Pakistanlı iş adamı Bakı hava limanında həbs edildi .....                     Özünü “peyğəmbər” kimi təqdim edən şəxsin ƏSL NİYYƏTİ üzə çıxdı .....                     Xətaidə konsert proqramı təşkil olundu .....                     Azərbaycan dilində şeir oxuyan Pezeşkian .....                     İki yeniyetmə erməni azaraq Azərbaycan ərazisinə KEÇDİ .....                     DİM-in şagird və müəllimləri üz-üzə qoyan SUALLARI .....                     İndi əsas oyunlar Ermənistanda gedir .....                     “Zəngilanda öz hesabıma balıq konservi zavodu yaradaram” .....                     Kilsə vasitəsilə çevriliş cəhdi və Paşinyanın əks-həmlələri: .....                     18 yaşlı arvadının başını kəsən şəxsə ağır cəza... .....                     İki naxçıvanlı deputatın Əshabi-Kəhf mübahisəsi .....                     Mülayim şərq küləyi əsəcək .....                     “Səhiyyəmizdə kifayət qədər problemlərimiz var” .....                     "Heç birinizdən qorxmuram, sizi Allaha tapşırmışam" .....                     Başçı kefqom olanda RAYON BU GÜNƏ QALIR... .....                     Naxçıvan Konstitusiyası dəyişir .....                     Bu əraziləri qanunsuz özəlləşdirən məmurlara sərt cəza .....                     56 yaşlı kişi evində sevgilisi ilə yeyib-içdi, ona şiddət göstərdi .....                     Naxçıvanda icra hakimiyyəti NƏ İŞƏ YARAYIR Kİ... .....                     ADNSU-da yeni enerji laboratoriyası qurulur .....                     Rusiyada uşaqlara təcavüz edib .....                     Tramp Mask ilə qarşıdurma fonunda bir günə 1,1 milyard dollardan çox vəsait itirib .....                     Paşinyan katolikosa qarşı: seçkidən öncə son döyüş .....                     "Bu tip oğurluqları məndən başqasına da edirlər yəqin..." .....                     “Manaf sözlərinə görə layiqli cavabını alacaq” .....                     Paşinyan Fransanı “ürəyindən vurdu”, İlham Əliyevin dediklərini təsdiqlədi .....                     Bakıda restoranın qarşısında kütləvi dava: Xəsarət alanlar və həbs olunan var .....                     Naxçıvanda Əməkdar artist vəfat etdi .....                     "Diaspor və Rusiyadakı erməni icmaları kilsəyə daha çox etibar edir" .....                     Sosial yardımı da pulu olana verirlər... .....                     Hindistanın Bakını “güllə atmadan yıxmaq” yuxusu .....                     “Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib .....                     Azərbaycan məhkəmələri `GÜL VURUR`... .....                     "Bu, biz döyüşçülərə qarşı təxribatdır" .....                     Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı .....                     “907-ci düzəliş” Trampın masasında .....                     Təzəpir məscidində bayram namazı qılınıb .....                     Töhfə Bayramovadan SƏHİYYƏMİZƏ TÖHFƏ .....                     Ankaranın dediyini Bakı etdi .....                     UNEC 650 min manatlıq mühafizə xidməti alacaq .....                 

NURÇULARI HAKİMİYYƏTDƏN KİM HİMAYƏ EDİR?
Tarix: 17-12-2012, 12:58 | Çap et
NURÇULARI HAKİMİYYƏTDƏN KİM HİMAYƏ EDİR?
GƏLƏCƏKDƏ PARTLAYACAQ MİNA

Son günlər Azərbaycanda hakimiyyətin həyata keçirdiyi seçki şousundan və Azərbaycanla bağlı xarici mətbuatda dərc olunan yazılardan da daha çox maraq doğuran başqa bir məqam diqqəti çəkir: Azərbaycandakı dini qruplaşmalar. Ötən saylarımızın birində bu məsələyə ayrıca yer ayırmışdıq indi isə konkret olaraq
Azərbaycanı hər an işğal etməyə hazır olan başqa bir qüvvə üzərində dayanmaq isərdik. Bu qüvvə dövləti ələ keçirtmək üçün sadəcə olaraq zamanı gözləyir. Bu qüvvə nə hər zaman müstəqil medianın hədəfində olan Ramiz Mehdiyevin, nə Kəmaləddin Heydərovun, nə Ziya Məmmədovun, nə də hansısa hüquq-mühafizə orqanının nəzarətində deyil. Əslində milyardlara sahib olan, ciddi dövlət postu tutan şəxslər belə bu qüvvənin yanında çox yoxsul və zəifdir. Bu qüvvə eyni zamanda nə İsa Qəmbər, nə Əli Kərimli, nə də digər müxalifət ldierinin yanında dayanan qüvvə də deyil. Amma onlar artıq hər şeyə və hər yerə nəzarət etmək imkanına sahibdilər. Azərbaycanda nurçuluq təriqətinin təhlükəsini göxz önünə almaq üçün tək bir faktı yadda saxlamaq kifayətdir. Neft Akademiyasındakı məlum terror aktını həyata keçirən Fərda Qədirov da nurçularla əlaqədə olub. Belə ki, Fərda 1999-2003-cü illərdə nurçuların lideri Fətullah Gülənin В«İşıq eviВ»ndə yaşayıb və ağabəy rütbəsinə qədər yüksəlib. Rusiyada nurçular sıxışdırılandan sonra F.Qədirov Azərbaycana gəlib. Beləliklə, Azərbaycanda gizli dövlətin tam çılpaqlığı ilə fəaliyyətinə, sabahkı planlarına baxaq. Söhbət Azərbaycanda gözəgörünməz böyük bir şəbəkə quran nurçulardan gedir. Nurçuluğun ölkəmizdəki gizli şəbəkəsi, bu şhəbəkənin fəaliyyəti haqda araşdırmamıza keçməzdən öncə onu bildirəçk ki,

Nurçuluq Rusiyada Rəsmən qadağan edilib

Rusiya Federasiyası Ali Məhkəməsinin 10 aprel 2008-ci il tarixli qərarı ilə ölkə ərazisində В«NurçularВ» beynəlxalq dini təşkilatının fəaliyyəti rəsmən qadağan olunub. Məhkəmə В«NurçularВ»ın fəaliyyətində dini ekstremizm əlamətləri görərək RF Baş Prokurorluğunun qurumun uyğun müraciətini təmin edib. Səid Nursinin kitablarının rus dilinə tərcümələri 2007-ci iln may ayında Moskva şəhərinin Koptev rayonunun məhkəməsi tərəfindən ekstremist ədəbiyyatı sayılıb. Daha sonra Moskva şəhər məkhəməsi bu qərarı təsdiq edib və В«NurçularВ»ın ədəbiyyatının RF ərazisində yayılması qadağan edilib. Rusiya Ali məhkəməsinin qərarında eyni zamanda o da göstərilir ki, В«NurçularВ» dini dözümsüzlük təbliğatı ilə məşğuldur və qanunsuz silahlı dəstələrlə əlaqə saxlayır.
Amma Rusiyadan fərqli olaraq Səid Nursinin ideyalarının təbliğ edən kitablar və disklər Bakıda geniş yayılır. Bundan başqa əslən Türkiyədən olan və nurçu iş adamları ölkəmizdə böyük biznes şəbəkəsinə malikdir. Bu təriqətə aid insanlar artıq Azərbaycanın siyasi sistemində də mövqe qazanıblar və bütün bunlar onu göstərir ki,

Nurçular dövlət səviyyəsində himayə olunur

Sözsüz ki, ki Azərbaycanda böyük bir sistem qurmuş bir dini təriqətin fəaliyyəti haqda dövlət səviyyəsində yetərli məlumatlar var. Konkret olaraq nurçuluğun əsas təmsilçilərinin Türkiyə vətəndaşları olması da vəziyyəti dəyişmir. Çünki Rusiyada olduğu kimi bir çox orta Asiya ölkələrində də bu təriqşətə qadağa qoyulub və bunu Türkiyə ilə hər hansı türkdilli dövlətlərin münasibəti kimi yanaşmaq olmaz. Ortada nurçuluğu öz himayəsi altına götürən konkret məmurlar var.
Araşdırmalarımız zamanı öyrəndik ki, bu xətt Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevə aid olan qruplaşmaya aiddir. Çünki nurçuların Azərbaycanda əsas dayağı Mehdiyevin ən ciddi fiquru olan Prezident Adminstrasiyasının şöbə müdiri Əli Həsənovdur. Bu haqda bizi məlumatlandıran mənbənin sözlərinə görə mövcud reallıqda Ə.Həsənov daha çox biznes maraqlarını əsas götürür: В«Nurçuların Azərbaycandakı biznesindən gələn gəlirin 30 faizi bu şəxsə çatdırılır və əvəzində həmin biznesə bütün ölkə boyu yaşıl işıq yandırılır. Amma Adminstrasiyanın digər məsul vəzifəli şəxsi Elnur Aslanovun adıçəkilən təriqətlə daha sıcaq münasibətləri var. Onun özünün də nurçu olduğu deyilir.В»
Bütün proseslər isə o zaman baş verir ki, nurçu təriqət üçün Azərbaycan postsovet məkanında əsas mərkəzə çevrilib. Rusiyada və bir sıra orta asiya ölkələrində nurçuların fəaliyyətinə qadağalar qoyulandan sonra əsas qüvvələri yenidən Azərbaycana yönəltdilər. Maraqlıdır ki, hakimiyyətin bu qədər yüksək səviyyəli şəxsləri tərəfindən himayə olunmalarına baxmayaraq

Nurçuların əsas məqsədi

hakimiyyətin özünə qarşı yönəlib. İllər boyu Azərbaycanda fəaliyyət göstərməklə kiçik və orta sahibkarlığı, təhsil sistemini, media sistemini üstünlüklə ələ keçirmələrindən sonra bu gün nurçular yeni mərhələyə start veriblər. Bu mərhələdə əsas prinsiplər bundan ibarətdir:
1. Rəqiblərin sıradan çıxmasına nail olmaq;
2. Dini təriqətlər arasında liderliyi ələ keçirtmək;
3. Hakimiyyət strukturlarında orta təbəqəni götürmək.
Yığcam olaraq, ikinci mərhələnin əsas ştrixləri bunlardan və bu istiqamətdə ilkin addımlar artıq atılır. Türkiyədə qondarma В«ErgenekonВ» əməliyyatından sonra millətçi düşərgənin ən aktivləri sıradan çıxarıldı və bunun təsiri Azərbaycanda da müşahidə olundu. Azərbaycanda millətçi kəsimin bir hissəsi Azərbaycandan kənara çıxmadan ideoloji işlərlə məşğul idisə, digər kəsimi Türkiyə ilə sıx maddi, mənəvi bağlılığı olan xətt idi. Türkiyə millətçilərinin həbsə atılması Azərbaycandakı ikinci kəsim millətçilər arasında çaşqınlıq yaratdı və bundan istifadə edən nurçular rəqib kimi gördükləri bu təbəqənin ələ keçirilməsinə başladılar. Türkiyədə nurçular hakimiyyətə gələndən sonra rəqiblərlə hesablaşmağa üstünlük vermişdilərsə, Azərbaycanda öncə rəqiblərin sıradan çıxarılmasına başladılar və bu gün reallıq ortadadır.
Nurçuların ikinci mərhələ üçün planlarının tərkib hissəsində - dini təriqətlər arasında liderliyi ələ keçirtmələri də ciddi faktorlardandır. Son aylar məscidlərin bağlanılması, vəhhabilər başda olmaqla bəzi təriqətlərə olan basqılar bu sahədə ciddi çaşqınlıq yaradıb. Şəraitdən istifadə edən nurçular daha maraqlı yol tutublar. Ciddi kapital sahibi olan nurçular şəhərin demək olarkı hər yerində kirayə mənzillər götürərək cəmaat namazının bu mənzillərdə qılınmasını təmin edib. Nəticədə namaz qılmaq üçün bu tip mənzillərə gələnlərin sayı günbə-gün artır. Bu isə yeni sosial bazanın əldə olunması deməkdir. Böyük sosial baza isə

Siyasi hakimiyyəti ələ keçirmək

kimi ciddi bir məqsəddə əsas amil sayılır. Bu gün belə nurçuların hakimiyyətdə kifayət qədər qüvvəsi var. Amma bu qüvvələr nurçuların sərvət hesabına əldə etdikləri kadrlardır və o qədərdə dayanaqlı hesab olunmur. Elə buna görə də kadr potensialı yetişdirmək, təhsildə ciddi nüfuza sahib olmaq istəyi ortaya çıxıb. Çox maraqlı bir detala diqqət yetirin. Bu gün dövlət strukturlarında işə cəlb olunan gənclərin əksəriyyəti hansı təhsil müəssisəsinin məzunu olub?
1. Bakı Dövlət Universiteti
2. Qafqaz Universiteti
Yəqin ki, şərhə ehtiyac yoxdur. Beləcə bu günün özündə qarşısı alınmayacaq sürətlə hakimiyyət dairələrinin nurçulaşdırılması prosesi həyata keçirilir. Artıq ölkənin nəqliyyat, gömrük, vergi və s sistemində kifayət qədər nurçu kadrlar var və artıq Prezident Administrasiyası, Parlament hədəfə alınıb. Onsuzda bu qurumlarda şöbə müdiri səviyyəsində kadrlara malik olan nurçular üçün təlimatçı, məsləhətçi simasında kadrları bu təşkilatlara yerləşdirmək o qədərdə çətin olmayacaq.
Nurçular Azərbaycanda əsasən xırda bizneslə və orta sahibkarlıqla, toplumun kasıb təbəqəsinin qidalanması kimi sahələrlə məşğul olmaları səbəbindən iqtisadi krizisin ağrılarından kənarda qaldılar. Nəticədə bu gün tam üstünlüyü qorumaqda, yeni ələ keçirtdikləri gənclərə maddi yardımlar göstərməklə, şərikli biznes qurmaqla dayaqlarını ciddiləşdirirlər.
Nəticədə dünənə qədər əsasən mərkəz şəhərlərdə fəaliyyət göstərən nurçular indi hətta kədlər səviyyəsində belə qruplar yaratmaqdadır. Dünənə qədər yalnız təhsil və orta sahibkarlığa əl qoyan nurçular, artıq Azərbaycanın Goranboy, Gəncə, Xanlar, Daşkəsən rayonlarında və kəndlərində ciddi fermer təsərrüfatları yaratmağa başlayıblar. Bu isə istər-istəməz əhatə dairəsinin genişlənməsi deməkdir. Bu gün faktiki olaraq ölkədə 500 mindən çox nurçu varsa, gələn il bu rəqəm azından 600-700 mini keçəcək. Bu isə artıq parlamentdə fraksiya yarada biləcək səviyyədə deputatın parlamentə daxil olmasını təmin edə biləcək seçici deməkdir. Nurçualırn ən ümdə məqsədlərindən biri də məhz hakimiyyətdə kadr potensialını formalaşdırmaqdır. Azərbaycanda nurçuluğun əsas təhlükəsi yalnıh hakimiyyətə yönəlsəydi bunu sakit qarşılamaq olardı. Amma nurçular artıq bu ölkə üçün

Gələcəyə hesablanan mina

rolunu oynayırlar. Nurçular tərəfindən yetişdirilən minlərlə gəncin yüzdə doxsan faizinin zəngin ailələrin övladı olması da planın bir parçasıdır. Türkiyədə Akın İpek kimi zəngin uşaqlarını vaxtilə öz təsirinə salaraq, bu gün onların sərmayəsindən öz məqsədləri naminə istifadə edən Gülən Azərbaycanda da eyni taktikadan istifadə edir. Zəngin məmur övladlarını В«yaxşı təhsilВ» adı altında həm В«soyanВ» (Fətullahçıların məktəblərinin illik haqqı digər təhsil ocaqlarından iki dəfə çoxdur.), həm də bu vasitə ilə müxətlif vəzifə sahibləri ilə isti münasibət quran Gülən camaatı məqsədinə çatana, Azərbaycanı Gülən şagirdinin rəhbərliyinə salana qədər İran ayətullahçılarının təqiyyə taktikasından istifadə edirlər. Həm də ən eybəcər formada. Bu gün В«ArazВ» hazırlıq kurslarında oxuyan 10 minlərlə yeniyetmə, В«Çağ ÖyrətimВ» İşlətmələrində təhsil alan minlərlə gənc, В«QafqazВ» Universitetinin tələbələri Gülənin !yeni nəslВ»i sayılır. Nəzərə alsaq ki, Özbəkistan prezidenti İslam Kərimova sui-qəsd В«Çağ ÖyrətimВ» kimi Fətullah Gülənin xeyir-duası ilə açılan məktəbdə planlaşdırılmışdı, o zaman Azərbaycan hakimiyyətində bu təriqətə himayədarlıq edənlərin səhvini təsəvvür etmək olar. Təhlükə isə çox yaxındadır. Artıq

Nurçular təhsilə nəzarəti ələ keçirir

2006-ci ildən sonra Azərbaycanda ayaq açan bu təriqət ilk təbliğatlarını, hələ ötən əsrin sonlarında məktəblərdən qurmağa başladılar. İldən-ilə açdıqlar təhsil ocaqlarının sayını artırdılar. В«Çağ Öyrətim İşlətmələri ŞirkətiВ»nin Azərbaycanın hər yerində açdığı bu təhsil ocaqlarında heç nədən xəbəri olmayan şagirdlər arasında dini təriqətləri geniş surətdə təbliğ olunur.
1992-ci ildən indiyə kimi Azərbaycanda В«Çağ Öyrətim İşlətmələri Şirkətlər QrupuВ» tərəfindən 13 litsey, 1 gimnaziya (qızlar üçün), 10 ali təhsilə hazırlıq kursları (В«ArazВ» və В«ZirvəВ» kursları ) yaradılıb.
Lakin nurçuların təhsil sahəsindəki addımları tək orta məktəblərlə bitmədi. Getdikcə, ali məktəblərə doğru irəlilədilər. İlk olaraq, Bakı Dövlət Universitetində ilahiyyat fakültəsini açdırdılar. Hətta Bakı Dövlət Universitetinin В«tələbə şəhərciyiВ»ndə məscid də tikdirməyə nail oldular. Bundan əlavə Sumqayıtda N.Nərimanov adına Mədəniyyət Evinin arxasında və Gəncədə Ozanlar məhəlləsində də bu tip məscidlər açılıb. Daha sonra özlərinin ayrıca В«QafqazВ» Universitetini açdılar. Belə böyük bir şəbəkə quran nurçular

Təhsildən illik 10 milyon gəlir götürürlər

Lakin onlar şəbəkəsini tək Azərbaycanda deyil, Avropa və Asiyanın bir çox ölkələrində də qurublar. Türkiyədən gələn bu təriqət elə öz ölkələrinin bir sıra şəhərlərində universitetlər açıblar. 1969-cu ildən indiyə kimi 200 vəqf, 200 özəl məktəb, 500 şirkət, 460 müxtəlif kurslar, 500-dən artıq tələbə yataqxanaları (В«nurçu yurtlarıВ») qura biliblər. Nurçular gündəlik 300 min tirajla nəşr olunan В«ZamanВ» qəzeti, 14 müxtəlif jurnal nəşr edirlər.
Türkiyə mənbələrinin bildirdiyinə görə, keçmiş sovet respublikalarındakı F.Gülən məktəblərində 1000-ə yaxın diplomatik pasport daşıyan Amerika vətəndaşı ingilis dili müəllimi işləyir. Hazırda В«nurВ»çular 54 ölkədə 250 litsey, 2 ibtidai təhsil müəssisəsi, 8 xarici dil və bilgisayar öyrədilməsi mərkəzi, 6 universitetlərə hazırlıq kursları, 21 tələbə yataqxanasına malikdir.
Bu ölkələr arasında Azərbaycan ilk yeri tutur. Həm də ilk pullu təhsil ocaqlarının da təməlini onlar qoyublar. В«NurВ»çu şəbəkəsinin Azərbaycanda təkcə təhsil müəssisələrindən qazanclarının illik gəliri 10 milyon dollardan artıqdır. Bir sözlə, В«həm ziyarət, həm ticarətВ». Gəlirlər isə yalnız təhsillə yekunlaşmır, nurçular Azərbaycanda böyük

Ticarət obyektləri

ələ keçiriblər ki, burdan gələn vəsait təhsildən dəfələrlə üstündür. В«İşıq sığortaВ», В«Asya finansВ», В«UfukВ» kimi zəngin şirkətlər məzh F.Gülənə tabe olan iqtisadi strukturlar hesab olunur. В«NilВ» dükanlar şəbəkəsi də В«nurçularВ»a məxsusdur. Mətbəə biznesinin çiçəklənmədiyi Azərbaycanda da artıq onların 8 böyük mətbəəsi var. Biz hələ kustar üsulu ilə fəaliyyət göstərən kiçik mətbəələri saymırıq. Bu mətbəələrin böyükləri barədə yayılan xəbərlərdə deyilir ki, В«NurlarВ» və В«ZamanВ» mətbəələri nurçuların əsas mətbəələri sayılır. Onu da qeyd etmək olar ki, Bakıdakı bütün irili xırdalı əksər türk ticarət obyektləri dollayı və ya bir başa yolla onların əlindədir. Onlar hakimiyyətdən gələn dəstək sayəsində
Vergi güzəştləri
ala biliblər. Öyrəndiyimizə görə, poliqrafiya binezsində onlar üçün əlavə dəyər vergisi tutulmur. Digər vergi növləri isə sadələşdirilmiş şəkildə ödənilir. Şəhərin mərkəzində və digər yerində bir restoran açmaqda böyük çətinliklərlə üzləşən yerli sahibkarlardan fərqli olaraq В«AnadoluВ» restoranlar şəbəkəsi çox sərbəst fəaliyyət göstərə bilirlər. Onlar ikili mühasibat nəticəsində dövlətin milyonlar manatlıq vergisindən yayınırlar. Maraqlıdır ki, vergi orqanları bunu bilir və göz yumur. Doğrudur, azərbaycanlı sahibkarlar da ikili mühasibatdan istifadə etməsi danılmazdır. Lakin bunu doğuran səbəb vergi orqanları, Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları və digər dövlət qurumlarını tərəfindən sıxışdırılaraq qeyri-rəsmi ödəniş tələb edilməsidir. Lakin Fətullahçıların ticarət obyektlərində belə təftişlərə rast gəlmək mümkün deyil. Bu da onu göstərir ki, onları yuxarı dairələrdə himayə edənlər var. Bu qədər vəsai, himayədarlıq və siyasi məqsədlər nurçuları

Media maqnatı
statusu qazanmalarına yol açıb. Təhsillə yanaşı, təbliğatlarını və bizneslərini digər sahələrdə də qurmağı bacaran nurçular Azərbaycanda media sahəsində də işlərini qurublar. В«Samanyolu Basın, Yayın, Sanayi və Ticarət Anonim ŞirkətiВ»nə məxsus В«Xəzər TVВ» və В«Bürc FMВ» radio kanalları, В«ZamanВ» qəzeti və eyni adlı mətbəəsi, habelə çoxlu sayda ticarət şəbəkələri demək olar ki, Azərbaycanın hər yerində mövcuddur. Eyni zamanda adıçəkilən qəzet, radio və leleviziya kanalı vasitəsi ilə Azərbaycanın bütün rəsmi qruplarına ayaq açan Fətullah Gülən Şəbəkəsi ustadlarının yeni nəsil yaratma istəyi üçün də çalışırlar.

****
Bir sözlə təhlükə göz önündədir. 35 il öncə kiçik bir məsciddə toplanan qrup bu gün Türkiyəni idarə etdiyi kimi, 5-10 il sonra Azərbaycanı da bir fətullahçı prezidentin idarə etməsini istəyir. Bizim В«siyasətbazlarВ» isə hələ də Gülənə kələk gələcəklərini düşünürlər. Anlamırlar ki, bu şəbəkədən kim istifadə etmək istəyibsə, sonunda özü bunların toruna düşüb. Nəcməddin Ərbakandan Bülent Ecevitə, Dəmirəldən Ərdoğana qədər hər kəs bunlardan faydalanmağa çalışsa da, sonda gülən tərəf Gülən olub... \ gundemxeber.az \










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pakistanlı iş adamı Bakı hava limanında həbs edildi
Bu gün, 13:00
Özünü “peyğəmbər” kimi təqdim edən şəxsin ƏSL NİYYƏTİ üzə çıxdı – Buna görə?!
Bu gün, 12:56
Xətaidə konsert proqramı təşkil olundu
Bu gün, 12:54
Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək?
Bu gün, 12:44
İki yeniyetmə erməni azaraq Azərbaycan ərazisinə KEÇDİ - KİV
Bu gün, 12:34
DİM-in şagird və müəllimləri üz-üzə qoyan SUALLARI - İLGİNC
Bu gün, 12:32
İndi əsas oyunlar Ermənistanda gedir - ŞƏRH
Bu gün, 12:26
“Zəngilanda öz hesabıma balıq konservi zavodu yaradaram” - Hafiz Hacıyev
Bu gün, 12:24
Kilsə vasitəsilə çevriliş cəhdi və Paşinyanın əks-həmlələri: - İrəvanda gərginlik
Bu gün, 12:17
18 yaşlı arvadının başını kəsən şəxsə ağır cəza...
Bu gün, 12:16
İki naxçıvanlı deputatın Əshabi-Kəhf mübahisəsi - DETALLAR
Bu gün, 12:06
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:03
“Səhiyyəmizdə kifayət qədər problemlərimiz var” - deputat
Bu gün, 11:59
"Heç birinizdən qorxmuram, sizi Allaha tapşırmışam"
Bu gün, 11:49
Başçı kefqom olanda RAYON BU GÜNƏ QALIR... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:46
Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq
Bu gün, 11:37
Bu əraziləri qanunsuz özəlləşdirən məmurlara sərt cəza – Xəbərdarlıq edildi
Bu gün, 11:34
56 yaşlı kişi evində sevgilisi ilə yeyib-içdi, ona şiddət göstərdi - TƏFƏRRÜAT
Bu gün, 11:30
Naxçıvanda icra hakimiyyəti NƏ İŞƏ YARAYIR Kİ... - NARAZILIQ VAR...
Bu gün, 11:26
ADNSU-da yeni enerji laboratoriyası qurulur - 580 MİNLİK TENDER NƏTİCƏSİ
Bu gün, 11:13
Rusiyada uşaqlara təcavüz edib Azərbaycanda gizləndi
Bu gün, 11:08
Tramp Mask ilə qarşıdurma fonunda bir günə 1,1 milyard dollardan çox vəsait itirib - TASS
Bu gün, 11:03
Paşinyan katolikosa qarşı: seçkidən öncə son döyüş - Görünəni odur ki...
Bu gün, 10:37
"Bu tip oğurluqları məndən başqasına da edirlər yəqin..." - ETİRAZ VAR...
Bu gün, 10:30
“Manaf sözlərinə görə layiqli cavabını alacaq” - Sahib İbrahimov
Bu gün, 10:22
Paşinyan Fransanı “ürəyindən vurdu”, İlham Əliyevin dediklərini təsdiqlədi - “3 avroya sayt açıb...”
Bu gün, 10:16
Bakıda restoranın qarşısında kütləvi dava: Xəsarət alanlar və həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 10:06
Naxçıvanda Əməkdar artist vəfat etdi - FOTO
Bu gün, 10:03
"Diaspor və Rusiyadakı erməni icmaları kilsəyə daha çox etibar edir" - deputat
Bu gün, 09:41
Sosial yardımı da pulu olana verirlər... - NARAZILIQ VAR...
Bu gün, 09:37
Hindistanın Bakını “güllə atmadan yıxmaq” yuxusu - NƏ BAŞ VERİR?
Bu gün, 09:28
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - TƏFƏRRÜAT
Bu gün, 09:27
Azərbaycan məhkəmələri `GÜL VURUR`... - Hakimin biri "ölüb" dedi, digəri sağ olduğunu təsdiq etdi...
Bu gün, 09:22
"Bu, biz döyüşçülərə qarşı təxribatdır" - Qarabağ döyüşçüsü veteran statusu verilməməsinə etiraz edir
Bu gün, 09:20
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:15
“907-ci düzəliş” Trampın masasında - AKTUAL
Bu gün, 09:11
Təzəpir məscidində bayram namazı qılınıb
Bu gün, 09:01
Töhfə Bayramovadan SƏHİYYƏMİZƏ TÖHFƏ - BU NƏDİ BELƏ?
Bu gün, 06:37
Ankaranın dediyini Bakı etdi - Ərdoğandan İsraillə bağlı təəccübləndirən qərar
Bu gün, 06:23
UNEC 650 min manatlıq mühafizə xidməti alacaq - DETALLAR
Bu gün, 02:27
Müasir dövrdə sovet QAYDALARI – JEK-lərin aqibəti NECƏ OLACAQ?
Bu gün, 02:25
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 02:20
Ali təhsil sisteminin BSU BATAQLIĞI - İTTİHAM VAR...
Bu gün, 02:12
FHN-nin tabeliyindəki qurum ləğv olunan tenderi yenidən reallaşdırmaq istəyir - 136 min manatlıq avtomobil üçün
Bu gün, 01:57
“SpaceX” Trampın bəyanatları səbəbindən “Dragon” gəmilərini istismardan çıxaracaq
Bu gün, 01:54
Pezeşkianın Bakı səfəri: Hər şey bitdimi? - GƏLİŞMƏ
Bu gün, 01:51
Məleykə Abbaszadədən 106 min manatlıq təmizlik əməliyyatı - TƏFƏRRÜAT
Bu gün, 01:47
Qiymətlər daşıb... AZERCELL OLDU! - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 01:43
Çinin iqtisadi hegemonluğu: - kapital Qərb dünyasından Asiyaya “axır”
Bu gün, 01:36
Rusiya-İran əlaqələri Əsəd rejiminin devrilməsiylə süquta uğradı - Sabiq səfir
Bu gün, 01:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru