ŞİRVANDA YAŞAYIŞ EVİ PARTLAYIB
Tarix: 26-11-2012, 10:35 |
Çap et
XƏSARƏT ALANLAR VARŞirvanda yaşayış evində partlayış olub, xəsarət alanlar var.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Şirvan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan ikiotaqlı mənzildə partlayış baş verib.
Nəticədə mənzilin eyvanının şüşələri qırılıb, evdə olan 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və xəstəxanaya aparılıb.
Partlayış zamanı yanğın hadisəsi olmayıb. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.