ŞƏKİDƏ EVİN ÇARDAĞINI ALOV GÖTÜRDÜ
Tarix: 2-01-2013, 11:37 |
Çap et
FHN EVİN BÜSBÜTÜN YANMASINI ÖNLƏYİB
DİA.AZ: - Şəki rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli üçotaqlı evin çardağının yanar konstruksiyaları 4 kv.m sahədə yanıb.
DİA.AZ-ın fövqəladə hallar nazirliyinin rəsmi veb-səhifəsinə istinadən verdiyi xəbərdən aydın olur ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Məlumata görə, yanğın saat 00:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.