AZƏRBAYCANDA İNTİHARLARIN SAYI ARTIR
Tarix: 8-11-2012, 10:09 |
Çap et
DÜNƏN İKİ NƏFƏR ÖZ CANINA QƏSD EDİBÖtən gün Azərbaycanda iki kişi özünü asıb.
Şabran rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, rayonun İsmayılov küçəsi, ev 32 ünvanında yaşayan 1977-ci il təvəllüdlü Kərimov Həsən Qulamhüseyn oğlu yaşadığı həyətdəki tut ağacından özünü asıb.
Digər bir intihar hadisəsi isə Xırdalan şəhərində qeydə alınıb. Xırdalan şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, Quşçuluq savxozu, R.Behbudov küçəsi, ev 101 ünvanında yaşayan 1979-cu il təvəllüdlü Abdullayev Tərlan Azər oğlu yaşadığı evin çardağından özünü asıb.
Hər iki faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb