Seçkidən sonra Paşinyanı qələbə münasibətilə ilk Putin təbrik edəcək .....                     Burda ancaq PUL YIĞMAĞI BİLİRLƏR... .....                     Tanışının “Kontakt Home”dan aldığı telefonu başqasına satdı: .....                     Ailə sürücüsü şirkət rəhbərinin otağından oğurladığı pulları kazino oyunlarında uduzdu .....                     Karapetyanın qardaşı oğluna qarşı ikili vətəndaşlığı gizlətməsinə görə cinayət işi qaldırılıb .....                     Məmurlar işini itirir, yoxsa bazar dəyişir? .....                     "İstəsəniz, mənəvi dəstəyinizi də göstərə bilərsiniz" .....                     İcra hakimiyyətlərinə tender qadağası .....                     Naxçıvanda TAXIL İŞİ: Ceyhun Cəlilov GERİ ÇƏKİLDİ? .....                     Bakı “üçüncü İran müharibəsi” hazırlığında .....                     Günün fotosu: .....                     'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib .....                     İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı .....                     "Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" .....                     Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR .....                     "Əslində qiymət bundan ucuz olmalıdır..." .....                     Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb .....                     Samuxda təhsil adına OYUNBAZLIQ... .....                     Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? .....                     Nazir müavini Vüqar Kərimova ağır ittihamlar .....                     Məhkəmə Hicran Əyyubovaya qarşı... .....                     "Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" .....                     Kürdəmirdə QOÇULUQ edən məmur kimdir .....                     Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb .....                     Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır .....                     ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib .....                     “ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” .....                     Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır .....                     Qarabağlı “siyasətçiyə” qarşı sərt addım .....                     Moskvada rekord temperatur qeydə alındı .....                     Arvadının saçını keçəl edən ərə .....                     Rusiya Ermənistana xəbərdarlıq etdi .....                     İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi .....                     Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında .....                     Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı .....                     Moskvanın seçim tələbinə İrəvandan cavab: .....                     Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib .....                     Azərbaycanda daha bir aqropark yaradılıb .....                     Qurultayda qarşıdurma gözlənilir .....                     Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? .....                 

İcra hakimiyyətlərinə tender qadağası - NƏ BAŞ VERİR?
Tarix: Bu gün, 09:32 | Çap et

Son aylar bir sıra rayonlarda icra hakimiyyətlərinin tenderləri ləğv edilib. Bu, xüsusilə rayon küçələrində bir sıra işlərin görülməsi ilə bağlı elan edilmiş tenderlərdə özünü göstərir. Məsələn, ötən həftə Siyəzən Rayon İcra Hakimiyyətinin keçirmək istədiyi 3 tenderin hamısı ləğv edilib. Məlumatda bildirilir ki, ləğv edilən tenderlərdən biri Siyəzən şəhərinin şəhər daxili yollarının əsaslı təmir işləri ilə bağlı olub. 212 min 888 manatlıq büdcəyə əsaslanan təmir işlərinin dayadırılmasının səbəbi isə qanunvericiliyin tələbinin pozulması olub.

İkinci tender isə Siyəzəndə Heydər Əliyev küçəsi 17, 19, 23 nömrəli binaların əsaslı təmirini ehtiva edib. 29 min 289 manatlıq layihənin dayandırılması da hazırlanan sənədlərin və iştirakçı sayının 3-dən az olması olub. Rayondakı üçüncü tender isə cari təmir işləri ilə bağlı olub. Bunun üçün 25 min 876 manat vəsait ayırmağı da nəzərdə tutub. Lakin nəticələr ləğv edilib. (Mənbə: Tia.az).

Rayonlarda son aylar tenderlərin ləğv edilməsinə əsas səbəb kimi qalib şirkətlərin rayondakı vəzifəli şəxslərin, bir çox hallarda isə məhz icra başçısının himayəsində olmasıdır. Bu səbəbdən abadlıq işləri, yolların, mənzil fondunun təmiri ilə bağlı tenderlər il ərzində bitmək bilmir. İddialara görə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin hökumət üçün hazırladığı özəl hesabatda da bir çox rayonlarda tenderlərdə şişirtmələr faktı o qədər aşkardır ki, qanunsuzluğu gizlətmək mümkün deyil.

Tanınmış vəkil, iqtisadçı ekspert Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, tenderlərin bu şəkildə keçirilməsi yeni hal deyil: “Nəinki yerli icra hakimiyyəti orqanları, ümumiyyətlə, dövlət qurumlarının mütləq əksəriyyəti tenderləri kobud pozuntularla keçirir. Yəni qalib şirkət qabaqcadan məlum olur. Şirkətin, yəni qalib şirkətin bu və ya digər şəkildə tenderi elan edən qurumun rəhbərliyi ilə yaxınlığı olur. Digər iştirakçılar ya formal olur, ya da kimdənsə xahiş edirlər ki, gəlin, siz də iştirak edin, elə edək ki, iştirakçı üçdən az olmasın. Hətta kənar bir şəxs tenderə qatılsa, elə edirlər ki, onun təklifi keçməsin. Bu məsələlər əksəriyyətə məlumdur”.

Əkrəm Həsənov “tenderlərlə bağlı yaranan vəziyyəti dəyişmək üçün nə etmək lazımdır” sualına belə cavab verib: “Tender keçirilməsinin ilk şərti şəffaflıqdır. Şəffaflıq yoxdursa, tenderdən söhbət gedə bilməz. Azərbaycan Respublikasında dövlət satınalmaları - tenderlər sahəsində dövlət nəzarətini birbaşa Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi həyata keçirir. Agentlik tender prosedurlarında qanunvericiliyin tələblərinə əməl olunmasını təmin edir, rəqabəti qoruyur, qiymət şübhələrini araşdırır və satınalmalarla bağlı şikayətlərə baxır. Amma bu quruma etibar yoxdur. Haradan bilək ki, agentlik bu və ya digər tenderin keçirilməsini yoxladı? Biz axı o prosesləri görmürük. İctimai nəzarət yoxdur. Dövlət orqanına nəzarət yoxdursa, orada da sövdələşmə ola bilər. İctimai nəzarət də nədir? Birincisi, qanuna görə hər bir dövlət qurumu illik nəyi, nə qədər alacağı qabaqcadan saytda yerləşdirilməlidir. İctimai nəzarət buradan başlayır. Millət bilməlidir ki, sən, ümumiyyətlə, nəyi necə və neçə manata alırsan”.

Ekspert dedi ki, Azərbaycanda bu qaydaya riayət edən dövlət qurumu yoxdur: “Tenderin keçirilməsi haqda elanı əvvəlcədən, qanunun tələb etdiyi kimi, ilin əvvəlində versələr, ayrı-ayrı şəxslər xəbər tutub tenderdə iştirak edə bilərlər. Bunlar isə tender haqda məlumatları elə vaxt verirlər ki, heç kəs xəbər tutmasın. Çünki ilin əvvəlində elan olunsa, kənar iştirakçılar gələ bilər. Digər sahibkarlıq subyektləri də illik tender planlarını bilib dövlət qurumlarının tenderlərində iştirak edə bilərlər. Buna yol vermirlər”.

Əkrəm Həsənov digər mühüm məqama da toxunub: “İkinci məsələ isə kommersiya hüquqi şəxslərinin reyestrinin qapalı olmasıdır. Hansı ki, heç bir sivil ölkədə, nəinki sivil ölkədə, Rusiyada belə şey yoxdur. Kommersiya hüquqi şəxslərinin sahiblərini hər kəs girib sistemdə görə bilməlidir. Biz onu görə bilsək, biləcəyik ki, hansısa şirkət kimlə bağlıdır, təsisçiləri kimdir. Buna imkan vermirlər. İctimai nəzarət də sıfırdır, yoxdur. Bu gün biz ancaq hansısa şirkətin nə vaxt qeydiyyata alınmasını, kapitalının nə qədər olmasını görə bilirik. O heç, sahibləri kimdir? Bunlar görünərsə, artıq bilinəcək ki, hansı şirkətlər kimə yaxındır. Aydındır ki, heç biri şirkəti öz adlarını etməyəcək. Qohumun, tanışın, bağbanın, aşpazın, sürücünün adına edəcəklər. Amma bu zaman da şirkətin kimə məxsus olmasını müəyyən etmək mümkün olacaq. Kimindir bu? Haradan çıxdı bu? Niyə bu qalib oldu? Yəni məsələ budur. İctimai nəzarətin yolu budur”.

Əkrəm Həsənov vəziyyətdən çıxmaq üçün əvvəllər səsləndirdiyi təklifi yenidən təkrarlayıb: “Hər bir dövlət qurumunun büdcəsi, smetası, səmərəlilik əmsalı var. Olmazmı ki, istisna hallar xaric, bunu aylıq əsaslarla internetdə göstərsinlər? İstisna edək yalnız Müdafiə Nazirliyini, dövlət təhlükəsizliyi ilə bağlı qurumları ki, onları heç kəs görməməlidir. Bu dövlət təhlükəsizliyi məsələləridir. Amma o biri dövlət qurumlarında nə problem var ki, yazsınlar nəyi, neçəyə aldılar? Dövlət büdcəsi Azərbaycan xalqınındırsa, niyə bu məlumatlar gizli olmalıdır? Tenderlərdə bu və ya digər dövlət qurumu nə alıb, neçəyə alıb biz də vətəndaş olaraq görüb müqayisə edək. Bilməliyik ki, bir dövlət qurumu karandaşı niyə bir, o birisi başqa qiymətə alır. Bunlar açıq məlumatlar olmalıdır. Olmadıqca, tenderlər elə bugünkü qaydalarla, yəni qanunun tələbindən kənar keçiriləcək, dövlət büdcəsindən satınalmalara yönləndirilən məbləğlərə əli çatanlar necə istəyirlərsə, elə də xərcləyəcəklər. Tezliklə tenderlərin qanunun tələb etdiyi şəkildə keçirilməsi təmin olunmalıdır ki, vəziyyət yaxşılığa doğru dəyişsin, büdcədən ayrılan vəsaitlər necə gəldi xərclənməsin”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Seçkidən sonra Paşinyanı qələbə münasibətilə ilk Putin təbrik edəcək - Sərkisyan
Bu gün, 10:11
Burda ancaq PUL YIĞMAĞI BİLİRLƏR... - Qanunsuzluq, özbaşınalıq və əmək istismarı
Bu gün, 10:09
Tanışının “Kontakt Home”dan aldığı telefonu başqasına satdı: - “Dedi ki, uzun illər türmədə olub, “vor-zakon”dur”
Bu gün, 09:52
Ailə sürücüsü şirkət rəhbərinin otağından oğurladığı pulları kazino oyunlarında uduzdu – HÖKM
Bu gün, 09:46
Karapetyanın qardaşı oğluna qarşı ikili vətəndaşlığı gizlətməsinə görə cinayət işi qaldırılıb - Ermənistan mediası
Bu gün, 09:42
Məmurlar işini itirir, yoxsa bazar dəyişir? - Görünəni odur ki...
Bu gün, 09:37
"İstəsəniz, mənəvi dəstəyinizi də göstərə bilərsiniz" - ÇAĞIRIŞ
Bu gün, 09:35
İcra hakimiyyətlərinə tender qadağası - NƏ BAŞ VERİR?
Bu gün, 09:32
Naxçıvanda TAXIL İŞİ: Ceyhun Cəlilov GERİ ÇƏKİLDİ? - İşçilər deyir ki...
Bu gün, 09:30
Bakı “üçüncü İran müharibəsi” hazırlığında - AKTUAL
Bu gün, 09:21
Günün fotosu: - AY BƏRƏKALLAH...
Bu gün, 08:15
'Europol' SEPAH-a bağlı 14 min paylaşımı silib - KİV
Bu gün, 07:58
İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı - AY MAŞALLAH...
Bu gün, 07:52
"Biz pulu əziyyətlə qazanıb sizi yedizdirməliyik?" - NARAZILIQ VAR...
Bu gün, 07:34
Saleh Məmmədovun kadrları HƏLƏ DƏ İŞ BAŞINDADIR - yarımçıq qalan yol və körpülər...
Bu gün, 07:09
"Əslində qiymət bundan ucuz olmalıdır..." - HESABLAYAQ...
Bu gün, 07:02
Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb - "Times"
Bu gün, 06:40
Samuxda təhsil adına OYUNBAZLIQ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:36
Azərbaycanın Avroviziyada nəticələri niyə zəifləyir? - ARAŞDIRMA
Bu gün, 06:25
Nazir müavini Vüqar Kərimova ağır ittihamlar – “Meşə mafiyası”nın başında kim dayanır?
Bu gün, 06:24
Məhkəmə Hicran Əyyubovaya qarşı... QƏRAR VERDİ
Bu gün, 06:16
"Şagirdin gələcəyini məktəbdəki təhsil deyil, imtahan balı müəyyən edir" - Əməkdar müəllimdən ETİRAZ
Bu gün, 06:12
Kürdəmirdə QOÇULUQ edən məmur kimdir - NARAZILIQ VAR...
Bu gün, 06:10
Rodrigez Trampı Venesuelaya qarşı sanksiyaları ləğv etməyə çağırıb
Bu gün, 06:00
Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 05:59
ABŞ Senatı İranla müharibəyə son qoymaq üçün qətnamə qəbul edib - C-SPAN kanalı
Bu gün, 05:57
“ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır” - ETİRAZ VAR!
Bu gün, 01:41
Oğuzun "yaşıl büdcəsi": Abadlıq adı altında ayaqqabıdan şinə, loma qədər hər şey alınır - BU NƏDİ BELƏ?
Bu gün, 01:38
Qarabağlı “siyasətçiyə” qarşı sərt addım – iş ağır maddəyə keçirildi
Bu gün, 01:34
Moskvada rekord temperatur qeydə alındı
Dünən, 18:02
Arvadının saçını keçəl edən ərə - Hökm oxundu
Dünən, 17:48
Rusiya Ermənistana xəbərdarlıq etdi
Dünən, 17:44
İki universitet arasında kadr dəyişikliyi: Prorektorlar bir-birini əvəz etdi - BUNDAN SONRA...
Dünən, 17:16
Bakıda 1,4 milyonluq dələduzluq edən şəxs yenidən məhkəmə qarşısında
Dünən, 17:09
Ermənistan baş nazirliyinə namizəd FSB agenti çıxdı - FOTO
Dünən, 16:59
Moskvanın seçim tələbinə İrəvandan cavab: - Günbəgün Avropa İttifaqına yaxınlaşırıq
Dünən, 16:53
Fərəc Quliyev Prezident Administrasiyasında qəbul edilib - AÇIQLAMA
Dünən, 16:49
Azərbaycanda daha bir aqropark yaradılıb
Dünən, 16:47
Qurultayda qarşıdurma gözlənilir - İttifaq katibindən XƏBƏRDARLIQ
Dünən, 16:43
Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC...
Dünən, 16:35
Qurban bayramı ərəfəsi ətin qiyməti qalxacaq
Dünən, 16:27
Bu ölkələrə ABŞ-nin 177 min hərbçisi yerləşdirilib - SİYAHI
Dünən, 16:22
`Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 16:11
Tap.az-da saxta torpaq elanları ilə dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:05
Yaxın perspektivdə Bakıda kanat yolu və tramvay xətlərinin yaradılması planlaşdırılır - Eldar Əzizov
Dünən, 15:59
Metronun "Həzi Aslanov" stansiyasındakı təmir BU TARİXDƏ bitəcək
Dünən, 15:47
Dünyanın ən gözəl şəhərləri açıqlandı - Cənubi Qafqazdan hansı var?
Dünən, 15:43
Bakı- Tiflis qatarında qiymətlər necə olacaq? - AKTUAL
Dünən, 15:41
Sasanilər dövründə Azərbaycan
Dünən, 15:33
Nizami küçəsində qalmaqal - Yaşayış binasının həyətində qanunsuz kulinariya sexi açılıb
Dünən, 15:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru