ELŞAD ABDULLAYEV İŞİNDƏ İLGİNC İDDİA
Tarix: 24-12-2012, 14:43 | Çap et
“MAHİR ABDULLAYEVİ QARDAŞI OĞLU OĞURLAYIB”
“Təzadlar"ın ötən sayında keçmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru, bir müddətdir Fransada mühacirətdə olan Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin oğurlanmasında adını hallandırdığı iş adamı Arzu Kazımovun vəkili Ramiz Zeynalovun baş prokuror Zakir Qaralova vəsatətini dərc etmişdik. Vəkil indiyədək çoxlarını düşündürən suallarla Baş Prokurorluqdan cavab istəyirdi.Onu da deyək ki, dünən “Azadlıq" qəzeti də “Təzadlar"ın həmin yazısına (vəsatətə) münasibət bildirib.
Diqqətə çatdıraq ki, tanınmış iş adamı Arzu Kazımov noyabrın 6-da həbs edilib. Prokurorluğun yaydığı rəsmi məlumatda iş adamının Mahir Abdullayevin işilə bağlı deyil, Elşad Abdullayevə qarşı dələduzluq əməli törətdiyinə görə Cinayət Məcəlləsinin 178. 3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə həbs olunduğunu bildirilmişdi. Lakin E.Abdullayev Arzu Kazımov məhz Mahir Abdullayevin işi ilə bağlılığı olduğunu iddia edən açıqlamalarından qalmır. Arzu Kazımov isə yaxınlarda istintaqa ifadəsində sabiq rektora qardaşının tapılması üçün köməklik göstərdiyini etiraf edib. Arzu Kazımov ifadəsində bildirib ki, Elşad Abdullayevin onun ofisində DIN-in adam oğurluğu şöbəsinin sabiq rəisi, hazırda Bakı Şəhər Baş Polis Idarəsində rəis müavini vəzifəsində çalışan general Elxan Həsənov və nazirliyin başqa bir yüksək rütbəli əməkdaşı - Arzu Daşdəmirovla görüşüb. Bu görüş məhz Arzu Kazımovun səyləri nəticəsində baş tutub. Həmin görüşdə Elşad Abdullayev bildirib ki, onda olan məlumatlara görə, qardaşı oğurlanıb. Bu işi törədən şəxs isə ölkə başçısı Ilham Əliyevin əmisi oğlu Ilqar Əliyevdir. Sabiq rektor əlavə edib ki, onda məlumatlara əsasən qardaşı aşağıdakı şəxslərdən birinin bağ evində saxlanılır: Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, ölkə başçısının əmisi Cəlal Əliyev, mərhum dövlət başçısı Heydər Əliyevin bacısı Şəfiqə Əliyeva və Ilqar Əliyev... Amma çox maraqlıdır ki, E.Abdullayev bu məşhur insanların adlarını KİV-lərə açıqlamasında dilə gətirməyib.
Vəkil çox mətləblərə aydınlıq gətirib...
Ən maraqlı məqamlardan biri də budur ki, yetəni ağır cinayətdə ittiham edən, hətta siyasi səhvlərə yol verərək bütün günahları PA rəhbəri Ramiz Mehdiyevdə görən və indi də onun istefasını tələb edən Elşad Abdullayev özünün buraxdığı səhvləri və özü ilə bağlı baş vermiş olayları açıqlamalarında və ifadələrində gizlədir. Niyə?
Elə tanınmış hüquqşünas, Arzu Kazımovun vəkili Ramiz Zeynalov dünən qəzetimizə təqdim etdiyi bir istintaq sənədində sensasiya doğuracaq faktların üstünü açır, məntiqi sual və şərhləri ilə hər şeyi ortaya qoyur. Vəkil R.Zeynalov “Təzadlar"a açıqlamasında bir daha bildirdi ki, “Ortada müəmmalar çoxdur. Daha doğrusu, E.Abdullayev indiyədək KİV-lərə açıqlamalarında özünün yalnış hərəkətləri və başqalarını şərləmə, böhtan atma ifadələri ilə əsil mətləbi gizlədir... Ona nə sərf edirsə, onu da həm istintaqa ifadəsində yazır, həm də sosial şəbəkələrdə bunları yayır, ictimai fikri çaşdırır. Amma istintaq təbii ki, onun bu yalanları ilə oynaya bilməz və əsil həqiqət inanıram ki, tezliklə üzə çıxacaq...".
Vəkil hansı suallara hüquqi cavab istəyir?
