsini yerinə yetirmək istəmədiyinə görə ərizə yazıb vəzifədən gedib. Çünki bu vəzifəni tutanlar səhər saat 9-da işə gəlməlidir və axşam 5-dək işdə oturmalıdır. Kafedra müdirləri heç dərs deməyə də bilərlər. Əgər kimsə dərs demək istəsə, onda əlavə yarımştat işləməlidir və axşam saat 7-dək işdə olmalıdır. Bəzi alimlərimiz də məsələyə sovet rejimində olduğu kimi yanaşırlar. Onlar fikirləşirlər ki, professor olduqlarına görə əvvəllər olduğu kimi yenə də arabir işə gələcəklər, eyni zamanda kafedra idarə edəcəklər. Boloniya prosesi tələbləri ilə hər adam kafedra müdiri ola bilmir. Bunun üçün kafedra müdirinin dərslərdə oturmaq, tədris planları üzərində işləmək üçün vaxtı olmalıdır. Hazırda kafedra müdirlərinin işləri həddən çoxdur. Ona görə də kafedra müdirlərinə dərs demək məsləhət bilinmir. İndi kafedra müdiri bir növ inzibati vəzifə olub. Bəzi köhnə alimlər də bunu qəbul etmirlər.

Belə alimlər BDU-da da var. Mən onun nəyə görə işdən çıxarıldığını konkret bilmirəm. Amma mətbuatdan oxuduğuma görə işə gəlmədiyinə, kafedraya düzgün rəhbərlik etmədiyinə görə işdən çıxarılıb. Bu da ali təhsil ocağının daxili işidir. İşində nöqsanlara yol verən əməkdaşları vəzifəsindən çıxarmaq ali təhsil ocağı rəhbərliyinin qanunu hüququdur. Ümumiyyətlə belə hallar Azərbaycanda, o cümlədən BDU-da var. Kimsə bacarmırsa, gəlib ərizəsini yazıb vəzifədən gedir.

Hesab edirəm ki, Rafiq Əliyevin kafedra müdiri vəzifəsindən çıxarılması qəti şəkildə elm üçün itki deyil. Çünki bu adam alimdir, məqalələr yazırdı, yenə də yazacaq. Bunun niyə dramatikləşdirildiyini mən də başa düşə bilmirəm. Bir neçə ay əvvəl BDU-nun beş prorektoru, bir neçə dekan bir gündə işdən çıxarıldı. Onların bəziləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür, partiya rəhbərliyində fəaliyyət göstəriblər, partiyada tarixi xidmətləri olan adamlardır. Amma heç bu dramatikləşmədi. Onların bəziləri heç ondan əskik alim deyillər. Yaxud təhsil nazirinin üç mavini vəzifədən çıxarıldı. Xalq heç bunu da dramatikləşdirmədi. Çünki ölkədə islahatlar gedir, insanların tutduqları vəzifəni icra etməyə gücünün, enerjisinin çatıb-çatmamasına baxılır.

İmdad ƏLİZADƏ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İcra Hakimiyyətindən Hacıbala Abutalıbovla bağlı xəbərə reaksiya: - Bu şayiəni kim yayıb?
Bu gün, 17:30
Bahadırsa, necə gedirlər: "Otellərdə boş yer olmur" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:28
Putinin yeni “rəqibi” peyda oldu: saatlar əleyhinə işləyir – Dəhşətli ssenari
Bu gün, 17:25
Erməni və türk iş adamları Vanda görüşdülər
Bu gün, 17:23
“YouTube”da ən çox hansı TV kanalları izlənilir? - SİYAHI
Bu gün, 17:22
“Q-STP” MMC-yə yeni Baş direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 17:20
Keçmiş Bakı meri haqda ilginc iddialar... - SƏN DEMƏ...
Bu gün, 17:17
Maskın sərvəti 174 ölkənin ÜDM-indən çoxdur - SİYAHI
Bu gün, 17:14
“Aktiv Enerji”də milyonluq yeyinti - Həbs edilənlər var
Bu gün, 17:09
Hüquqi separatizm: Muxtar status, yoxsa FETÖ-vari "paralel yapı"? - İLGİNC
Bu gün, 17:02
İranla danışıqlar yaxşı gedir - Tramp
Bu gün, 16:58
Simonyan Peskovla 12 il əvvəl yaşadığı hadisəni xatırladı: "Gecə Çin küçələrində... "
Bu gün, 15:45
Azərbaycanda vəzifəli şəxs İSTEFA VERDİ
Bu gün, 15:44
“Əri bıçaqla onun başının üstündə dayanmışdı” – Şahid DANIŞIR
Bu gün, 15:41
Rusiya mediası Bakıya yolüstündə olan Lyayeni desant adlandırdı - “Nezavisimaya qazeta”
Bu gün, 15:33
Səhiyyə Nazirliyi günvurma təhlükəsi ilə bağlı əhaliyə müraciət edib
Bu gün, 15:31
Azərbaycan təhsilində “heyvagülü” siyasəti - MALƏSƏF...
Bu gün, 15:09
Qəbiristanlıqda oğlunun dəfn olunması məsələsinə qarışan həmkəndlisini döydü – MƏHKƏMƏ
Bu gün, 15:05
Şəhla müəllim hadisədən sonra ilk dəfə - Məhkəməyə gəldi
Bu gün, 14:57
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır - DİQQƏT
Bu gün, 14:50
Ermənistan XİN Qaluzinin Rusiyanın TRIPP-də iştirakı ilə bağlı fikirlərinə münasibət bildirib - “Newsarmenia”
Bu gün, 14:43
Azərbaycanda bu gündən qüvvəyə minən dəyişikliklər - Kimləri nə gözləyir?
Bu gün, 14:23
“Yuska Şamxorski”nin həbsinin pərdəarxası – yeni detallar
Bu gün, 14:17
Sabah 25 ilin qanlı sirri çözülə bilər – “Dəyirman Vahid”in işində məhkəməni kim gözlədir?
Bu gün, 14:10
Ermənilərdən yeni HEYRƏTAMİZ uydurma – Bakıdan ŞİLLƏ kimi CAVAB
Bu gün, 13:16
“Mərkəzi televiziyanın sədri atamla dost idi, amma mənə efir qadağası qoyulmuşdu”
Bu gün, 13:12
Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayıb
Bu gün, 13:09
Cənab nazir qərəzli şəkildə məni doğma teatrıma BƏRPA ETMİR! - Mehriban Xanlarova vəsiyyətini AÇIQLADI
Bu gün, 13:02
Nizami Tibb Mərkəzində qalmaqal: İşçi döyüldüyünü iddia etdi - VİDEO
Bu gün, 12:56
"İdrak" liseyində şagird müəllimi ona irad bildirdiyi üçün güllələyib - İTTİHAM
Bu gün, 12:53
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və digərlərinə CƏZA İSTƏNİLİB
Bu gün, 12:47
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başlayıb - DİQQƏT!
Bu gün, 12:43
Qəbələdə icra hakimiyyəti yeniyetmələri istismar edir - Fotolar
Bu gün, 12:38
BP BTC-nin operatorluğunu ötürür "SOCAR Midstream Operations" MMC-yə...
Bu gün, 12:33
ƏƏSMN şöbə müdirinə ağır ittihamlar: “İntihar həddinə çatdırıb” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Azərbaycanın Türkiyədəki səfirliyinə yeni təhsil müşaviri təyin olunub - ƏMR
Bu gün, 12:19
"Başı gedib, amma sənətdən getmir..." – Nadir Qafarzadə
Bu gün, 12:15
İrəvanda Rusiya vətəndaşını döydülər - TƏFƏRRÜAT
Bu gün, 12:14
Lukaşenko bir tərəfdən Kremlin təzyiqi alıtndadır, digər tərəfdən Kiyevdən xəbərdarlıq mesajları alır... - ONA GÖRƏ DƏ...
Bu gün, 12:11
Nazir Anar Seyidməmmədovu ehtiyata buraxdı - FOTO
Bu gün, 12:08
Ukrayna Krımdakı hərbi aerodroma zərbə endirib
Bu gün, 12:05
Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 12:02
Rəsulzadənin irsi və Heyətin memarlığı: - masonluq Azərbaycanda necə canlanır?
Bu gün, 11:59
Nazir oğlu ilə əlaqəli şirkət 2 universitetə 1 milyon manatlıq ofis icarəyə verib - AY MAŞALLAH...
Bu gün, 11:56
Elgiz Əkbərin ailəsinə ağır itki üz verib
Bu gün, 11:49
QDTİB AZAL ilə müqavilə imzalayıb
Bu gün, 11:46
16 ildir Qəbələni... BAŞ(ÇI)SIZ QOYUB... - NARAZILIQ VAR...
Bu gün, 11:39
Qalmaqallı sabiq məmur məhkəmə qarşısına çıxır - TƏFƏRRÜAT
Bu gün, 11:17
Paşinyanın partiyasında vəzifə bölgüsü başladı: Spiker “Türkiyənin adamı” olacaq? - “Hraparak”
Bu gün, 11:14
Hafiz Paşayevdən nazirə: -HƏRDƏN BAŞA DÜŞMÜRƏM NƏ DEYİRSİNİZ /VİDEO
Bu gün, 11:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru