ABŞERONDA YAŞAYIŞ EVİ YANDI
Tarix: 23-11-2012, 10:20 |
Çap et
YANĞIN ZAMANI 3 NƏFƏR YARAIANIBAbşeronda ev yanıb, xəsarət alanlar var.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonu, Hökməli qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan ikimərtəbəli 6 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və içərisindəki əşyalar 14 kv.m sahədə yanıb.
Yanğın zamanı 3 nəfər yanıq xəsarəti alıb və Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aidiyyəti üzrə aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
İlkin məlumata əsasən, yanğına məişət qaz balonunun alışması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.