Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR .....                     "Əslində qiymət bundan ucuz olmalıdır..." .....                     Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb .....                     Samuxda təhsil adına OYUNBAZLIQ... .....                     Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? .....                     Nazir müavini Vüqar Kərimova ağır ittihamlar .....                     Məhkəmə Hicran Əyyubovaya qarşı... .....                     "Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" .....                     Kürdəmirdə QOÇULUQ edən məmur kimdir .....                     Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb .....                     Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır .....                     ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib .....                     “ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” .....                     Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır .....                     Qarabağlı “siyasətçiyə” qarşı sərt addım .....                     Moskvada rekord temperatur qeydə alındı .....                     Arvadının saçını keçəl edən ərə .....                     Rusiya Ermənistana xəbərdarlıq etdi .....                     İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi .....                     Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında .....                     Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı .....                     Moskvanın seçim tələbinə İrəvandan cavab: .....                     Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib .....                     Azərbaycanda daha bir aqropark yaradılıb .....                     Qurultayda qarşıdurma gözlənilir .....                     Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq .....                     Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib .....                     `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub .....                     Tap.az-da saxta torpaq elanları ilə dələduzluq .....                     Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır .....                     Metronun "Həzi Aslanov" stansiyasındakı təmir .....                     Dünyanın ən gözəl şəhərləri açıqlandı .....                     Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? .....                     Sasanilər dövründə Azərbaycan .....                     Nizami küçəsində qalmaqal .....                     Rus ordusu Voloxovkanı işğal etdi .....                     Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir .....                     “Bank Avrasiya”nın səhmdarları toplanır .....                     Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır? .....                 

"Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" - Əməkdar müəllimdən ETİRAZ
Tarix: Bu gün, 06:12 | Çap et

"Şagirdlərin dərsdən yayınaraq hazırlığa getməsi, sadə davamiyyət problemi kimi təqdim oluna bilməz. Bu məsələ məktəbin içində yığılan daha dərin problemlərin üzə çıxmış formasıdır. Əgər uşaq məktəbdən qaçıb hazırlığa gedirsə, deməli, o və ailəsi məktəbdə keçən dərs saatının real nəticə verdiyinə inanmır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Əməkdar müəllim Sona Əliyeva səsləndirdi.

Onun sözlərinə görə, bu gün valideynlər düşünür ki, onların övladının gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir:

"Ona görə də harada nəticə görürsə, ora yönəlir. Belə olduqda təbii olaraq da məktəb nüfuzunu itirməyə başlayır. Belə bir yanaşma formalaşanda isə məktəb formal və ya məcburi iştirak məkanına, hazırlıq isə real nəticə verən paralel təhsil sisteminə çevrilir. Bu fenomen dünyada “kölgə təhsili” adlandırılır. Yəni rəsmi məktəb sistemi var, amma onun yanında ikinci, qeyri-rəsmi və ödənişli bir təhsil sistemi də fəaliyyət göstərir. Əslində, repetitorluğun özü tamamilə mənfi hadisə deyil. Bəzi hallarda şagirdə fərdi dəstək verir, boşluqları tamamlayır, motivasiyanı artırır".

Müsahibimizin sözlərinə görə, repetitorluq məktəbi tamamlayan vasitə olmaqdan çıxıb məktəbi əvəz edən əsas mexanizmə çevrilibsə, artıq söz deməyə ehtiyac yoxdur - məktəb öz missiyasını itirib:

"Lakin burda məsuliyyəti yalnız şagirdin, valideynin və ya müəllimin üzərinə atmaq da doğru deyil. Məktəb proqramı, sinifdə keçilən dərs və imtahan tələbləri arasında real uyğunluq zəifdirsə, şagird təbii olaraq imtahana daha yaxın olan mənbəyə üz tutur. Nəticədə məktəb ikinci plana düşür, hazırlıq isə əsas təhsil yoluna çevrilir. Bu vəziyyət müəllim nüfuzuna da zərbə vurur. Müəllim məktəbdə dərs deyir, amma cəmiyyət getdikcə daha çox repetitoru “real nəticə verən şəxs” kimi qəbul edir. Bu, çox təhlükəli tendensiyadır. Çünki məktəbdəki müəllim zəiflədikcə, məktəbin özü də zəifləyir. Artıq təhsil sistemi elə qurulmalıdır ki, müəllim ən güclü əməyini sinif otağında göstərməkdə maraqlı olsun. Bu vəziyyətin başqa bir təhlükəli tərəfi isə odur ki, hazırlıq imkanları hamı üçün eyni deyil. Maddi imkanı olan ailə uşağını güclü repetitora göndərir, imkanı olmayan ailə isə zəif nəticə ilə barışmalı olur. Belə olanda təhsil sosial bərabərliyi təmin edən mexanizm olmaqdan çıxır, əksinə, bərabərsizliyi dərinləşdirir".

Əməkdar müəllimin fikrincə, burada çıxış yolu dərsdən qaçan uşaqları sadəcə cəzalandırmaq deyil.

"Cəza uşağı məktəbə qaytara bilər, amma məktəbə inamı qaytarmaz. Əsas məsələ məktəbi yenidən faydalı, güclü və nəticə verən yerə çevirməkdir. Məktəbdə tədris elə qurulmalıdır ki, şagird orada keçirdiyi vaxtın onun imtahanına, gələcəyinə və şəxsi inkişafına xidmət etdiyini görsün. Müəllim sinifdə verdiyi dərslə real nəticə yarada bilsin. Qiymətləndirmə sistemi də formal yox, bilik və bacarığı ölçən mexanizm olsun. Qısası, repetitorluq fəaliyyətini düşmən elan etməklə problem həll olunmayacaq. Amma onun məktəbin yerini tutmasına da imkan vermək olmaz. Repetitorluq əlavə dəstək ola bilər, amma əsas təhsil modelinin yerini tuta bilməz, tutmamalıdır", - deyə S.Əliyeva yekunlaşdırdı.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR - yarımçıq qalan yol və körpülər...
Bu gün, 07:09
"Əslində qiymət bundan ucuz olmalıdır..." - HESABLAYAQ...
Bu gün, 07:02
Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb - "Times"
Bu gün, 06:40
Samuxda təhsil adına OYUNBAZLIQ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:36
Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? - ARAŞDIRMA
Bu gün, 06:25
Nazir müavini Vüqar Kərimova ağır ittihamlar – “Meşə mafiyası”nın başında kim dayanır?
Bu gün, 06:24
Məhkəmə Hicran Əyyubovaya qarşı... QƏRAR VERDİ
Bu gün, 06:16
"Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" - Əməkdar müəllimdən ETİRAZ
Bu gün, 06:12
Kürdəmirdə QOÇULUQ edən məmur kimdir - NARAZILIQ VAR...
Bu gün, 06:10
Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb
Bu gün, 06:00
Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 05:59
ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib - C-SPAN kanalı
Bu gün, 05:57
“ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” - ETİRAZ VAR!
Bu gün, 01:41
Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır - BU NƏDİ BELƏ?
Bu gün, 01:38
Qarabağlı “siyasətçiyə” qarşı sərt addım – iş ağır maddəyə keçirildi
Bu gün, 01:34
Moskvada rekord temperatur qeydə alındı
Dünən, 18:02
Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Dünən, 17:48
Rusiya Ermənistana xəbərdarlıq etdi
Dünən, 17:44
İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Dünən, 17:16
Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Dünən, 17:09
Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Dünən, 16:59
Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Dünən, 16:53
Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib - AÇIQLAMA
Dünən, 16:49
Azərbaycanda daha bir aqropark yaradılıb
Dünən, 16:47
Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Dünən, 16:43
Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC...
Dünən, 16:35
Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq
Dünən, 16:27
Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib - SİYAHI
Dünən, 16:22
`Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 16:11
Tap.az-da saxta torpaq elanları ilə dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:05
Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır - Eldar Əzizov
Dünən, 15:59
Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Dünən, 15:47
Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Dünən, 15:43
Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? - AKTUAL
Dünən, 15:41
Sasanilər dövründə Azərbaycan
Dünən, 15:33
Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Dünən, 15:10
Rus ordusu Voloxovkanı işğal etdi
Dünən, 15:08
Ermənistanın yeni müttəfiqi: Rusiya əvəzlənir - “Eurasianet”
Dünən, 15:03
“Bank Avrasiya”nın səhmdarları toplanır
Dünən, 15:00
Qadınlarla kişilər arasında maaş fərqi niyə yaranır?
Dünən, 14:59
“Mənə pul verən, efirlərə çıxaran “həcilərim” olmayıb” - Samirə Yusifqızından QALMAQALLI MÜSAHİBƏ
Dünən, 14:57
TƏBİB-in sistemi yenidən çökdü - Növbələr yarandı
Dünən, 14:54
Kim Kardaşyanın şirkətinin maşınından 8 milyonluq kokain tapıldı - KİV
Dünən, 14:51
Hövsanda 10-cu sinif şagirdi müəmmalı şəkildə ölüb – İcra nümayəndəsinin oğludur
Dünən, 14:46
NHMT sədri SOCAR Prezidentindən SORUŞUR: “Ən ağır yükü çəkən işçilər...” - NƏDƏN SİYAHIDA YOXDUR.?!
Dünən, 14:30
Paşinyan erməniləri Qarabağı unutmağa ÇAĞIRDI
Dünən, 13:17
Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək - RƏSMİ
Dünən, 13:13
“İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB – ZƏRƏRİ 2 DƏFƏ ARTIB
Dünən, 13:06
“Qurban bazarı”nda son vəziyyət: - Ən ucuz və ən bahalı heyvanlar
Dünən, 13:02
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ
Dünən, 12:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru