XIRDALANDA BİR NEÇƏ AYIN GƏLİNİ ÖZÜNÜ ASDI
Tarix: 10-01-2013, 11:06 |
Çap et
İNTİHARIN SƏBƏBLƏRİ MƏLUM DEYİLÖtən gün axşam saatlarında Xırdalan şəhərində 22 yaşlı qadın intihar edib.
DİA.AZ bildirir ki, Abşeron rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, bir neçə ayın gəlini olan 1990-cı il təvəllüdlü Ləman Cəfərova özünü asıb.
Onun meyidi evdə ailə üzvləri tərəfindən asılmış vəziyyətdə tapılıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.