BAKIDA DAHA BİR İYRƏNCLİK
Tarix: 24-10-2012, 12:19 |
Çap et
8 YAŞLI UŞAĞI VƏHŞİCƏSİNƏ DÖYDÜLƏR
Oktyabrın 23-də Bakıda azyaşlı oğlan vəhşicəsinə döyülüb.
Nəsimi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Salatın Əsgərova küçəsindən 8 yaşlı Əkbərov Rəvan Həsən oğlu ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Məlum olub ki, azyaşlı oğlan döyülüb, onun üzərində müxtəlif xəsarətlər aşkarlanıb.
Polisə ifadəsində azyaşlının yaxınları oğlanın qonşuluqda yaşayan şəxs tərəfindən təpiklə vurulduğunu bildirib. Həmin şəxs təpiklə R.Əkbərovun qarnına zərbələr endirib. Azyaşlının daxili orqanları zədələnib.
Fakt üzrə araşdırmalar davam etdirilir.