BAKIDA FRANSIZIN EVİNİ YARDILAR
Tarix: 29-11-2012, 10:09 |
Çap et
EVDƏN PUL VƏ ƏŞYALAR APARILIBBakıda Fransa vətəndaşının evi qarət edilib. Bu barədə APA-ya Səbai Rayon Polis İdarəsindən bildirilib.
Hadisə Neftçilər prospektində qeydə alınıb. Həmin ünvanda yaşayan Fransa vətəndaşı Murel Lepuerinin evinə daxil olan naməlum şəxslər pul və şəxsi əşyalar oğurlayıblar. Fransa vətəndaşı baş vermiş hadisə barədə polisə məlum verib.
Hazırda oğurluq hadisəsinin üstünün açılması istiqamətində tədbirlər davam etdirilir.