DƏM QAZINDAN KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
Tarix: 17-12-2012, 11:24 |
Çap et
1 AİLƏNİN 4 ÜZVÜ ZƏHƏRLƏNİBBakıda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.
3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, hadisə Xəzər rayonunda baş verib. Qala qəsəbə sakinləri – 1979-cu il təvəllüdlü Mübariz Səfərov, 1983-cü il təvəllüdlü Sədaqət Səfərova, 2004-cü il təvəllüdlü Zəfər Səfərli, 2005-ci il təvəllüdlü Aysu Səfərli dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır