“Qızımla eyni balı toplayıb, amma işə onu götürüblər” .....                     Nigar Fərhad sərbəst buraxıldı .....                     Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, .....                     Gəncədə oğul anasını QƏTLƏ YETİRDİ .....                     Bakıda 25 milyonluq obyekti 16 milyona hərraca çıxarıblar .....                     "Həkimlər deyir özünü qorumalısan" .....                     “Azəriqaz”ın işçisini döyən şəxsə elektron qolbaq taxıldı .....                     Rus bölmələrində oxuyan şagirdlər üçün .....                     Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın .....                     Rusiya Köçəryanı yenidən hakimiyyətə gətirə bilməyəcək .....                     Putinin kriminal avtoritet dostu həbsdən buraxıldı .....                     Dronlara görə Azərbaycana uçuşlar yenə təxirə salındı .....                     Deputatlığa namizəd olan müəllim faciəli şəkildə öldü .....                     Rusiyalı fərarilər Azərbaycana sığınsa... .....                     Şəhərin mərkəzində dayanacağı söküb sərnişinləri təhlükəyə atdılar .....                     Sabiq deputat tələbə oldu .....                     “Qurban Qurbanovu gözdən salanlar səhv yol tuturlar, qısqanclıq edirlər” .....                     Quru sərhədlərin açılması ilə bağlı yeni siqnal? .....                     Son 6 ildə dünyanın ən böyük şirkətləri necə dəyişib? .....                     “Tofiq Zülfüqarovun cavabı məni heyrətləndirdi” .....                     "Dövlət əmlakını taladım" .....                     Rusiya həqiqətən NATO-ya hücum edə bilər .....                     Ermənistan Avrasiya İqtisadi İttifaqının hesabına inkişaf edib .....                     Azərkosmos-un ixracı gəlirləri düşüb .....                     Röya Ayxanın sərvəti nə qədərdir? .....                     Kəngərlidə SU ÇİLƏSİ... .....                     Nigar Fərhadın ərini DTX həbs edibmiş .....                     Norveç Kralı vəfat edib .....                     200 milyard dollar böyük rəqəmdir: Hesabatı verilməlidir .....                     Tehran və Ankara arasında: Məkkə Sazişi Azərbaycan üçün niyə vacibdir? .....                     “Ulduz” filminin 95 yaşlı qəhrəmanı vəfat etdi .....                     Hərracda ucuz avtomobil almaq vədi ilə 7 nəfərin 123 min manatını ələ keçirdi .....                     ETN və MÜTDA-da bu yoxlamalar aparılsın .....                     Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır .....                     Kor-koranə yoxlama: absurd teatr .....                     Deyirlər ki, Ermənistana 2 milyard dollar borcluyuq .....                     Nigar Fərhadın anası axtarışa verilib? .....                     Tərcüməçinin MÜƏMMALI ÖLÜMÜ... .....                     Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başlayıb .....                     " Müstəqil ölkələrin varlığı bu şovinistləri narahat edir..." .....                 

Məktəbdə dərnək adına büdcə soyğunçuluğu... - Direktor ailəsi ilə “pul dərnəyi” qurub
Tarix: 19-07-2025, 12:37 | Çap et

"DoğruXeber.az" olaraq Qusar rayonunun Piral kənd tam orta məktəbində baş verən, artıq “ailə idarəçiliyinə” çevrilmiş özbaşınalıqların daha bir epizodunu təqdim edirik. Hər oxunuşda inamsızlıq doğuran bu vəziyyət, əslində, illərlə oturuşmuş korrupsiya modelinin məktəb binasında çiçəklənmiş formasından başqa bir şey deyil.

İlk baxışdan elə bilərsən ki, bu məktəbdə dərs cədvəlini Təhsil Nazirliyi yox, Kənd Təsərrüfatı Nazirliyi qoyun sürüsünün gündəlik otarılma vaxtına görə tərtib edib. Elə bil dərslərin deyil, yovşan otlarının vaxtı dəyişib. Belə ki, tədris prosesi qaydalara tamamilə zidd şəkildə qurulub. Dərslərarası tənəffüslərin 10 dəqiqədən az olmaması tələbi açıq şəkildə pozulub. Real vəziyyətdə isə yalnız bir (!) böyük tənəffüs var – o da 10 dəqiqə. Qalanları isə cəmi 5 dəqiqəlik formal pauzalar. Halbuki həmin böyük tənəffüs də qaydalara görə ən azı 15 dəqiqə olmalı idi. Amma niyə uzatsınlar ki? Məgər dərsin tez qurtarması, qoyunlara nəzarət etmək üçün Qusar şəhərindən Piral kəndinə gələn məktəb direktoru Ağamət Ağamətov üçün daha vacib deyil?

"DoğruXeber.az" olaraq bildiririk ki, məktəbin direktoru işə gəlib-getməklə kifayətlənməyib, öz həyat yoldaşı Akina Ağamətovanı da bu sistemin "fəal iştirakçısı"na çevirib. Belə ki, xanım Ağamətova 2024-2025-ci tədris ilinə qədər Piral kənd tam orta məktəbində çalışmaqla yanaşı, 32 km uzaqlıqdakı Mucuq kənd tam orta məktəbində də işləmiş və bu müddətdə Ağamət Ağamətov onu iş saatlarında bir məktəbdən digərinə aparıb-gətirməklə məşğul olub. Təbii ki, bu müddətdə məktəb idarəçiliyi "avtopilot" rejimə keçirilib. Ailə bir yerdə işləyirsə, niyə məktəb də ailəyə işləməsin? Axı “ailə büdcəsi” üçün dövlət büdcəsi hər zaman açıqdır.

İndi isə gəlin məktəbdə dərsdənkənar məşğələlərin necə "icra" olunmasına nəzər salaq. Qaydalara görə, əsas dərslərlə dərsdənkənar məşğələlər arasında ən azı 45 dəqiqə fasilə olmalıdır. Amma Piral kənd məktəbində bu müddət sıfıra bərabərdir. Çünki bu məşğələlər sadəcə növbəti dərs saatı kimi qeyd edilir. Məsələn, 9-cu sinifdə riyaziyyatdan dərsdənkənar məşğələ həftənin Cümə günü – 6 dərsdən sonra 7-ci saat kimi salınıb. Görəsən, həftənin son günündə 7-ci dərs saatında uşaq hansı zehni enerjiylə əlavə riyaziyyat dərsini mənimsəyə bilər? Yoxsa bu məşğələlər sadəcə jurnal üçün yazılır?

Əlbəttə ki, yazılır. Jurnal var, məşğələ yox. Amma maaş var. Çünki dərsdənkənar məşğələ jurnallarında şagird siyahıları yetərincə "seyrəkdir". Halbuki qaydalara əsasən, bu məşğələlərə bütün sinif cəlb olunmalıdır. Lakin məktəbdə qanunlar yox, ailə maraqları işləyir. Əgər jurnal varsa, rəsmi görsənir. Rəsmi görsənirsə, problem yoxdur. Dövlət görmürsə, Ağamət niyə görsün ki?

İndi isə gəlirik maliyyə hoqqabazlıqlarına.

2024-2025-ci tədris ilində məktəbdə təşkil olunan aşağıdakı dərnəklərə 2 saat hesabı ilə ödəniş verildiyi halda, dərnək jurnallarında bu məşğələlər yalnız 1 saat kimi göstərilib. Aydındır ki, bu yolla dövlət büdcəsindən əlavə vəsait "uçuruma" axıdılıb. Yaxud da elə ailəvi təsərrüfata yönləndirilib.

1. “Riyazi məntiq” – rəhbər: Məmmədov Elşən, orta-ixtisas təhsilli ibtidai sinif müəllimi. Riyaziyyatçı deyil, amma “riyazi məntiq” dərnəyi ona tapşırılıb. Məntiq, əlbəttə ki, bir az fərqli işləyir burada.

2. “Cüdo” – rəhbər: Həkimov Şahin, orta-ixtisas təhsilli fiziki tərbiyə müəllimi. Cüdo üzrə diplom yox, amma “sözlə yıxmaq” üzrə mütəxəssis ola bilər.

