PREZİDENTƏ FIRILDAQ GƏLƏN İCRA BAŞÇISI
Tarix: 19-09-2011, 11:23 | Çap et
VİLYAM HACIYEV SAHİBKAR NƏSRULLA NƏZƏROVUN 500 MİN MANATINI NECƏ ƏLƏ KEÇİRİB?
SAMUXDA BAŞ VERƏN DƏHŞƏTLİ FAKTLARIN ŞOK MƏQAMLARI!!!
Keçən sayımızda məlumat verərək bildirmişdik ki, Samux rayonunda əməlli-başlı özbaşınalıq hökm sürməkdədir. Belə ki, rayonun icra başçısı Vilyam Hacıyev özünü o qədər arxayın hiss edir ki, hətta yerli sahibkarlara qarşı özbaşınalıqlarına rəsmən haqq qazandırmağa çalışır.
Onu da bildirək ki, bu barədə hələ bu ilin mart ayında dövrü mətbuatda, o cümlədən «Gündəm Xəbər» qəzetində çox ciddi faktlara işıq salınmışdı. Söhbət 200-ə yaxın işçinin ruzusunun mənimsənilməsindən və bir sahibkarın 1 milyon dollara yaxın pulunun fırıldaq yolu ilə ələ keçirilməsindən gedir. Hələliksə ilk əvvəl yayılan məlumatlara nəzər salaq…
«Get kimə deyirsən, de»…
Həmin məlumatda da bildirilirdi ki, daha bir icra başçısına qarşı korrupsiya ittihamı ilə cinayət işi açıla bilər. Bu dəfə hədəfdə, Samux rayon icra hakimiyyətinin başçısı, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin əmisi oğlu Vilyam Hacıyevdir.
Samux Asfalt Beton zavodunun direktoru Nəsrulla Nəzərovun bildirdiyinə görə, 3 ilə yaxındır ki, rayonun icra hakimiyyəti müəssisəyə olan 391 min manat borcunu vermir. Nəsrulla Nəzərov deyir ki, 2006-cı ildə bağlanmış müqaviləyə əsasən, rayonun 80 faiz yollarını abadlaşdırıblar. Gördükləri işin haqqını ala bilmədiklərindən 200-ə yaxın işçinin maaşını da verə bilmirlər. Müəssisənin direktoru deyir ki, rayonun icra hakimiyyətinin başçısı ilə dəfələrlə görüşüb. Hər dəfəsində də icra başçısı Vilyam Hacıyev deyib ki, «pul verilməyəcək, kimə şikayət edirsən et».
«7 kilometrə yaxın yol asfaltlamışıq, 2006-2007-ci illərdə 334 min manat dəyərində iş görülüb. Söz vermişdi ki, 2008-ci ilin əvvəlində borcu verəcək. Amma sonra da dedi ki, «vermirəm, get kimə deyirsən de». 2 il yarımdır ki, məhkəmələrdəyik. 7 məhkəməni udduq. Qətnamə bizim xeyrimizə oldu, sonra qətnaməni yönəltdilər. Kəpəz rayon Məhkəməsinin icraçıları qətnaməni icra başçısının xeyrinə icra ediblər. Hansı yollasa vəzifəsindən sui-istifadə elədi, bizim verilmiş qətnaməmizi ləğv etdilər. Vermişik Konstitusiya Məhkəməsinə, o da düzgün baxmasa, verəcəyik Avropa Məhkəməsinə».
Başçının özbaşınalığına işçiləri də haqq qazandırıb Nəsrulla Nəzərov onu da deyib ki, əldə vəsaitləri olmadığından müəssisədə iş dayanır, xammal ala bilmədiklərindən sifarişləri də qəbul edə bilmirlər. Zavodun işçilərinə olan borcu 70 min manatı keçib.
Zavodda fəhlə işləyən Həsrət Abdullayevin sözlərinə görə, o və digər işçilər maaşlarının veriləcəyi günü gözləyirlər: «80-dən artıq adam əməkhaqqı alır buradan. Onların da hərəsinin 3-4 nəfərlik ailəsi. 200-230 adam eləyir. Alacağımızı ala bilmirik. Gözləyirik yəqin haqq ədalət yerini alar. Çoxdandır maaşımız verilmir. Vəziyyətimiz pisləşir. O vaxtı alırdıq, yaxşı işləyirdik, yaxşı maaş alırdıq».
«Bütün problemlər pulla həll olunur. Nəinki ailədə, elə zavodda da problemlər yaranır. Başqa şirkətlərlə işləyə bilmirik. Çünki pulumuzu vermirlər, xammal alıb başqa şirkətlərin sifarişlərini yerinə yetirə bilmirik. Uşaqlar hazırlığa gedirlər, oxuyurlar, pul lazımdır, qışda ayaqqabı lazımdır. Hər şey bahalanıb».
Onu da bildirək ki, həmin ərəfədə jurnalistlər Samux rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin özü ilə danışmaq istəsə də, buna nail ola bilməyiblər. Amma müavini Tahir Qarayev deyib ki, Vilyam Hacıyev məşğuldur, onun əvəzinə özü danışa bilər:
«Vilyam müəllimin adını nahaq çəkirlər. Vilyam müəllim icra hakimiyyətinin başçısıdır. O işləri - layihə və s. işləri arxitektura şöbəsinə tapşırır. Elə söhbət olmayıb, hər şey qanun çərçivəsində olub. Məhkəmə qanunun aliliyini qoruyan bir orqandır. O da qərar verib. Arxitektura şöbəsindən lazımi məlumatları öyrənə bilərsiz. Əsaslı-əsassız məhkəmə qərarları var. Hər halda məhkəmə son qərarları veribdir».
Qeyd edək ki, icra başçısı müavininin məsləhəti ilə jurnalistlər icra hakimiyyətinin arxitektura şöbəsinə də müraciət etmişdi. Şöbənin rəisi Əsgər Həsənov bildirdiyinə görə, müəssisə ilə icra hakimiyyəti arasında qanuni müqavilə imzalanıb:
«Məhkəmə baxıb o işə, qərarını da verib. Bunlarla icra hakimiyyəti arasında müqavilə olub - 1 milyon həcmdə. Sonra bunlar işi dayandırıblar ki, əlavə iş də görmüşük, onun da məbləği bu qədər edir, ödənilməlidir. 344 min manat yazıblar. Müqavilənin bəndində göstərilir ki, əlavə iş görülərsə, yenidən müqavilə bağlanmalı və onun pulu ödənilməlidir. Müqavilə yoxdur, özləri üçün nə iş görüblər özləri bilərlər».
İcra başçıları sahibkarların qənimi rolunda
Onu da qeyd edək ki, artıq yerlərdə sahibkarların icra başçıları tərəfindən incidilməsi bir ənənə halını alıb. Sanki cəmiyyətimiz də bu tipli özbaşınalıqlara vərdiş edib. Yəni belə bir qənaət var ki, elə belə də olmalıdır. Bəs sahibkar nədən ötrüdür? Sahibkara başçı da zülm etməsin, kim etsin?
Bildirək ki, yaranmış situasiyada əslində milli burjuaziya hesab olunan və yaxud cəmiyyətimizin bel sütunu olmalı olan milli burjuaziyamızın təməli hesab olunan çağdaş sahibkarlıq sisteminin məqsədli şəkildə məhvi prosesi həyata keçirilməkdədir.
Bildirək ki, bu hal bütün ölkə miqyasında cərəyan etməkdədir. Elə bir ünvan yoxdur ki, orada sahibkarın haqqı tapdanmasın. Dövləti təmsil edən qurumlar sanki bir reket-quldur kimi davranaraq sahibkarın qazancına şərik çıxır ki, bu da Azərbaycanın sıradan özəlliklərindəndir. Bir yandan vergilər nazirliyi, bir yandan iqtisadi inkişaf nazirliyi, bir yandan hətta fövqəladə hallar nazirliyinin yanğınsöndürənləri bu gün AZƏRBAYCAN SAHİBKARININ BAŞININ ÜSTÜNDƏ DOMOKL QILINCI KİMİ DAYANARAQ, onun qazancına şəriklik etməkdədir. Bu şəriklər içində ən böyük quldurluğa imza atanı isə bir daha vurğulayırıq ki, icra strukturlarıdır.
Yerlərdə prezidentin nümayəndəsi hesab olunan icra başçıları məhz bu statuslarından istifadə edərək milli burjuaziyaya əməlli-başlı divan tuturlar. Hər biri özünü rəhbəri olduğu bölgənin PADŞAHI hesab edən icra başçılarına isə məhz hansısa sahibkarı haqsız yerə incitməsinə görə, «gözün üstündə qaşın var» deyən də yoxdur. Bu isə cəzasızlıq mühitinin möhkəmlənməsi deməkdir. Cəzasızlıq davamedici və əbədidirsə, o zaman başıpozuqluq və özbaşınalıq yaranır. Artıq Azərbaycanda özbaşınalıq sanki bir sistemə çevrilib. Bütün sistem məhz «bespredel»in üzərində dayanır.
Təbii ki, ən acınacaqlı durum məhz əyalətlərdədir. Xırda padşahların ümidinə buraxılmış rayonlarımızda. Bu gün Azərbaycanın rayonları sanki işgəncə koloniyalarını xatırladır. Hüdudsuz səlahiyyətlər bu gün əyalət məmurlarının yerli sakinlər üzərində istənilən bir özbaşınalığına nədən olmaqdadır.
Daxil olan faktlar isə bu özbaşınalığın kuliminasiya həddi kimi də qəbul oluna bilər. Söhbət bir icra başçısının yerli sahibkarı mülfis etməsindən 200-ə yaxın işçinin ailəsinin isə ac qoyulmasından gedir. Vətənə iş qurmaq ümidi ilə gələnlər…
Redaksiyamızı bilgiləndirən məlumatlı mənbənin sözlərindən belə məlum olur ki, bu gün icra başçısının zülmündən ən çox əziyyət çəkən bölgələrimizdən biri də Samux rayonudur. Yəni rayonun icra başçısı Vilyam Hacıyev çoxdan bütün ölkə miqyasında ad çıxarıb.
Əslində Vilyam Hacıyev yerli sahibkarlar üçün əməlli-başlı təhlükə rolunu oynamaqdadır: «Bu gün Samux rayonunda Vilyam Hacıyevə yaxın olmayan bir sahibkar da qalmayıb. Onlarla iş adamı başını götürüb Samuxdan qaçıb. Səbəbsə Vilyam Hacıyevin reketçiliyidir».
Mənbə bildirir ki, icra başçısının fırıldaqçılığından ən böyük zərərgörmüşlərdən biri də rayounun Asfalt Beton zavodunun müdiri Nəsrulla Nəzərovdur. Məlumata görə, Vilyam Hacıyev yerli iş adamının 500 min manata yaxın pulunu mənimsəyib: «Hər dəfə bu pul tələb olunanda isə başçı sahibkarı şərləməklə təhdid edir».
Apardığımız araşdırmalar nəticəsində öyrənə bildik ki, Nəsrulla Nəzərov zamanında Rusiyada yaşamış və orada böyük biznesdə uğur qazana bilmiş şəxslərdəndir. Düz beş il əvvəl vətənə qayıdan iş adamı əslən Samux rayonunun Ağasıbəyli kəndindəndir. Samuxa dönüşündə də məqsəd doğma rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdan, rayonunda iş yeri açaraq həmyerlilərinə gün ağlamaq niyyətindən ibarət olub.
Amma sən saydığını say, gör fələk nə sayır…
Bu niyyətlə vətənə dönən Nəsrulla Nəzərov bu gün dönüşünə peşmandır. Bu barədə məlumatı verən Samuxdakı qaynağın sözlərinə görə, icra başçısı onun 500 min manat pulunu mənimsəməklə yanaşı, onu bu günlərdə böhtan yolu ilə həbs etdirəcəyini də açıq-aşkar söyləyib:
«Bu günlərdə Nəsrulla Nəzərov pulunu tələb etmək üçün icra başçısının qəbulunda olub. Vilyam Hacıyev 500 min manatı ödəməkdən boyun qaçırmaqla yanaşı, sahibkarı təhdid də edib. Nəsrulla Nəzərova bildirib ki, onu müxalifətçi elan edərək dövlət çevrilişinə cəhddə ittiham edib, həbs etdirəcək».
Mənbənin sözlərinə görə, icra başçısının bu özbaşınalığı səbəbindən Nəsrulla Nəzərovla yanaşı, onun rəhbəri olduğu müəssisənin 200 işçisi də ailəsinə çörək apara bilmir: «Bu gün həmin işçilər də sahibkarla bərabər Vilyam Hacıyevin nə zaman insafa gələcəyini, onların pulunu verəcəyini gözləməkdədirlər».
Lakin belə görünür ki, onlar hələ çox gözləməli olacaqlar. Bura axı, Azərbaycandır…
İcra başçısı prezidentin adı ilə 100 min manat borc alıb…
Bildirək ki, bu barədə qəzetimizin keçən sayında da məlumat vermişdik və bunun ardından redaksiyamıza gələn Nəsrulla Nəzərov yazdıqlarımızın doğru olduğunu söyləməklə yanaşı, əlavə məlumatları da verdi. Və yaranmış borcun hansı səbəblə ortaya çıxdığına da izahat gətirdi.
«Gündəm Xəbər»ə bu barədə danışan sahibkar qeyd etdi ki, rayonun abadlıq işlərinə görə, icra hakimiyyətinin onun zavoduna 391 min manat rəsmi borcu olub və bu borcun ödənilməsi 2007-ci ildə həyata keçirilməli olduğu halda, 2008-ci ilə qədər uzadılıb:
«Dəfələrlə Vilyam Hacıyevə müraciət etsəm də, o, mənim müəssisəmə olan borcu ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırırdı. İlk əvvəl borcun olduğunu danmasa da, sonradan danmağa başladı».
Nəsrulla Nəzərov bildirir ki, 391 min manat borcunun olmasına baxmayaraq Vilyam Hacıyev ondan əlavə 100 min manat borc pul alıb: «2003-ci ilin mart ayının 3-də cənab prezident İlham Əliyev Samux rayonuna səfər etməli idi. Vilyam Hacıyev də məni yanına çağıraraq rayonunun abadlıq işlərinə sərf olunması üçün 100 min manata ehtiyacının olduğunu və bu pulu məndən borc istədiyini bildirdi. Dedi ki, prezident gəlib-gedəndən bir həftə sonra həm 100 min manatı, həm də əvvəlki 391 min manatı bir yerdə ödəyəcək və bununla da aramızdakı narazılıq bitəcək. Mən də inandım».
Həmin zaman icra başçısının ona 391 min manat pul borclu olmasına baxmayaraq, əlavə 100 min manat borc pul verdiyini söyləyən Nəsrulla Nəzərov sonradan aldadıldığının fərqinə varıb: «Prezident rayona gəldi və getdi. Bunun üstündən bir həftə keçdi səbr edib, gözlədim. Və onuncu günün tamamında Vilyam Hacıyevin yanına gedərək pulumu tələb etdim. Gördüyüm mənzərə isə məni dəhşətə gətirdi. Hər halda nəinki bir dövlət məmurunun, Samuxda prezidenti təmsil edən bir şəxsin, heç bir insanın belə danışa bilməyəcəyi yalanı Vilyam Hacıyev mənim üzümə söylədi. Mənə bildirdi ki, mən ona şər atıram və 100 min manat pulu ona verməmişəm. Mən artıq onda fərqinə vardım ki, həm zavodumun gördüyü işin müqabilində yaranmış 391 min manatımdan, həm də əlavə olaraq borc kimi verdiyim 100 min manatımdan əlimi üzməliyəm».
Bundan sonra da dəfələrlə icra başçısının qəbulunda olduğunu bildirən Nəsrulla Nəzərov nə rəsmi, nə də qeyri-rəsmi borcunu ala bilməyib: «Artıq neçə ildir ki, məhkəmələrin qapısında qalmışım. Özü isə deyir ki, o, rayonun ağasıdır və o necə istəyirsə, elə də olacaq».
