Türk dövlətləri vahid valyutaya nə vaxt keçə bilər? .....                     Putin və Si Cinpin strateji tərəfdaşlığın inkişafına dair birgə sənədlər imzalayıblar .....                     Kremlin geosiyasi dalanı: Ermənistana qarşı sərt ritorika və isterika .....                     Özəl sektorda iş yerlərinin sayı 19,9 min artıb, muzdlu işçilərin sayı 28,8 min azalıb .....                     SSRİ bayrağı, “Georgi lenti” və milyonluq ittihamlar .....                     Ya imtahan Naxçıvanda da təşkil olunmalı, ya da... .....                     Ankaradakı bəzi “qardaşlara” səmərəli təklif: “Arabalarınıza təyyarə qanadı taxın” .....                     “Bunları yığışdırın, hər şeyi bacarırlar, muğam oxumaqda niyə aciz olsunlar ki?” .....                     Mühasib şirkətin vergi borclarının silinməsi adı ilə dələduzluq etdi, .....                     Köçəryan erməni seçiciləri AZƏRBAYCANLA təhdid edir... .....                     Hamlet Musayevin qızı azadlığa buraxıldı .....                     Seçkidən sonra Paşinyanı qələbə münasibətilə ilk Putin təbrik edəcək .....                     Burda ancaq PUL YIĞMAĞI BİLİRLƏR... .....                     Tanışının “Kontakt Home”dan aldığı telefonu başqasına satdı: .....                     Ailə sürücüsü şirkət rəhbərinin otağından oğurladığı pulları kazino oyunlarında uduzdu .....                     Karapetyanın qardaşı oğluna qarşı ikili vətəndaşlığı gizlətməsinə görə cinayət işi qaldırılıb .....                     Məmurlar işini itirir, yoxsa bazar dəyişir? .....                     "İstəsəniz, mənəvi dəstəyinizi də göstərə bilərsiniz" .....                     İcra hakimiyyətlərinə tender qadağası .....                     Naxçıvanda TAXIL İŞİ: Ceyhun Cəlilov GERİ ÇƏKİLDİ? .....                     Bakı “üçüncü İran müharibəsi” hazırlığında .....                     Günün fotosu: .....                     'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib .....                     İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı .....                     "Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" .....                     Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR .....                     "Əslində qiymət bundan ucuz olmalıdır..." .....                     Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb .....                     Samuxda təhsil adına OYUNBAZLIQ... .....                     Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? .....                     Nazir müavini Vüqar Kərimova ağır ittihamlar .....                     Məhkəmə Hicran Əyyubovaya qarşı... .....                     "Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" .....                     Kürdəmirdə QOÇULUQ edən məmur kimdir .....                     Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb .....                     Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır .....                     ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib .....                     “ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” .....                     Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır .....                     Qarabağlı “siyasətçiyə” qarşı sərt addım .....                 

GENERAL İMİŞLİDƏ NƏDƏN TORPAQ ZƏBTİNƏ ÇIXIB?
Tarix: 25-11-2012, 18:38 | Çap et
GENERAL İMİŞLİDƏ NƏDƏN TORPAQ ZƏBTİNƏ ÇIXIB?
DİA.AZ: - “Bir səhər zəng edib dedilər ki, sahənizə daş boşaldılb, orada kənar adamlar tikinti işi aparır. Öyrəndik ki, onların əlində icra başçısının sərəncamı var. Həmin yer 18 ildir ki, ailəmizin istifadəsində idi. Prezident sahibkarlığa köməkdən, kənd təsərrüfatının inkişafının zəruriliyindən danışır, onun nümayəndəsi isə əkib-becərilən sahəni əlimizdən alıb başqasına satır”.

Bu sözləri İmişli rayonunda yaşayan Fəyyaz Həşimov deyir. Danışdıqca ortaya bir yığın sənəd tökür: “Baxın, bu Imişli Rayon Xalq Deputatları Sovetinin 19 iyun 1994-cü il tarixli qərarı, bu torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı, bu torpaq sahəsinin istifadəçisi olan ”Ruzi” firmasının dövlət qeydiyyatına alınması barədə şəhadətnamə, bu müəssisənin nizamnaməsi…”.

General karxana açır…

F.Həşimov bildirir ki, firma bir ailə müəssisəsidir və ona oğlu Ilham rəhbərlik edir. Imişli rayonun Çaxırlı kəndi ərazisindəki dövlət fonduna aid 13 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün onların daimi istifadəsinə verilib. Və 18 ildir ki, həmin yerdən təyinatına uyğun istifadə ediblər. “MKT” şirkətlər qrupunun Imişlidəki pambıq emalı müəssisəsi, İmişli Şəkər Zavodu ilə müqavilələri var, yetişdirdikləri pambıq və çuğundur məhsullarını onlara satırlar. Təsərrüfatda saxladıqları mal-qaranın yemi də burada istehsal olunur – ərazinin bir hissəsində yonca əkilir.

Vaxtilə dövlət orqanlarında işləyən 75 yaşlı Imişi sakini, mülkiyyətlərinə edilən qəsddən daha çox, Imişli Rayon Icra Hakimiyyəti başçısı Vilyam Hacıyevin hərəkətlərindən təəccübləndiyini bildirir: “Çox çətinliklə onun qəbuluna düşə bildim. Mənə dedi ki, bu yerin bizdən alınıb başqa şəxsə verilməsini çox hörmətli bir adam xahiş edib. Sonradan öyrəndik ki, istifadəmizdə olan torpaq sahəsində karxana açmaq, yerin təkindən qum-çınqıl çıxarmaq istəyirlər, ”hörmətli adam” da hərbi prokurorun müavinidir. Torpaq sahəsi onun bacısı oğlunun adına sənədləşdirilsə də, faktiki olaraq işlərə qardaşı rəhbərlik edir. Bizə əvvəlcədən heç bir söz deyilməyib, xəbərdarlıq edilməyib. Icra başçısı heç sərəncamlarını da üzə çıxarmırdı, məhkəməyə müraciət etdikdən sonra vəkilimiz çətinliklə ala bildi. Belə də hökumətçilik olar?!”.

Bir yerin iki “adaxlısı” var

Əraziyə baş çəkərkən orada qəribə vəziyyət yarandığını müşahidə etdik: onun bir hissəsində torpağın köhnə sahibinin işçiləri pambıq yığırdı, digər hissəsində isə yeni istifadəçilər tikinti işi aparırdı. “Ruzi”nin maldarlıq təsərrüfatına cavabdeh şəxs – Kəramət Abayevin sualı da qəribə oldu: “Sizi kim göndərib, bu araşdırmanız hansı tərəfin mənafeyinə xidmət edir?”. Öyrəndik ki, “Ruzi”də çalışanların əksəriyyəti Cəbrayıl rayonundan olan məcburi köçkünlərdir. Onların bəziləri 10 ildən artıqdıır ki, bu təsərrüfatda işlədiyini bildirdi: “Ailəvi olaraq işləyənlər də var, dolanışığımız buradan çıxır. Dövlət məcburi köçkünlərin məşğulluğunun artırılması üçün çalışır, proqramlar qəbul edir, Imişlinin icra başçısı isə bizi olan iş yerimizdən məhrum edir”.

Qarşı tərəfin – “Sadıqlı” MMC-nin icraçı diektoru Ağayev Vaqif Böyükağa oğlu müəssisə adından dayısı Kazım Kazımovun danışa biləcəyini dedi. Az sonra sonuncu özü zəng edib, torpaq sahəsi üzərində istifadə hüququnu qanuni sənədlərlə əldə etdiklərini, mübahisələndirilən ərazidə karxana açıb qum-çınqıl istehsal etmək, dəmir-beton zavodu açmaq niyyətində olduqlarını bildirdi.

Prezidentin sərəncamına “bir quş”

Torpaq Məcəlləsinə görə, torpaq sahəsi onun daimi istifadəçisindən geri alına bilər. Lakin belə qərar, buraxılmış nöqsanların müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir. “Ruzi”çilər belə xəbərdarlığın olmadığını bildirirlər. Bundan əlavə, adıçəkilən qanunda kənd təsərrüfatı yerlərinin xüsusi olaraq qorunduğu və onların təyinatının dəyişdirilməsinə müstəsna hallarda, həm də Nazirlər Kabinetinin qərarı ilə yol verildiyi göstərilib. Məsələyə münasibət bildirən Imişli Rayon Icra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Rahim Zahidov dedi ki, “Ruzi” firmasının kənd təsərrüfatı məhsulları yetişdirdiyi torpaq sahəsində əvvəllər sənaye ehtiyatı müəyyən edilib: “Baxmayaraq ki, müxtəlif bitkilər yetişdirilib, həmin yer kənd təsərrüfatı torpağı deyil və ondan sənaye məqsədilə istifadə daha səmərəlidir. O ki qaldı torpağın əvvəlki istifadəçidən geri alınmasına, buna səbəb son iki ildə icarə haqqının ödənilməməsidir”.

Yerin təkindən faydalı qazıntıların çıxarılması üçün mərkəzi icra hakimiyyəti orqanlarından xüsusi razılıq (lisenziya) alınmalıdır. Lisenziya müvafiq ixtisaslı mütəxəssisləri və işçi heyəti, maşın-mexanizmləri, qazma dəzgahları olan, yatağın işlənməsi planını təqdim edən hüquqi və fiziki şəxslərə verilir. “Yerin təkindən istifadənin dövlət tənzimlənməsi barədə” Prezidentin 23 oktyabr 2003-cü il tarixli fərmanı ilə lisenziyalaşdırma obyektləri kimi maraq doğuran yer təki sahələri istifadəçilərə müsabiqə (tender) yolu ilə verilməlidir. Həm Imişli RİH-in, həm də “Sadıqlı” MMC-nin nümayəndəsi etiraf etdi ki, sözügedən ərazidə yerin təkindən faydalı qazıntıların çıxarılması üçün mərkəzi icra hakimiyyəti orqanlarından razılıq alınmayıb və tender keçirilməyib. Hər şeyi, icra başçısı, necə deyərlər, özü düzüb-qoşub.

“Dəfinə” və ruzi axtaranlar

Çaxırlı kəndinin yaşlı sakinlərindən olan Əmir Dəmirov deyir ki, vaxtilə bolsululuq dövründə Araz çayı daşıb ətraf əraziləri cənginə alırdı: “1958-ci ildə Bəhrəmtəpə hidroqovşağı istismara veriləndən sonra Araz indiki məcrasına salınıb. Çayın vaxtilə keçib getdiyi düzənlərdə yerin təki qum-çınqıl ehtiyatları ilə zəngindir. Bu, təbii sərvətdir və ondan səmərəli istifadə etmək olar. Neftdən əlimiz çıxdı, heç olmasa bu çay daşlarının xeyri bizə qalaydı. Buradakı karxanaların əksəriyyəti qanunsuz fəaliyyət göstərir, hərəsi yüksək çinli bir məmurundur. Bəzi adamlardan hətta pay torpağı da alınıb. Icra başçıları burada kənd təsərrüfatı məhsulu yetişdirilməsinə maraqlı olmur, çünki pambıq, çuğundur, yonca əkənlər onlara haqq vermir. Amma eşidirik ki, bir karxana yerini 100 min manata satırlar, vaxtaşırı da ”dinmə, ver”i öz yerində. Bu karxanaların nə büdcəyə, nə də yerli əhaliyə xeyri var, yiyəsiz bostan kimi ərazini çapıb-talayırlar”.

İmişlinin Çaxırlı kəndindəki mülki mübahisə Mərkəzi Aran bölgəsində kənd təsərrüfatının inkişafı, yeni iş yerlərinin açılacağı ilə bağlı hökumətin açıqladığı investisiya layihələri, bölgəyə səfər edən prezidentin yerli icra hakimiyyəti orqanlarının rəhbərlərindən sahibkarlara qayğı göstərməklə bağlı göstərişləri ilə eyni vaxta düşüb. Həşimovlar ailəsi torpaqlarını itirəcəyindən, “Ruzi”də çalışan 40-dək məcburi köçkün ailəsi isə ruzisiz qalacağından narahatlıq keçirir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türk dövlətləri vahid valyutaya nə vaxt keçə bilər? - AÇIQLAMA
Bu gün, 11:11
Putin və Si Cinpin strateji tərəfdaşlığın inkişafına dair birgə sənədlər imzalayıblar - "Xinhua" agentliyi
Bu gün, 11:09
Kremlin geosiyasi dalanı: Ermənistana qarşı sərt ritorika və isterika - Moskva yeni reallığı qəbul etməyə açıq şəkildə hazır deyil
Bu gün, 11:04
Özəl sektorda iş yerlərinin sayı 19,9 min artıb, muzdlu işçilərin sayı 28,8 min azalıb – Rəsmi
Bu gün, 11:03
SSRİ bayrağı, “Georgi lenti” və milyonluq ittihamlar – Saleh Səmədov işi böyüyür
Bu gün, 11:00
Ya imtahan Naxçıvanda da təşkil olunmalı, ya da... - ETİRAZ VAR...
Bu gün, 10:53
Ankaradakı bəzi “qardaşlara” səmərəli təklif: “Arabalarınıza təyyarə qanadı taxın” - BELƏ HARA GEDİRİK?
Bu gün, 10:49
“Bunları yığışdırın, hər şeyi bacarırlar, muğam oxumaqda niyə aciz olsunlar ki?” - xanəndədən ETİRAZ
Bu gün, 10:35
Mühasib şirkətin vergi borclarının silinməsi adı ilə dələduzluq etdi, pulları “Topaz”da uduzdu
Bu gün, 10:34
Köçəryan erməni seçiciləri AZƏRBAYCANLA təhdid edir... - "Zəngəzurda məscid tikəcəklər..."
Bu gün, 10:25
Hamlet Musayevin qızı azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 10:19
Seçkidən sonra Paşinyanı qələbə münasibətilə ilk Putin təbrik edəcək - Sərkisyan
Bu gün, 10:11
Burda ancaq PUL YIĞMAĞI BİLİRLƏR... - Qanunsuzluq, özbaşınalıq və əmək istismarı
Bu gün, 10:09
Tanışının “Kontakt Home”dan aldığı telefonu başqasına satdı: - “Dedi ki, uzun illər türmədə olub, “vor-zakon”dur”
Bu gün, 09:52
Ailə sürücüsü şirkət rəhbərinin otağından oğurladığı pulları kazino oyunlarında uduzdu – HÖKM
Bu gün, 09:46
Karapetyanın qardaşı oğluna qarşı ikili vətəndaşlığı gizlətməsinə görə cinayət işi qaldırılıb - Ermənistan mediası
Bu gün, 09:42
Məmurlar işini itirir, yoxsa bazar dəyişir? - Görünəni odur ki...
Bu gün, 09:37
"İstəsəniz, mənəvi dəstəyinizi də göstərə bilərsiniz" - ÇAĞIRIŞ
Bu gün, 09:35
İcra hakimiyyətlərinə tender qadağası - NƏ BAŞ VERİR?
Bu gün, 09:32
Naxçıvanda TAXIL İŞİ: Ceyhun Cəlilov GERİ ÇƏKİLDİ? - İşçilər deyir ki...
Bu gün, 09:30
Bakı “üçüncü İran müharibəsi” hazırlığında - AKTUAL
Bu gün, 09:21
Günün fotosu: - AY BƏRƏKALLAH...
Bu gün, 08:15
'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib - KİV
Bu gün, 07:58
İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı - AY MAŞALLAH...
Bu gün, 07:52
"Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" - NARAZILIQ VAR...
Bu gün, 07:34
Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR - yarımçıq qalan yol və körpülər...
Bu gün, 07:09
"Əslində qiymət bundan ucuz olmalıdır..." - HESABLAYAQ...
Bu gün, 07:02
Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb - "Times"
Bu gün, 06:40
Samuxda təhsil adına OYUNBAZLIQ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:36
Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? - ARAŞDIRMA
Bu gün, 06:25
Nazir müavini Vüqar Kərimova ağır ittihamlar – “Meşə mafiyası”nın başında kim dayanır?
Bu gün, 06:24
Məhkəmə Hicran Əyyubovaya qarşı... QƏRAR VERDİ
Bu gün, 06:16
"Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" - Əməkdar müəllimdən ETİRAZ
Bu gün, 06:12
Kürdəmirdə QOÇULUQ edən məmur kimdir - NARAZILIQ VAR...
Bu gün, 06:10
Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb
Bu gün, 06:00
Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 05:59
ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib - C-SPAN kanalı
Bu gün, 05:57
“ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” - ETİRAZ VAR!
Bu gün, 01:41
Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır - BU NƏDİ BELƏ?
Bu gün, 01:38
Qarabağlı “siyasətçiyə” qarşı sərt addım – iş ağır maddəyə keçirildi
Bu gün, 01:34
Moskvada rekord temperatur qeydə alındı
Dünən, 18:02
Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Dünən, 17:48
Rusiya Ermənistana xəbərdarlıq etdi
Dünən, 17:44
İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Dünən, 17:16
Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Dünən, 17:09
Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Dünən, 16:59
Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Dünən, 16:53
Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib - AÇIQLAMA
Dünən, 16:49
Azərbaycanda daha bir aqropark yaradılıb
Dünən, 16:47
Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Dünən, 16:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru