GÜCLÜ YAĞIŞ UCARI İŞIQSIZ QOYUB
Tarix: 28-10-2012, 14:29 |
Çap et
RAYONDA ELEKTRİK BÖHRANI YARANIB
Dünən axşamdan bəri Ucar rayonunda yağan aramsız yağışlar elektirik enerjisinin verilişində problemlər yaradıb.
Yerli sakinlərin APA-ya verdiyi məlumata görə, hava şəraitində dəyişiklik olan kimi rayona elektrik enerjisinin verilməsində fasilələr yaranması adi hal alıb: “Dünən axşamdan etibarən rayonun əsas yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Problem hələ də aradan qaldırılmayıb”.
Ucar rayon Elektrik Şəbəkəsindən APA-ya bildirilib ki, dünən axşam saatlarından etibarən aramsız yağışların yağması nəticəsində rayonun Qarabörk, Qazyan ,Xalac və Lək kəndlərinə elektrik enerjisinin verilişində problemlər yaranıb: “Hazırda həmin kəndlərə elektrik enerjisinin verilməsi üçün ərazidə təmir-bərpa işləri aparılır”.
Şəbəkədən o da bildirilib ki, hava şəraiti pisləşən kimi elektrik enerjisinin kəsilməsinin səbəbi elektirik naqillərinin köhnə olması və standartlara cavab verməməsidir.