Prezident «Şahmat Məktəbi» adı ilə çayxananın açılışını edib
Qeyd edək ki, bu arada apardığımız araşdırmaların sonucu olaraq Vilyam Hacıyevin daha dəhşətli əməlləri ilə bağlı redaksiyamıza çox ilginc faktlar daxil olub. Belə ki, redaksiyamızı məlumatlandıran Samuxdakı mötəbər qaynağın iddasına görə, Vilyam Hacıyev nəinki yerli sahibkarlara, hətta prezident İlham Əliyevə də dəfələrə yalan danışıb. Yəni o, fırıldaqçılıqla məşğul olarkən qarşısındakının fərqinə belə varmır.
Təbii ki, bütün bu söylədiklərimiz faktdır və bu fakta qarşı tərəfin münasibətini də yaxın günlərdə öyrənəcəyik. Artıq «Gündəm Xəbər» redaksiyası Samux rayonuna səfər barədə qərar verib və həm bu yazımızda və həm də keçən sayımızda yer alan faktlara Vilyam Hacıyevin münasibətini öyrənməyə çalışacağıq. Hələliksə, əldə etdiyimiz informasiyaları diqqətinizə çatdırırıq…
Məlumatlı mənbə bildirir ki, 2008-ci ilin mart ayının 3-də Samux rayonunda olarkən prezident İlham Əliyev icra başçısı tərəfindən aldadılıb: «Prezident rayonda olarkən ona Mosu kişinin yenicə təmirdən çıxmış çayxanası «Şahmat Məktəbi»nin binası kimi təqdim olundu və prezident hətta həmin «məktəb»in qırmızı lentini də kəsdi. Halbuki elə prezident gedəndən sonra həmin «məktəb» yenidən çayxana kimi işləməyinə davam etdi və günü bu gün də çayxana olaraq da fəaliyyət göstərir».
Rayon sakinlərinin gözləri qarşısında dövlət başçısının aldadılması günü bu gün də Samuxda bir lətifəyə çevrilib. Bu barədə redaksiyamızı bilgiləndirən sakinlərdən biri isə yana-yana bunları söyləyir: «Tutalım, preziden bu işdən xəbərsizdir. Bəs prezidenti bütün bu biabırçılıqlarla bağlı məlumatlandırmalı olan şəxslər hara baxır? Onlar nədən prezidentə fırıldaq gəlinməsinə şərait yaradıblar və yaxud da buna göz yumublar».
Bu gün 55 minlik sakini olan Samux rayonunda artıq məhz bu olay səbəbindən haimiyyətin bütün işlərinə dırnaqarası baxıldığını və hər işdə bir yalanın, yırıldağın olduğu tam olaraq ictimai şüura oturduğunu bildirən mənbəmiz vurğuladı ki, yəqin prezident hələ də bu işdən xəbərsizdir: «Samuxda da belə düşünürlər ki, prezident Vilyam Hacıyevin onu aldatmasından xəbər tutmayıb. Bəlkə prezidentin Samuxa yenidən yolu düşərsə, Vilyam Hacıyevi yüz faiz həbs etdirər. Çünki onun «Şahmat məktəbi»nin əvəzinə bir çayxananın açılışında iştirak etdiyi üzə çıxmış olacaq».
Quldurlarla ortaq olan başçı ülvi duyğularla da oynayır
Vilyam Hacıyevin bir başqa əməlinin isə onun adının bölgədəki kriminal ünsürlərlə qoşa çəkilməsi faktıdır. Bu barədə redaksiyamıza danışan mənbə bildirir ki, Vilyam Hacıyevin adı rayonda öz qaynının qətlində də hallandırılır:
«Doğrudur, bu barədə konkret dəlil-sübut yoxdur. Amma bu işin araşdırılması hüquq-mühafizə orqanlarının əlində an məsələsidir. Hər halda, dövlətin marağı olsaydı, Vilyam Hacıyevin bu əməlinin də faş edilməsi asanlıqla başa gələrdi».
Mənbəmiz bildirir ki, Vilyam Hacıyevin öz qaynını bu yaxınlarda Gəncədə həbs edilmiş kriminial aləminin məşhur simalarından birinin vasitəsilə aradan götürdüb: «Həmin kriminal şəxs Gəncədə həbs olundu və adı Şöhrət idi. Şöhrətin özünə gəlincə isə, hüquq-mühafizə orqanları onun killer olduğunu aşkarlayıblar və məlum olub ki, Şöhrət ayrı-ayrı məmurların, pullu adamların sifarişini icra edirmiş. Onun müştəriləri sırasında isə Vilyam Hacıyevin olduğu da bildirilir. Lakin nədənsə bu faktı hüquq-mühafizə orqanları araşdırmadılar və günü bu gün də bu barədə düşünən yoxdur».
Vilyam Hacıyevin ən dəhşətli cinayətlərindən biri isə onun şəhid olmuş milli qəhrəmanın adı altında yerli sahibkarlardan pul yığması faktı olub. Xatırladaq ki, bu ilin əvvəllərində azərbaycan Sərhəd Qoşunlarının əsgəri Eltun İsgəndərov göstərdiyi şücaətə görə prezident tərəfindən ən ali mükafata - Milli Qəhrəman adına layiq görüldü. Öz həyatı hesabına əsgər yoldaşlarını xilas edən Eltun İsgəndərovun bu əməlinin prezident tərəfəindən yüksək qiymətləndirilməsi fonunda Vilyam Hacıyev kimi şəxslər hətta bu ülvi məqamda da öz fırıldaqçı mahiyyətlərindən qala bilməyibilər.
Bu barədə redaksiyamızı bilgiləndirən mötəbər mənbə bildirir ki, Eltun İsgəndərovun ailəsinə yardım adı altında yerli sahibkarlardan 120 min manata yaxın vəsaiti toplayan icra başçısı həmin pulları mənimsəyib: «Halbuki sahibkarlardan bu pulu tələb edən Vilyam Hacıyev bildirirmiş ki, həmin vəsaitlə milli qəhrəmanın ailəsinə ev tikiləcək, onun sosial problemləri həll olunacaq. Amma bu günə kimi icra hakimiyyəti tərəfindən Eltun İsgəndərovun ailəsinə həmin yığılan puldan yardım edilməyib və məlum olub ki, sahibkarlardan milli qəhrəmanın adı altında yığılan vəsait icra başçısı tərəfindən mənimsənilib».
Vilyam Hacıyevin arxasında kim(lər) dayanır?
Təbii ki, Vilyam Hacıyev bütün bu özbaşınalıqlarına müstəqil qaydada imza ata bilməz. Və onun arxasında yetərincə cidd qüvvələrin dayandığı bildirilir. Bu barədə apardığımız araşdırmaların sonucu olaraq da ciddi faktları aşkarlanmışıq. Məsələn, Samux Asfalt Beton Zavodunun müdiri, sahibkar Nəsrulla Nəzərovun işində Vilyam Hacıyevə dəstək verənlərdən birinin Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin olduğu aşkarlanıb.
Redaksiyamıza danışan mənbə vurğulayır ki, ilk əvvəl məhkəmə instansiyaları Samux rayon icra hakimiyyətinin Samux Asfalt Beton Zavoduna olan 391 min manat rəsmi borcunun ödənilməsi ilə bağlı qərar çıxarıblar: «Bu qərar iqtisad məhkəməsində çıxarılıb və icraya yönəldilib. Hətta Samux rayon icra hakimiyyətinin bank hesablarına həbs də qoyulubmuş».
Mənbə bildirir ki, Gəncənin Kəpəz rayonunun məhkəmə qərarları icra idarəsinin əməkdaşları çıxarılan qərarla bağlı hərəkətə keçmək istədikdə işə Ali Məhkəmənin sədri Ramiz Rzayevin müdaxiləsi hər şeyin tamam əks istiqamət üzərə hərəkət etməsinə səbəb olub: «Nəticədə əvvəlki məhkəmə qərarı ləğv edilib və Vilyam Hacıyevin xeyrinə yeni qərar çıxarılıb».
Və bunun ardından da Samux rayon icra hakimiyyətinin bank hesabları ilə bağlı qərarın da dəyişdiyini bildirən mənbəmiz qeyd edir ki, nəticədə Nəsrulla Nəzərov yenidən məhkəmə qapılarına düşməli olub: «Bunun isə heç bir nəticəsi olmayıb və belə görünür ki, olmayacaq da. Hər halda Ramiz Rzayev kimi arxası olan bir şəxsin qanun qarşısında cavab verməsi ən azından Azərbaycan hüdudları daxilində mümkün deyil. Ona görə də işin Avropa İnsan Haqqları Məhkəməsinə qədər inkişafı gözləninilir və yeganə ümidlər də AİŞM-ədir».
Onu da qeyd edək ki, Ramiz Rzayev Vilyam Hacıyevin yeganə himayəçisi deyil. Bu vaxta qədər dövrü mətbuatda yer alan məlumatlarda da göstərilir ki, bir neçə iriranqlı oliqarx məmurun çətiri altında gizlənən Samuxun icra başçısı bu gün hətta ölkə prezidentini aldatma qüdrətini də məhz himayədarlarının verdiyi mənəvi qida hesabına təmin etməkdədir.
Son: Yox, hələlik bu, yazının sonudur, Vilyam Hacıyevin deyil…
Sonda isə daha bir dəhşətli faktı diqqətinizə çatdırmaq istəyirik. Samuxdan əldə etdiyimiz məlumatlardan aydın olur ki, təxminən bir ay əvvəl rayonda 23 yaşlı gənci ilan vurur.
Hadisənin Samuxun Hacanlı kəndində baş verdiyini bildirən rayon sakinlərindən birinin sözlərinə görə, 23 yaşlı Məmmədov Sənan Qalib oğlu ilan vurmasından dünyasını dəyişir. Bəli, 21-ci əsrin Azərbaycanında insanlar ilan vurmasından dünyalarını dəyişirlər.
Rayon sakini bildirir ki, Sənan Məmmədov vaxtlı-vaxtında rayon mərkəzi xəstəxanasına yetişdirilsə də, xəstəxanada ilan zəhərinə qarşı müvafiq dərmanın olmaması nəticədə 23 yaşlı gəncin göz görə-görə ölümünə nədən olub: «Bunun səbəbkarı isə Vilyam Hacıyevdir. Başı xəstəxanalardan rüşvət almağa, həkimləri, baş həkimi talamağa qarışan Vilyam Hacıyev bir dəfə də maraqlanmayıb ki, rayon xəstəxanalarında yerli sakinlərə hansı şəkildə xidmət göstərirlər. Əksinə, rayon səhiyyəsinə ayrılan pullar ümumiyyətlə, xəstəxanalara yetişməyib və Vilyam Hacıyev tərəfindən mənimsənilib».
Dəhşətli burasıdır ki, 23 yaşlı oğlunun faciəli ölümünə dözə bilməyən Məmmədova Ziyafət Nəcəf qızı oğlunun ölümündən 10 gün sonra dünyasını dəyişib: «Ana ürəyi bu faciəyə tab gətirə bilmədi».
Amma Vilyam Hacıyevin ürəyi Samuxda neçə-neçə ailəyə daha betər faciələrin yaşadılması üçün kifayət qədər sağlamdır. Əgər belə davam edərsə, vəziyyət daha da gərgin olacaq…
Araşdırmalarımız davam edir…
«Gündəm Xəbər»
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44 |
|
|
|
• Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Dünən, 10:43 |
|
|
|
• Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə yeni direktor təyin edilib - ƏMR
Dünən, 10:32 |
|
|
|
• AYNA Bakıda bu işlərə 1,2 milyon manat xərcləyəcək
Dünən, 10:30 |
|
|
|
• "İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - deputat
Dünən, 10:27 |
|
|
|
• Bakı ilə Ankaranın ZƏNGƏZUR SÖZBİRLİYİ... - İrəvan yola gəlməlidir...
Dünən, 10:21 |
|
|
|
• "The New York Times" Naftalandan yazıb, həm də necə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 10:19 |
|
|
|
• ATİAHİ nümayəndə heyəti Türk Dünyası Konfransında iştirak edib
Dünən, 10:17 |
|
|
|
• "Mənim vəziyyətim heç bir rəsmi qurumu narahat etmir..." - Qarabağ qazisindən ETİRAZ
Dünən, 10:14 |
|
|
|
• BUNU DA GÖRDÜK: “Od qiyməti”nə alınan uzunqulaqlar... - Kimin NƏYİNƏ LAZIMDIR?
Dünən, 10:10 |
|
|
|
|