Qeyd edək ki, vəkil R.Zeynalov Baş prokurora ünvanlı müraciət-vəsatətində (“Təzadlar"ın ötən sayında tam şəkildə dərc olunub) diqqətinə çatdırmışdır ki, Elşad Abdullayevin Arzu Kazımov və Zahid Dünyamalıyevlə bağlı iddiaları onun 2009-cu il mayın 15-də prokurorluğa verdiyi ifadəsində əks olunub. Və haqlı olaraq Zahid Dünyamalıyevin 2009-cu il avqustun 10-da dünyasını dəyişdiyini xatırladır və sual edir: “Nəyə görə mərhum general və Arzu Kazımov bu müddətdə istintaq orqanı tərəfindən dindirilməyib? Elşad Abdullayev 2003-cü il 15 noyabr tarixində Zahid Dünyamalıyevə ikincinin kabinetində 100 min dollar verməsini bildirir. Daxili Işlər Nazirliyinin qəbul şöbəsindən arayış alınmalı və 100 min dolların qəbul otağından keçirilməsinin mümkünlüyü araşdırılmalıdır. Bunun üçün DIN-in qəbul otağı ilə bağlı Əsasnaməsi götürülməli və qəbula məsul şəxs dindirilməlidir...".
Beləliklə, hazırda əsas hüquqi mübahisə predmeti isə E.Abdullayevin 2009-cu ilin mayın 15-də istintaqa verdiyi ifadəsi ilə onun son vaxtlar yaydığı video-çəkilişlər və digər açıqlamaları arasındakı kəskin ziddiyyətlər və yalanlar, bir-birini təkzib edən ifadələr, faktlardır.
Dünən yenidən tanınmış vəkil Ramiz Zeynalovla görüşdük və bəzi məsələlərə aydınlıq gətirdik. Məsələn, ən vacib məqamlardan biri qeyd etdiyimiz kimi, E.Abdullayevin 2009-cu ilin mayın 15-də istintaqa verdiyi ifadəsindəki ifadələridir.
Aşağıda vəkilin təqdim etdiyi həmin ifadənin əsas məqamlarına aydınlıq gətiriləcək:
- Ramiz müəllim, Elşad Abdullayev Arzu Kazımovun ofisində o zaman DIN-in adam oğurluğu şöbəsinin rəisi olan Elxan Həsənov və Cinayət Axtarış Idarəsinin rəis müavini Arzu Daşdəmirovla görüşdüyünü bildirir və sonra guya Z.Dünyamalıyevə ayrı-ayrı yerlərdə pul verdiyini qeyd edir...
- O, Arzu Kazımovla çox yaxın olub və Arzu Kazımov da onun səmimiliyinə inanıb, qardaşının tapılması üçün onun israrlı və acizanə xahişlərini bir insan kimi nəzərə alıb, kömək etmək istəyib. İstənilən adam öz yaxınının işindən ötrü bu addımı ata bilər. Burda qanunsuz nə var ki?! Və o, Z.Dünyamalıyevlə görüşmək istəyib. Bu görüş Zahid Dünyamalıyevin göstərişi əsasında baş tutub və məqsəd Elşad Abdullayevdən qardaşının oğurlanması barədə əlavə məlumatları almaq olub. Həm Zahid Dünyamalıyev, həm də adını çəkdiyim digər şəxslər DIN-in adam oğurluğu şöbəsinin rəisi olan Elxan Həsənov və Cinayət Axtarış Idarəsinin rəis müavini Arzu Daşdəmirov bu məsələni araşdırandan sonra Elşad Abdullayevə bildiriblər ki, sən qardaşının harada olduğunu yaxşı bilirsən, bizə de, gedək gətirək... Görünür, istintaq da Mahir Abdullayevlə bağlı nə baş verdiyini gözəl bilib. Yəni, əslində Elşad Abdullayevin qardaşının harada olduğunu biliblər. Bu baxımdan da istintaqın o zaman Zahid Dünyamalıyevlə Arzu Kazımovun dindirilməsinə ehtiyac olmayıb...
- E.Abdullayev hələ də israrla bildirir ki, guya həm A.Kazımova, həm də Z.Dünyamalıyevə külli miqdarda pul verib...
- Elşad çox şey danışa bilər. Siz onun 2009-cu ilin mayın 15-də istintaqa verdiyi ifadəsi ilə onun son bir ildə KİV-lərə verdiyi açıqlamalarına diqqət verin. Bir-birinə zidd, yalan və hüquqi məntiqi olmayan iddialar... Bəli, İstintaq təəssüflər olsun ki, Arzu Kazımovu onun bu absurd, hələ sübut edilməmiş yalan, şantaj iddiaları əsasında həbs edib... Guya Arzu Kazımov ondan külli miqdarda pul alıb və qaytarmır. Mən qəzetinizdə dərc olunmuş Baş Prokurora vəsadətimdə bunu göstərmişəm. Onun verdiyi pulların mənbəyi müəmmalıdır. Milyonlar onun 85 yaşlı qaytanasının, dayısının, bibisinin, xalasının... adına sənədləşdirilir. Nədi, bu nəslin Nobel qardaşları kimi yatırımı var imiş? Bu pullar E.Abdullayevin ABU-dan çırpışdırdığı, yazıq, bədbəxt övladlarımızın avam valideynlərindən alınmış rüşvət pullarıdır və Elşad yönəldirmiş 30 faizlə tikintiyə. Arzu Kazımova da belə şərtlərlə verilmişdir...
- Belə çıxır ki, Zahid Dünyamalıyev sağ olsaydı Elşad Abdullayevin bu iddiaları əsasında da həbs edilə bilərdi?
- Məsələ çox qəlizdir... Nəinki istintaqa, həm də Azərbaycan ictimaiyyətinə bəllidir ki, Elşad Abdullayevin bütün bu rüşvət qalmaqalı yalan və şantajdır. O ki qaldı Elşad Abdullayevin Zahid Dünyamalıyevə onun kabinetində pul verməsinə, axı sizə ötən müsahibəmdə və Baş prokurora vəsatətimdə xüsusi olaraq qeyd etmişəm, yenə təkrar edirəm, bu ağ yalandır... Daxili Işlər Nazirliyinin qəbul otağı ilə bağlı Əsasnaməsi var. Həmin Əsasnaməyə görə qəbula gedən hər bir şəxs kimliyindən asılı olmayaraq ciddi şəkildə yoxlanılır. 100 min dollar böyük məbləğdir və onu cibə qoyub, yaxud hansısa başqa formada bu pulu yayındıraraq nazir müavinin qəbuluna getmək sadəcə mümkün deyil. Zahid Dünyamalıyev istəməz ki, kiminsə onun qəbuluna 100 min dollar pulla gəldiyini qəbul otağında bilsinlər. Bu bir daha sübut edir ki, bu iddia da tam əsassızdır...
Mahir Abdullayevi qardaşı oğlu oğurlayıb?
-Daha bir maraqlı məqam barədə. E.Abdullayev 15 may 2009-cu ildə istintaqa verdiyi ifadəsində belə bir məqama toxunur. Yazır: “...23.11.2003-cü il tarixdə 050 3843308 nömrəli telefonla mənim 0502128215 nömrəli telefonuma zənglər oldu və qardaşımla birlikdə saat 20 radələrində həmin gün mənə məxsus BMV-X 5 markalı maşınla Kürdəmir yolu ilə Zaqatalaya yola düşdük. Qeyd edim ki, 16.11.2003-cü ildə 050 3843308 nömrəli telefonla həmin gecə saat 02-41-dən başlayaraq dəfələrlə mənə tanımadığım bir nəfər kişi, sonradan adını bildiyim Kürdəmir rayon polis şöbəsinin rəis müavini Qalib adlı şəxs zəng edərək hədə-qorxu gəlməklə və 50 min dollar pulla mənə məxsus BMV markalı CİP-lə Zaqatala rayonuna gəlməyimi və rayonun girəcəyindən 1 km aralıda sağ tərəfə 50 000 dollar pulu yerə atmağımı bildirdi və sözünə davam edərək “Mahir mənim əlimdədir" və bizim onun adamları tərəfindən izləndiyimizi və pulu ora atandan sonra söhbətimizi yenidən davam etdirəcəyimizi mənə bildirmişdir. 16.11.2003-cü il tarixdən 23.11.2003-cü ilədək həmin şəxs aramsız olaraq mənim 050 2158215 nömrəli telefonuma zənglər edərək məni Zaqatalaya pulu gətirmək üçün dəvət etmişdir. 23.11.2003-cü il tarixdə biz qardaşlar yəni mən, İsmayıl, Eldəniz mənim evimdə olarkən yenə də həmin telefondan mənə zənglər edilərək, hədə-qorxu gəlməklə bildirilirdi ki, əgər dediyimiz kimi 50 000 dollar gətirməsək sizin üçün çox pis olacaq və bir də Mahiri görməyəcəksiniz, əks təqdirdə telefonum açıqdır. İstənilən vaxt zəng edərək məsələrimizi həll edə bilərik...".
- Ramiz müəllim, soruşmaq istəyirik: hansı adam oğrusu 16.11.2003-cü il tarixdən 23.11.2003-cü ilədək, təxminən bir həftə hər gün aramsız olaraq, özü də açıq nömrə ilə zəng edib belə söz deyər?
- Yaxşı sualdır. Bunlara yalnız multfilmlərdə rast gəlinə bilər, bir də Elşad Abdullayevin nağılvari uydurmalarında... Elə onun özünə sual verin ki, 16 noyabrdan bu zənglər edilirdisə, niyə dərhal istintaq orqanına yazılı müraciət etmirdin? Nə mane olurdu? Lap tədbir görülməsə də, sən qanuni hərəktlərini ataydın. Yoxsa, başlayıb ki, Arzu Kazımova bu qədər verdim, Zahid Dünyamalıyevə bu qədər verdim. Nədir, Məşədi İbad kimi yetənə pul paylayırsan və hamısında da aldanırsan? Və bu qədər pullar hardan idi?
- E.Abdullayevin ifadəsində belə bir məqam da diqqətimizi çəkir. O, istintaqa ifadəsində yazır: “...Odur ki, biz qardaşlar və qaynım Mustafa belə qərara gəldik ki, Mahir üçün təhlükə olmasın deyə yəqin həmin zəng edən şəxs yəqin ki, elə Mahiri aparan adamdır, çünki o Mahirin qaytarılması üçün bizdən 50 000 dollar pul istəyirdi. Ona görə də biz onun dediyi kimi hərəkət edərək 50 000 dolları evdən götürərək bizə zəng edən şəxsin dediyi kimi Kürdəmin yolu ilə Zaqatala istiqamətində mənə məxsus BMV marakalı CİP maşınla yola çıxdıq". Soruşuram: hüquq mühafizə orqanlarına dərhal məlumat verilsəydi, doğrudanmı reaksiya əksinə olardı?
- Qətiyyən! Bunlar onun uydurmasıdır. Ola bilməz ki, istintaqa adam oğurluğu ilə bağlı müraciət edəsən və özü də belə tanınmış bir adam tərəfindən ola, reaksiya verilməyə. Ötən illərin acı təcrübəsi də göstərir ki, onun dediyi kimi deyil, əksinə, MTN, digər hüquq mühafizə orqanları adam oğruluğu cinayətlərinə olduqca dəqiq reaksiya veriblər, tədbirlər görülüb... Belə çox misallar çəkmək olar...
- Yeri gəlmişkən, Mahir Abdullayev MTN-nin işçisi idi. Niyə E.Abdullayev həmin dövrdə məhz MTN-ə müraciət etməyib? Əksinə, özünün dediyi kimi, ona zəng edən dələduzlarla əməkdaşlıq edib?
- Olduqca maraqlı sualdır. İstərdim ki, bu sualı əvvəlcə Elşad Abdullayev cavablandırsın, sonra mən geniş şərh verəcəyəm.
- Nəhayət, belə bir məsələ: E.Abdullayev ifadəsində davam edərək qardaşı oğlunun adını hallandırır və deyir: ”...Lakin Kürdəmir rayonunun dördyoluna az qalmış həmin tanımadığım şəxs mənim telefonuma zəng edərək bildirdi ki, maşınınızı rayonun dördyol ayırıcında yerləşən Azpetrolun yanında saxlayaraq gözləyin və bir az müddətdən sonra sizə bir nəfər yaxınlaşacaqdır. Biz də onun dediyi kimi hərəkət edərək maşını Azpetrolun yanında saxladıq və onun dediyi adamı gözləməyə başladıq. Lakin yarım saatdan sonra tanımadığımız bir nəfər bizə yaxınlaşdı və elə bizimlə söhbət etmək istəyərkən qəflətən avtomatla silahlanmış çoxlu polis nəfərləri avtomatları bizə tuşlayaraq maşınımızı əlimizdən alaraq bizi heç bir əsas olmadan Kürdəmir rayon polis şöbəsinə gətirdilər və maşınımızı da poilsin həyətinə saldılar. Bundan sonra bizi Qalib adlı Kürdəmir RPS-nin rəis müavininin yanına gətirdilər. Həmin Qalib adlı polis rəisinin müavini bizə bildirdi ki, sizin maşınınız DİN-nin idarə rəisi Zakir Nəsirovun göstərişinə əsasən saxlanılmışdır və sizi Zaqatalaya da aparmaq istəyən və həmin telefonda sizinlə danışan şəxs də elə mən özüm olmuşam. Bundan sonra Qalib qəflətən mənə bildirdi ki, heç bilirsən Mahiri kim oğurlayıb, sənin böyük qardaşının oğlu Abdullayev Mübariz Aslan oğlu. Mən onun bu sözündən çox təəccübləndim və qeyri-ixtiyarı olaraq Mübarizin Mahiri oğurlamasında məndə şübhə yarandı. Bu söhbətlər sonda Mübarizi bizə təqdim etdilər. Lakin Mübariz Mahirlə bağlı bizə heç bir söz deyə bilmədi. Qeyd edim ki, maşınımızda axtarış aparılmışdır. 50 000 ABŞ dolları pul özümdə qaldı, onu heç kimə vermədim. Mən hesab edirəm ki, Kürdəmir RPŞ-nin rəis müavini Qalib adlı şəxsin mənə və qardaşlarıma qarşı belə hərəkət etməsində əsas məqsəd əsl cinayətkarı müdafiə etmək və gizlətməkdən ibarət olmuşdur. Belə ki, bizi şəxsən Kürdəmir RPS-nin rəis müavini Qalib adlı şəxsin 50 000 dolar pulla Zaqatalaya nəyə görə aparmaq istəməsini hazırkı vaxta qədər heç cürə başa düşə bilmirəm çünki əgər mənim qardaşım oğlu Mübarizin Mahiri oğurlaması barədə Kürdəmir rayon polisində hər hansı bir məlumat var idisə yəqin ki, məni bir zərəçəkmiş şəxs kimi polisə dəvət etməklə yuxarıda göstərilən məsələlərə qanun çərçivəsində hər hansı bir aydınlıq gətirmək mümkün olardı..." və sair. Soruşmaq istəyirik: E.Abdullayev niyə özünün dediyi kimi, bu qanunsuz və cinayət xarakterli hərəkətlərdən yenə də aidiyyəti qurumlara rəsmi müraciət etməyib?
- Yenə də bu sualı ona vermək lazımdır... Mənim cavabım isə belədir: çünki onun bu söylədiyi, istintaqa verdiyi ifadələri yalan üzərində qurulub, uydurmadır, nağıldır... Başqa şeyi demirəm, məsələn, E.Abdullayev 2005-ci ildə deputatlığa namizəd idi. Əgər bütün bu video-qalmaqallarındakı, istintaqa verdiyi ifadələrində söylədikləri doğru idisə, niyə deputatlığa namizədin toxunulmazlıq statusundan istifadə edib canlı efirdən ölkə Prezidentinə, xalqa, həmin o adam oğrularına müraciət etmirdi, adam oğrularını ifşa etmirdi? Onun üz tutduğu adamlar, özünün ifadə və açıqlamalarına görə, adam oğruları kimi təqdim etdikləri, bir də falçılar olub. Özünüz nəticə çıxarın. Məncə, yetər, onun bu absurd iddialarına və qəzəllərinə qulaq asdıq... İndi ciddi mərhələyə keçməyin vaxtıdır. İstintaq dəqiq işləyib həqiqəti üzə çıxarmalı, hələlik isə onun bu yalanları əsasında həbs edilmiş insanları ev dustaqlığına buraxmalıdırlar. Sonra isə hərtərəfli istintaq aparılmalıdır. Ən azından, Azərbaycan hakimiyyətini ifşa edən, hüquq mühafizə orqanlarını, tanınmış insanları şantaj edən bu adamın kim olduğu üzə çıxmalıdır... \ tezadlar \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Bu gün, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Bu gün, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Bu gün, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Bu gün, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Bu gün, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Bu gün, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Bu gün, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Bu gün, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Bu gün, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Bu gün, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Bu gün, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Bu gün, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Bu gün, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Bu gün, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Bu gün, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Bu gün, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Bu gün, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Bu gün, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25 |
|
|
|
• Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21 |
|
|
|
• Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18 |
|
|
|
• Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10 |
|
|
|
• “2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06 |
|
|
|
• NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05 |
|
|
|
• Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03 |
|
|
|
• Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38 |
|
|
|
• Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35 |
|
|
|
• Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25 |
|
|
|
• Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22 |
|
|
|
• Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21 |
|
|
|
• Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18 |
|
|
|
• Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14 |
|
|
|
• Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12 |
|
|
|
|