AZƏRBAYCANDA 1 GÜNDƏ 3 NƏFƏR ÖZÜNÜ ASIB
Tarix: 23-10-2012, 10:17 |
Çap et
ONLARIN ARASINDA AZYAŞLI DA VAR
Bir gündə 3 intihar hadisəsi olub.
Rayon prokurorluqlarından Trend-ə verilən məlumata görə, Bakının Nizami rayonunda Keşlə qəsəbəsi, Maarif küçəsi, ev 9-da yaşayan 1996-cı il təvəllüdlü Nigar Hacıyeva özünü yaşadığı evdə asıb.
Yasamal rayonu, 8-ci keçid, 28 saylı mənzildə yaşayan 1964-ci təvəllüdlü Elşad Mirzəyev yaşadığı mənzildə özünü asıb.
Biləsuvar şəhəri, Nizami küçəsi, ev 22-də yaşayan 1978-ci il təvəllüdlü Aynurə İmanova isə yaşadığı evin həyətində özünü asaraq intihar edib.
Hər 3 faktla bağlı rayon prokurorluqlarında cinayət işi başlanıb.