3. “Gənc kimyaçılar” – rəhbər: Ağamətov Şahvələd, kimya müəllimi və məktəb direktorunun qardaşı (!). Qardaş postundadırsa, “gənc kimyaçılar” yox, “kimyəvi əlaqələr” daha uyğun ad olardı.


"DoğruXeber.az" olaraq soruşuruq: Görəsən, bu dərnək rəhbərlərinə verilən pullar sonradan onlardan “xahiş” şəklində geri alınıbmı? Yoxsa bu, artıq "ailəvi müəssisə" modelinin bir hissəsidir? Direktor Ağamət Ağamətov üçün dərnək seçimi də ailəvi və tanış-bazalı prinsiplərlə həll olunur. Onun qardaşının dərnək rəhbəri olması, həyat yoldaşının iki yerdə işləyərək rəsmi iş saatında bir məktəbdən digərinə daşınması, müəllimlərin peşə profili ilə uyğun gəlməyən dərnəklərə rəhbər təyin edilməsi və sonda bu saxta məşğələlərə görə dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsi – bütün bunlar artıq "gülməli" yox, cinayət xarakterli hallardır.

Burada artıq satira yox, prokurorluq dili işləməlidir.

Elm və Təhsil naziri Emin Əmrullayevin, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyevin bu vəziyyətdən xəbəri yoxdurmu? Əgər yoxdursa – bu artıq ciddi sistem iflasıdır. Əgər varsa – və yenə də susurlarsa, o zaman onların da məsuliyyətini müzakirə etmək vaxtı çoxdan çatıb.

Hər dəfə bütün yazılarımızda təkrar-təkrar verdiyimiz bu sualımız da, Elm və Təhsil Nazirliyinə göndərdiyimiz rəsmi sorğular kimi cavabsız qalır.

Nə desinlər axı?

Bu məktəbdə tədris, idarəçilik və şəffaflıq yox, ailə rahatlığı, vaxtına tez çatmaq və qonorarları düzgün “bölmək” prinsipi əsas götürülür. Təhsil müəssisəsi yox, ailə holdinqi.

Təəssüf ki, hələ bu da son deyil.

"DoğruXeber.az"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Qızımla eyni balı toplayıb, amma işə onu götürüblər” - NARAZILIQ VAR...
Bu gün, 14:33
Nigar Fərhad sərbəst buraxıldı
Bu gün, 14:27
Əli İsa Cabbarov AKİ sədrliyindən namizədliyini geri götürüb, işdən çıxmaqla bağlı ərizə yazıb
Bu gün, 14:25
Gəncədə oğul anasını QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
Bu gün, 13:14
Bakıda 25 milyonluq obyekti 16 milyona hərraca çıxarıblar – Fotolar
Bu gün, 13:08
"Həkimlər deyir özünü qorumalısan" - Əsabəli Mustafayev
Bu gün, 13:05
“Azəriqaz”ın işçisini döyən şəxsə elektron qolbaq taxıldı
Bu gün, 12:53
Rus bölmələrində oxuyan şagirdlər üçün yeni DƏYİŞİKLİK
Bu gün, 12:50
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın - DİQQƏT
Bu gün, 12:45
Rusiya Köçəryanı yenidən hakimiyyətə gətirə bilməyəcək - Tumasyan
Bu gün, 12:39
Putinin kriminal avtoritet dostu həbsdən buraxıldı - "Antikvar" haqqında sensasion qərar
Bu gün, 12:31
Dronlara görə Azərbaycana uçuşlar yenə təxirə salındı - KİV
Bu gün, 12:26
Deputatlığa namizəd olan müəllim faciəli şəkildə öldü - Hadisə yerindən FOTO
Bu gün, 12:22
Rusiyalı fərarilər Azərbaycana sığınsa... – Bakıdan REAKSİYA
Bu gün, 12:21
Şəhərin mərkəzində dayanacağı söküb sərnişinləri təhlükəyə atdılar - BU NƏDİ BELƏ?
Bu gün, 12:14
Sabiq deputat tələbə oldu - DOSYE
Bu gün, 12:06
“Qurban Qurbanovu gözdən salanlar səhv yol tuturlar, qısqanclıq edirlər” - Aqil Abbas
Bu gün, 11:59
Quru sərhədlərin açılması ilə bağlı yeni siqnal? - DSX-dən diqqətçəkən açıqlama
Bu gün, 11:55
Son 6 ildə dünyanın ən böyük şirkətləri necə dəyişib? - SİYAHI
Bu gün, 11:49
“Tofiq Zülfüqarovun cavabı məni heyrətləndirdi” – Sərkisyandan ŞOK
Bu gün, 11:44
"Dövlət əmlakını taladım" - Tural Abbaslı
Bu gün, 11:42
Rusiya həqiqətən NATO-ya hücum edə bilər - “Wall Street Journal”
Bu gün, 11:38
Ermənistan Avrasiya İqtisadi İttifaqının hesabına inkişaf edib - Lavrov
Bu gün, 11:32
Azərkosmos-un ixracı gəlirləri düşüb – Müştəriləri azalıb
Bu gün, 11:30
Röya Ayxanın sərvəti nə qədərdir? - İLGİNC
Bu gün, 11:13
Kəngərlidə SU ÇİLƏSİ... - AXI NİYƏ?..
Bu gün, 11:08
Nigar Fərhadın ərini DTX həbs edibmiş - DETALLAR
Bu gün, 10:52
Norveç Kralı vəfat edib
Bu gün, 10:45
200 milyard dollar böyük rəqəmdir: Hesabatı verilməlidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:44
Tehran və Ankara arasında: Məkkə Sazişi Azərbaycan üçün niyə vacibdir? - İNCƏLƏMƏ
Bu gün, 10:38
“Ulduz” filminin 95 yaşlı qəhrəmanı vəfat etdi - görün hansı məşhurun nənəsi imiş
Bu gün, 10:36
Hərracda ucuz avtomobil almaq vədi ilə 7 nəfərin 123 min manatını ələ keçirdi – İTTİHAM AKTI
Bu gün, 10:33
ETN və MÜTDA-da bu yoxlamalar aparılsın – TƏKLİF
Bu gün, 10:30
Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır - DİQQƏT
Bu gün, 10:23
Kor-koranə yoxlama: absurd teatr - Niyə ət yalnız emal edildikdən sonra yoxlanılır?
Bu gün, 10:21
Deyirlər ki, Ermənistana 2 milyard dollar borcluyuq - Lavrov
Bu gün, 10:17
Nigar Fərhadın anası axtarışa verilib? - TƏFƏRRÜAT
Bu gün, 10:08
Tərcüməçinin MÜƏMMALI ÖLÜMÜ... - Ailəsi istəyir ki...
Bu gün, 10:02
Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başlayıb - DİQQƏT
Bu gün, 09:57
" Müstəqil ölkələrin varlığı bu şovinistləri narahat edir..." - deputat
Bu gün, 08:45
ABŞ MKİ şefinin Rusiya səfərində Kremli hədələyib? - GƏLİŞMƏ
Bu gün, 08:41
Başınızı qaldırıb, bir az da camaatı dinləyin... - NARAZILIQ VAR...
Bu gün, 08:37
Bakıda 11 saylı “zon”da kütləvi dava: “Yeraz Camal”ı ölümcül döydülər - TƏFƏRRÜAT
Bu gün, 08:20
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət –MƏTN + FOTOFAKT
Bu gün, 08:14
Rusiya Baltikyanı ölkəsinə hücum edə bilərmi? - ŞƏRH
Bu gün, 08:08
46 il öncə Zeynəb Xanlarova ilə bağlı Özbəkistanda nə baş verib? – Tarixi video
Bu gün, 08:07
Dillər Universitetində nələr baş verir? - keçmiş dosentdən ölkə Prezidentinə müraciət
Bu gün, 08:04
“Bizə erməni dilini bilən diplomatlar lazım olacaq” - deputat
Bu gün, 07:42
“Pulunu ödədiyim internet paketindən niyə istifadə edə bilmirəm?” – “Azercell”dən DAHA BİR şikayət
Bu gün, 07:39
Mingəçevirdə MilliÖN problemi - Rəqəmsal ödəniş dövründə niyə insanlar hələ də növbədə dayanmalıdır?
Bu gün, 07:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru