SABİRABADDA BİR ATA OĞUL QATİLİNƏ ÇEVRİLDİ
Tarix: 6-11-2012, 09:59 |
Çap et
O, OĞLU İLƏ MÜBAHİSƏ EDİBMİŞAzərbaycanda ata oğlunu bıçaqla qətlə yetirib.
Sabirabad rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, rayonun Sarıcalar kənd sakini 1962-ci il təvəllüdlü Nazir Əhmədov oğlu Loğmanı bıçaqla qətlə yetirib.
Qətl ata-oğul arasında ailə münaqişəsi zəminində yaranmış mübahisə zamanı baş verib.
Ata saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.