BAKININ MƏRKƏZİNDƏ CİNAYƏT
Tarix: 11-12-2012, 10:20 |
Çap et
16 YAŞLI OĞLANI BIÇAQLADILARBakının mərkəzində yeniyetmə oğlan ölümcül bıçaqlandı.
Naməlum şəxs Səbail rayonu, Xaqani küçəsində 16 yaşlı Emin Abdinovu bıçaqla vuraraq qaçıb.
Səbail Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, hadisə bu gün saat 06 radələrində baş verib. Yaralı ağır vəziyyətdə 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilib. Yaralını hələlik dindirmək mümkün olmayıb.
Faktla bağlı ətraflı məlumat veriləcək.