“Messini yarışda saxlamaq istəyirlər...” .....                     SOCAR-da iş və mənzil vədi ilə həmcinsindən 21 min manat alan qadınla bağlı .....                     Tora salınmış iş adamı Nazim Tahirovla bağlı ELƏ FAKTLARI AÇIQLADI Kİ... .....                     Musiqi kollecinə direktor müavini təyin etdirmək adı ilə dələduzluq etdi .....                     Pensiya kapitalı birdəfəyə şəxsə verilə bilər: BU ŞƏRTLƏRLƏ .....                     “Sabah” Azərbaycanın UEFA reytinqinə xal qazandırdı .....                     Məhkəmə 200 min manatlıq dələduzluq edən müəllimlə bağlı .....                     Azərbaycanın pambıq şirkətinin Müşahidə Şurasının üzvləri seçiləcək .....                     Rusiyanın əsas hədəfi müxalifəti Ermənistan parlamentinə daşımaq idi .....                     Rusiya elitası birinci sinif şagirdlərinə qarşı: .....                     İranda Paşinyana sensasion Zəngəzur xəbərdarlığı .....                     Küçədə tanımadığı şəxsi bıçaqlayan qazi məhkəmə zalında həbs edildi .....                     Rusiya gecə ərzində 400-dən çox Ukayna PUA-sını məhv edib .....                     "Zirə" bu gün "Torpedo" ilə üz-üzə gələcək .....                     Rusiyadakı azərbaycanlılara “çamadan xəbərdarlığı” .....                     Gədəbəydə dəhşətli qətlin təfərrüatı: "Al, bu da sənə qızıllar" deyərək damdan aşağı atıbmış .....                     Nazirliklərdə yeni müavin postlarının pərdəarxası .....                     SEPAH ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdiyini açıqlayıb .....                     Naxçıvan TV-yə NİYƏ PUL AYRILIR Kİ? .....                     "Bu ağılla Sərdar Cəlaloğlu gərək söyləyəydi ki, öncə Qərbə bağlı olub, sonra Rusiyaya yönəlib" .....                     ADPU-nun filial direktoru Passivləşdirdiyi vergi statusunu yenidən aktiv etdi .....                     İranın Keşm və Xark adalarında partlayışlar baş verib .....                     Messi dahidir... .....                     Ermənistanın Azərbaycanla sərhəddə sülhə risk yaradan təlimi .....                     "Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sadə işçiyə hansı real faydanı verir?" .....                     Azərbaycanda ət qadağası: Qiyməti bahalaşdıracaq .....                     İran ABŞ-nin Hörmüz boğazının idarəçiliyinə müdaxilə etməsinə icazə verməyəcək .....                     "MESTONATMIKS GROUP" MMC-nin dövlətə yarım milyon manata yaxın vergi borcu yaranıb .....                     Paşinyan Bakının tələbini bu yolla reallaşdıracaq .....                     Dünyada qara kürü ilə məşğul olub, ziyanla işləyən şirkət ola bilərmi?! .....                     "Sabah"dan sabah üçün YAXŞI ZƏMİN... .....                     Ərdoğan Türkiyəni HARA GÖTÜRÜR... .....                     Üzlərində daş ifadə, eyni geyim... Türkmənistanı xatırlatdı! .....                     Axı İslam dininin mahiyyəti onların şəxsi istəklərindən ibarət deyil... .....                     Şəhid qardaşından AZERCELL-ə SƏRT ETİRAZ .....                     Rəşad Dağlı və zülm çəkən qadın arasındakı ayrı-seçkilik... .....                     Binəqədidə maklerlər “at oynadır”... .....                     Azərbaycanda TORPAQ DAVASI... .....                     SOCAR Kulevi Neft Terminalından nə qədər qazanır? .....                     Ermənistanda küçə mübarizəsi mütləq olacaq .....                 

“BÜDCƏ TİKİNTİ-TƏMİR XƏRCLƏRİ ALTINDA MƏNİMSƏNİLİR”
Tarix: 9-10-2012, 12:36 | Çap et
“BÜDCƏ TİKİNTİ-TƏMİR XƏRCLƏRİ ALTINDA MƏNİMSƏNİLİR”
AXCP-DƏN DİNDAR KƏSİMƏ İSMARIC

Azərbaycan Xalq Cəbhəsi sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlının “Qafqazinfo”ya müsahibəsi

- Oktyabr 5-də Təhsil Nazirliyi qarşısında keçirilmiş razılaşdırılmamış aksiyadan xəbəriniz var. Sizin də bu mövzu ilə bağlı münasibətinizi bilmək istərdik...
- Həmin aksiya bundan əvvəl keçirilən aksiyalar kimi dağıdıldı. Ancaq bu dəfə aksiya iştirakçılarına qarşı daha kəskin qəddarlıq nümayiş olundu. Bu aksiyanın dağıdılma səbəbi heç də onun dindarlar tərəfindən keçirilməsi və dini tələblərlə bağlı olması ilə bağlı deyil. Bu gün azad seçki, media azadlığı, insan haqlarının qorunması tələbi ilə keçrilən aksiyalar da bir qayda olaraq polislər tərəfindən dağıdılır. Baş verənlər onu göstərir ki, ölkədə hər kəsin hüquqları pozulur. Təhsil Nazirliyi qarşısındakı zorakılıq ölkədə sərbəst toplaşmaq azadlığının boğulmasının növbəti təzahürü idi. Hakimiyyətin zorakı yolla insanların sərbəst toplaşmaq hüquqlarını məhdudlaşdırması cəmiyyətdə artıq əks reaksiya doğurur. Bu hadisə bir daha onu göstərdi ki, cəmiyyətin dözüm limiti getdikcə tükənməkdədir. Demək artıq proseslər elə bir məcraya yönəlir ki, iqtidarın qanunsuz qadağaları cəmiyyətdə daha sükutla qəbul olunmur. Məncə, hakimiyyət özü üçün bundan nəticələr çıxarmalıdır. Biz Azərbaycan iqtidarını insanların qanuni haqlarını təmin etməyə çağırırıq. Eyni zamanda dindarlar da görməlidirlər ki, Azərbaycanda demokratiya təmin olunmayınca nə dindarların, nə də digər kəsimlərin öz haqların, tələblərini səsləndirmək imkanları olmayacaq. Ona görə də dindar kəsim bundan sonrakı mərhələdə özlərini demokratik qüvvələrdən ayırmamalı, fəaliyyətlərini yalnız dini tələblərlə məhdudlaşdırmamalıdırlar. Onlar da ölkənin demokratikləşməsində iştirak etməlidirlər ki, gələckdə azad şəraidə öz tələblərini açıq şəkildə ifadə edə bilsinlər. Əgər bu mümkün olmayacaqsa, demokratik qüvvələrdən özlərini ayıracaqlarsa, o zaman digər kəsimlər kimi onların da hüquqları həmişə pozulacaq.

- Siz hakimiyyətə gəlsəniz hicaba icazə verəcəksiniz?
- Bu məsələ Avropa ölkələrində necə həll olunursa Azərbaycan cəmiyyətində də o şəkildə həll olunmalıdır. Əgər bir xanımın açıq-saçıq geyinməsinə dövlət səviyyəsində müdaxilə olunmursa, örtünməsinə də qadağalar olmamalıdır. Bu məsələdə seçim insanların öz öhdəsinə buraxılmalıdır. Hicab qadağasının tətbiq olunması müəyyən insanları həm də təhsil almaq haqqından mərhum etmək deməkdir. Bu isə yolverilməzdir.

- Deyilir ki, Hicab cahilliyi artıracaq...
- Bizim 2 aprel məhbusların məhkəməsində polislərin mütləq əksəriyyəti onların adına yazılmış ifadələri oxuya bilmədilər. Təhsil sistemimiz göz önündədir. Repetitorların yanına getmədən uşaqlar ali məktəbə qəbul ola bimirlər. Hər il TQDK-nın açıqladığı rəsmi rəqəmlər ölkədə təhsilin tənəzül etdiyini, cahilliyin artdığını göstərir. Bunun səbəbi hicabdırmı, yox yarıtmaz siyasət, avtoritarizmdir. Türkiyədə hicaba qadağa götrülüb, bu ölkədə hansısa problem yartdımı, əsla yox. Əgər bir uşaq örtünüb dərsini oxuyarsa bu necə cahil ola bilər. Biz təhsili keyfiyyətli keçə bilmiriksə, bunun başı açıq və ya örtülü olmasından asıl olmayaraq onsuz da o uşaq cahil olacaq. Libas qafanın içindəkini müəyyənləşdirmir. Hicab geyinib geyinməmək insanların öz seçim haqqı olmalıdır.

- Oktyabrın 13-də İctimai Palata mitinq planlaşdırıb. Bakı Şəhər İcra Hakimiyyəti yürüşə icazə verməsə, mitinq təxirə salına bilər?
- Bu mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacaq. Müraciətə cavab veriləndən sonra yəqin ki, ona uyğun qərar veriləcək. Ümumiyyətlə, Gülər Əhmədovanın məlum videosundan sonra saxta parlamentin buraxılması məsələsi yenidən aktuallaşdı və mitinq keçirməkdə də əsas məqsədimiz elə saxta parlamentin buraxılması tələbidir. Eyni zamanda Azərbaycan cəmiyyətində bununla bağlı sosial sifariş hiss olunmaqdadır. Sosial şəbəkələrdə gedən müzakirələrdə bu açıq şəkildə hiss olunur. Məlum məsələlərlə bağlı etiraz aksiyaları gündəmə gəldi və keçirilməlidir. Bu elə bir məsələdir ki, əyani surətdə təsdiq edir ki, parlamentdə yerlər satılır, hər şey rüşvət yolu ilə həll olunur. Bu gün Azərbaycanın qanunverici orqanının legitimliyi yoxdur, çünki o korrupsiya yolu ilə formalaşıb. Düşünürəm ki, saxta parlamentin buraxılması təkcə müxalifətin deyil, Azərbaycan cəmiyyətinin də tələbi olmalıdır.

- Siz “Gülər Əhmədovanın rüşvət videosu” yayılan vaxt belə bir fikir irəli sürmüşdünüz ki, “Görəsən iqtidar buna nə don geyindirəcək?”. İqtidarın bu məsələyə münasibəti sizi qane etdi?
- Bu proses baş verəndə hakimiyyət ilk günlər nə deyəcəyini bilmədi. Daha sonra bunun cəmiyyətdə çox böyük ictimai rezonans yaratdığını, korrupsiya faktının əyani şəkildə təsdiqləndiyini görərək məsələnin siyasi və hüquqi məsuliyyətin yalnız Gülər Əhmədovanın üzərinə qoymağa çalışdılar. Sanki bu Gülər Əhmədovanın fərdi dələduzluq hadisəsi imiş. Məlumdur ki, Gülər Əhmədova burada vasitəçi kimi çıxış edib, çünki mandatı vermək səlahiyyəti ona aid deyil. Gülər Əhmədova ölkədə parlament seçkilərində yerlərin bölünməsini, kimlərin parlamentə təqdim olunacağını həll etmir. Bu məsələ daha yüksək səviyyədə həll olunur. Bu gün Gülər Əhmədova ortadan götürülürsə və sistem eyni qalırsa o zaman həmin funksiyanı başqaları da yerinə yetirə bilər. Burada məsələ siyasi rejimin mahiyyəti ilə bağlıdır. Video süjetdə də görünür ki, ölkə rəhbərliyində olaanların hər birinin öz siyahısı var. Bu baxımdan hakimiyyət çalışdı ki, bu məsələni Gülər Əhmədova ilə məhdudlaşdırsın və dələduzluq maddəsi ilə cinayət işi qaldırmaqla da hadisəni lokallaşdırmaq istədi. Amma burada siyasi korrupsiya ilə bağlı cinayət işi qaldırılmalı, təkcə Gülər Əhmədova deyil bütövlükdə bu işlə əlaqəli olan şəxslər məsuliyyətə cəlb olunmalıdır. Ancaq göründüyü kimi, bütün məsuliyyəti bir nəfərin üzərinə atıb seçki korrupsiyasını gizlətməyə çalışırlar. Onlar başa düşdülər ki, bu böyük biabırçılıqdır. Ona görə də çalışırlar məsələni lokallaşdırsınlar.

- Demokratik Qüvvələrin Məşvərət Məclisi sizə əməkdaşlıq üçün müraciət edib və hələ də cavabsız qalıblar. Bu müraciətə niyə hələ də cavab verməmisiniz?
- İctimai Palata olaraq biz özümüz bir əməkdaşlıq mexanizmiyik. İP müxtəlif siyasi qüvvələrin, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələrinin əməkdaşlıq mexanizmi kimi fəaliyyət göstərir. Biz bəyan etmişik ki, ölkədəki demokratik dəyişikliklərə nail olmaq məqsədilə daha geniş şəkildə birləşməkdə maraqlıyıq. İctimai Palata hələ ötən ilin yazından açıq qapı siyasəti elan edib. Bizim məqsədlərimizi paylaşan şəxslər, partiyalar quruma daxil ola bilərlər. Məşvərət Məclisində təmsil olunan bir çox partiyaların üzvləri fərdi qaydadada İP-in üzvləridir və onlarla birgə fəaliyyətimiz var. Ümumiyyətlə, bu əməkdaşlığın prespektivi ilə bağlı onu demək istəyirəm ki, biz təkcə Məşvərət Məclisi ilə deyil, bütövlükdə daha geniş kəsimin bir araya gəlməsi istiqamətində işlər aparırıq. Bu günlərdə Ziyalılar Forumu ilə birgə İctimai Palatanın “Ümumrespublika Demokratik Müşavirəsi” keçirilməsi nəzərdə tutulur. Müşavirədə özünü müxalifət mövqeyində sayan, seçki saxtakarlıqlarına etiraz edən spektrın təmsil olunması nəzərdə tutulur. O cümlədən, Məşvərət Məclisində təmsil olunan bir çox qüvvələrin də həmin o forumda iştirakı gözlənilir və foruma dəvət olunacaqlar. Bu Forumdan sonra İctimai Palat formatındanda da geniş, kordinasiya olunmuş fəaliyyət mexanizmi qurulmasını planlaşdırırıq və hesab edirəm ki, bu çərçivədə arzulanan bütün əməkdaşlıq istəkləri öz gerçəkliyini tapacaq.

- Bu gün Gürcüstanda baş verən proseslər fonunda sual yaranır ki, 20 ildir Azərbaycan müxalifəti niyə qalib gəlmir?
- Gürcüstanda keçirilən seçkilər demokratik seçkilərdir. Haqqında danışdığımız Gülər Əhmədovanın məlum videosu da sübut etdi ki, Azərbaycanda seçkilər total şəkildə saxtalaşdırılır və parlamentdə yerlər satılır. Azərbaycanda müxalifət hakimiyyət tərəfindən parlamentə buraxılmır. Bu gün ölkəmizdə müxalifətin parlament təmsilçiliyinin olmamasının səbəbi, müxalifətin uğurlu seçki kampaniyası apara bilməməsi, cəmiyyətin müxalifətə hər hansı bir dəstək ifadə etməməsi ilə bağlı olan məsələ deyil. Biz müxalifət olaraq seçkilərin böyük əksəriyyətində qalib gəlmişik və bizim qalib gəldiyimizi sənədlərlə də təsdiq olunur. Müxalifətin seçkidə cəmiyyətinin əksəriyyətinin səsini alacağını bildiyi üçün hakimiyyət seçkini saxtalaşdırır. Biz seçki saxtakarlıqları üzərində qurulmuş zorakı bir iqtidarla qarş-qarşıyayıq. Lakin Gürcüstanda demokratik hakimiyyət var və iqtidarda olmasına baxmayaraq Sakaşvili müxalifətin qələbəsini əngəlləyəcək hər hansı qanundan kənar üsullara əl atmadı və normal seçki şəraitində müxalifət qalib gəldi.

- Müxalifətin qalib gəlməməsində günah təkcə hakimiyyətdədir?
- Seçkilərin saxtalaşdırılmasının birbaşa siyasi və hüquqi məsuliyyəti Azərbaycan hakimiyyətindədir. Belə görünür ki, hakimiyyətin bu saxtalaşdırılmadan imtina etmək niyyəti də yoxdur. Belə şəraitlərdə vəziyyətlə təkcə müxalifət mübarizəsi ilə dəyişə bilməz. Siyasətçilərin məsuliyyəti ilə yanaşı cəmiyyətin də məsuliyyəti diqqətdən kənar qalmamlıdır. Məncə hazırkı vəziyyətə görə əsas məsuliyyəti cəmiyyətimiz daşıyır. Çünki siyasi müxalifət hər zaman demokratik dəyişikliklər uğrunda fəal mübarizə aparıb. Ancaq təəssüf ki, Azərbaycan cəmiyyətinin yetəri qədər siyasi aktiv olmaması, vətəndaşların demokratik dəyişikliklərlə bağlı məsuliyyət hiss etməməsi, bu məsuliyyətin yalnız müxalifətə aid olduğunu və dəyişiklikləri müxalifətin həyata keçirməli olduğu fikrində olması hakimiyyət üzərində ictimai təzyiq yarada bilmir. Hakimiyyət də cəmiyyətin təzyiqini üzərində hiss etmədiyinə, yalnız müxlifətin tələbləri ilə üzləşdiyinə görə, demokratik seçki tələblərini nəzərə almır. Bu günkü durumun məsuliyyəti mən hesab edirəm ki, siyasi müxalifətdən daha çox Azərbaycan cəmiyyətinin üzərinə düşür. Müxalifət bu gün bütün repressiyalara sinə gərir, bizim bu gün həbsxana görməyən fəalımız yoxdur. Hər cür təzyiq və məhrumiyyətlərə məruz qalırıq, ən çətin şərtlərdə belə əlimizdən gələni edirik. Burada çatmayan detal Azərbaycan cəmiyyətinin aktiv olub siyasi proseslərdə rol almamasıdır. Artıq Azərbaycan cəmiyyəti də reallığı görür, dəyişikliklərin olmaması insanları narahat edir və cəmiyyət artıq dərk edir ki, bu təkcə müxalifətin gücünə həll olunası məsələ deyil. Nə zaman ki, cəmiyyət özündə qərar tapıb meydana çıxacaq o zaman da hesab edirəm ki, bu dəyişiklikləri gerçəkləşdirmək mümkün olacaq.

- Cəmiyyət bəlkə daha müxalifətə inanmır...
- Bu ilk baxışda mübahisə yarada bilər, ancaq reallıqda burada mübahisəyə yer yoxdur. Seçkilərdə məhz müxalifət namizədləri cəmiyyətin səsini qazanır. Məncə, problem inam məsələsində deyil. Azərbaycan cəmiyyətində yalnış bir təsəvvür formalaşıb ki, bu işləri məhz müxalifət görməlidir. Digər tərəfdən insanlarda qorxu, ehtiyatkarlıq var. Ancaq zaman keçdikcə insanlar anlayırlar ki, qorxmaqla öz təhlükəsiziliklərini təmin etmək mümkün deyil. Baxın bu gün minlərlə adamın mülkiyyəti əlindən alınır,dövlət məmurlarının özbaşınalığından əziyyət çəkirlər. Halbuki, bu haqqı tapdananlar heç vaxt siyasətə qarşımayıblar. Demək qorxu heç də rejimin təzyiqlərindən qorunmağa kömək etmir. Hər kəs bu vəziyyətdən öz nəsibini gec ya tez alır.

- Prezidentliyə namizədliyin müəyyənləşməməsində hiss olunur ki, bəzi məsələlər qapalı həll olunur. Siz hələ də namizədinizi seçməmisiniz?
- Siyasətdə qərarlar zaman və şərtlərə uyğun qəbul olunur. Çünki ölkədə demokratik seçki mühiti yaranmayıbsa, bir neçə namizəd və yaxud vahid namizədlə seçkidə iştirak etsə də seçki saxtalaşdırılacaqsa, nəticə dəyişməyəcək. Buna görə də namizəd məsələsindən öncə həll olunacaq əsas məsələ məhz demokratik seçki mühitinin yaradılmasıdır. Ancaq vahid namizəd məsələsi indidən gündəmə gələrsə təbiiki burada rəqabət elementləri olacaq. Müxtəlif siyasi qüvvələrin təmsilçiləri çalışacaqlar ki, onların liderlərinin öncüllüyü təmin edilsin. Bu halda əsas diqqət seçki prosesinin demokratikliyini təmin etməkdən daha çox namizəd məsələsinə yönələcək. Seçkiqabağı mühitin demokratikləşdirilməsi fikri isə butün demok düşərgənin maraqlarına uyğun olduğu üçün bizim üçün birləşdirici motivdir. Bu məqsədə nail olduqdan sonra zamanı gələndə vahid namizədi problemini də həll etmək olar.

- İsa Qəmbər namizəd olacağını açıqlayanda həmkarlarınızdan fərqli olaraq siz bir qədər sərt təpki vermişdiniz, hələ də o mövqedəsiniz?
- Həmin vaxt elə təəsürat yarandı ki, söhbət İP-nın vahid namizədindən gedir və İsa bəy də bu məsələyə aydınlıq gətirdi. O bildirdi ki, İP-n namizədi kimi deyil, Müsavat partiyasının namizədi kimi öz namizəd olacağını nəzərdə tutur. İctimai Palatanın vahid namizədi sonrakı mərhələdə razılaşdırılacaq. Burada hər hansı bir qarşıdurmadan, narazılıq elementlərindən söhbət gedə bilməz.

- Bəlli məsələdir ki, prezidentliyə ya İsa Qəmbər, ya da Əli Kərimli namizəd olacaq. İkisi də seçkidə namizəd ola bilməz axı...
- İctimai Palatada həm Əli Kərimlinin, həm də İsa Qəmbərin iştirakı ilə qəbul olunmuş memorandumda üçüncu variantın mümkünlüyü də nəzərədə tutulmuşdur. O baxımdan biz bu məslənin indidən şəxslər üzərində aparılmasının əleyhinəyik. Zamanı gələndə ən uyğun şəkildə bu məsələ öz həllini tapacaq.

- Deyək ki, demokratik seçki mühitinə nail ola bilmədimniz. O halda nə olacaq?
- Bu ən pis variant hesab olunur. Yenə də artıq seçki kampaniyasının başlanması ərəfəsində o şərtlərə uyğun vahid namizəd məsələsini həl edə bilərik. Cəmiyyət də biləcək ki, bu rejimə alternativ namizədi kimdir. Azərbaycan cəmiyyətinin müxalifətin vahid namizədinin kimliyini indi və ya gələn ilin yazında bilməsi heç nəyi dəyişmir. Əsas məslə odur ki, namizədin kimliyi deyil, seçkilərin demokratikliyi və insanların mübarizliyi mədəyişiklikləri gerçəkləşdirə bilər.

- Onsuz da dəyərləndirmələr onu göstərir ki, hər şey pisə doğru gedir. Bu vəziyyət dəyişməsə baykot variantı var?
- Boykot variantının indidən gündəmə gətirməyin əleyhinəyik, çünki bu passivliyi yaradan mövqedir. Biz bütün hallarda daha çox ona indeksləşmişik ki, seçkiyə qatılaq, mübarizə aparaq və qalib gələk. Əgər sizin o dediyiniz pessimist variantlar olarsa müxalifət qazanılan səslərin qorunması uğrunda Azərbaycan cəmiyyətinə müraciət edərək kütləvi, fəal mübarizəyə başlayacaq. Həmçinin beynəlxalq birliyə də müraciət olunması nəzərdə tutulur ki, saxta seçkinin nəticələrini tanınmasın. Bu artıq qüvvələr nisbəti ilə həll olunası məsələyə çevrilir. Bu zaman xalq meydanlarda olacaqsa bütün hallrda dəyişikliklər olacaq.

- Sizcə iqtidarın müsbət cəhəti yoxdurmu?
- Azərbaycan hakimiyyəti elə bir siyasət aparıb ki, onun hər hansı müsbət cəhəti yox, bu gün yaratdığı problemlər cəımiyyətdə müzakirə olunur. Təəssüf ki, biz müxalifət olaraq Azərbaycan hakimiyyətinin yaratdığı problemlərin ağrısından danışmağa məcburuq, bu bizə də xoş deyil. Bu problemlərin ağrısını hamımız yaşayırıq. Bu gün ölkdə seçki saxtakarlığı, məmur özbaşınalığı, korrupsiya baş alıb gedir, media sahəsində çox ciddi problemlər var. Əgər müsbət cəhətlər olmuş olsa idi o zamn YAP nümayəndələri daha niyə yalan danışmağa məcbur olurdular ki, doğru danışa bilmədiklərinə görədir ki, bu gün iqtidarın TV-lərinə, təmsilçilərinə kimsə qulaq asmaq istəmir.

- Axı müsbət hallar da var....
- Bəli fasadlar rənglənir, binaların daşla üzlənməsi aparılır, körpü tikintiləri həyata keçirilir. Ancaq dəfələrlə mətbuatda bildirilir ki, bütün bu aparılan tikililərin arxasında böyük korrupsiya faktları durur. Bu tikintilər quruculuq niyyətindən daha çox büdcə vəsaitlərinin çapılıb talanması mexanizmi kimi fəaliyyət göstərir. Bu gün sənaye ehtiyaclarının 95 faizindən çoxunu xaricdən gətiririk. Biz hələ də yerli istehsalı qura bilməmişik. Bu gün ölkənin büdcəsi hansısa tikinti təmir xərcləri altında mənimsənilir. Biz zahirən rənglənmiş fasada baxıb münasibət bildirməyin yox, arxasında duran gerçəkliyə nəzərə almağın tərəfdarıyıq. O mənzilin içərisində yaşayan ailə minimum istehlak ehtiyaclarını ödəmək imkanında deyilsə o ailənin problemlərini görməzdən gələ bilmərik. Əgər bu dövlət bu gün dünyada korrupsiyaya, insan haqlarının tapdanmasına və digər demokratik dəyərlərin boğulmasına görə, qeyri-azad ölkələr sırasındadırsa və əgər insanlar üçün dövlət onların arxası, söykənəcək yox, onlara zülm edən, onların haqqını boğan bir mexanizmə çevrilibsə o halda arxasında külli miqdarda korrupsiya elementləri olan tikililərə baxıb qürur hissi keçirmək yalnışdır. Dövləti elə bir hala salıblar ki, biz istənilən atılmış addımların, görülmüş işlərin arxasında korrupsiya elementlərini görürük.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Messini yarışda saxlamaq istəyirlər...” – Misirin məşqçisi FIFA-ya od yağdırdı
Bu gün, 10:29
SOCAR-da iş və mənzil vədi ilə həmcinsindən 21 min manat alan qadınla bağlı QƏRAR
Bu gün, 10:28
Tora salınmış iş adamı Nazim Tahirovla bağlı ELƏ FAKTLARI AÇIQLADI Kİ... - "...ölümlə hədələyirdilər"
Bu gün, 10:16
Musiqi kollecinə direktor müavini təyin etdirmək adı ilə dələduzluq etdi – HƏBS
Bu gün, 09:37
Pensiya kapitalı birdəfəyə şəxsə verilə bilər: BU ŞƏRTLƏRLƏ - Ekspert deyir ki...
Bu gün, 09:35
“Sabah” Azərbaycanın UEFA reytinqinə xal qazandırdı
Bu gün, 09:34
Məhkəmə 200 min manatlıq dələduzluq edən müəllimlə bağlı QƏRAR ÇIXARDI
Bu gün, 09:32
Azərbaycanın pambıq şirkətinin Müşahidə Şurasının üzvləri seçiləcək
Bu gün, 09:30
Rusiyanın əsas hədəfi müxalifəti Ermənistan parlamentinə daşımaq idi - Ermənişünas alim
Bu gün, 09:29
Rusiya elitası birinci sinif şagirdlərinə qarşı: - “günah” yenə miqrantlardadır?
Bu gün, 09:24
İranda Paşinyana sensasion Zəngəzur xəbərdarlığı - Pezeşkianın hədəfi Bakı olub?
Bu gün, 09:20
Küçədə tanımadığı şəxsi bıçaqlayan qazi məhkəmə zalında həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:16
Rusiya gecə ərzində 400-dən çox Ukayna PUA-sını məhv edib
Bu gün, 09:13
"Zirə" bu gün "Torpedo" ilə üz-üzə gələcək - UEFA Konfrans Liqası
Bu gün, 09:12
Rusiyadakı azərbaycanlılara “çamadan xəbərdarlığı” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 09:09
Gədəbəydə dəhşətli qətlin təfərrüatı: "Al, bu da sənə qızıllar" deyərək damdan aşağı atıbmış – AĞIR CƏZA
Bu gün, 09:08
Nazirliklərdə yeni müavin postlarının pərdəarxası - AKTUAL
Bu gün, 09:07
SEPAH ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdiyini açıqlayıb - "Tasnim"
Bu gün, 09:02
Naxçıvan TV-yə NİYƏ PUL AYRILIR Kİ? - ETİRAZ!
Bu gün, 08:57
"Bu ağılla Sərdar Cəlaloğlu gərək söyləyəydi ki, öncə Qərbə bağlı olub, sonra Rusiyaya yönəlib" - deputatdan partiya sədrinə SƏRT REAKSİYA
Bu gün, 08:44
ADPU-nun filial direktoru Passivləşdirdiyi vergi statusunu yenidən aktiv etdi - FOTO
Bu gün, 07:57
İranın Keşm və Xark adalarında partlayışlar baş verib
Bu gün, 07:54
Messi dahidir... - QOL SAATI
Bu gün, 07:08
Ermənistanın Azərbaycanla sərhəddə sülhə risk yaradan təlimi - NƏ BAŞ VERİR?
Bu gün, 07:02
"Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sadə işçiyə hansı real faydanı verir?" - ETİRAZ VAR!
Bu gün, 06:58
Azərbaycanda ət qadağası: Qiyməti bahalaşdıracaq - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:47
İran ABŞ-nin Hörmüz boğazının idarəçiliyinə müdaxilə etməsinə icazə verməyəcək - "Xatəm əl-Ənbiya"
Bu gün, 06:44
"MESTONATMIKS GROUP" MMC-nin dövlətə yarım milyon manata yaxın vergi borcu yaranıb - FOTO
Bu gün, 06:42
Paşinyan Bakının tələbini bu yolla reallaşdıracaq – Yeni planı üzə çıxdı
Bu gün, 06:37
Dünyada qara kürü ilə məşğul olub, ziyanla işləyən şirkət ola bilərmi?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 04:43
"Sabah"dan sabah üçün YAXŞI ZƏMİN... - QOL SAATI
Bu gün, 04:32
Ərdoğan Türkiyəni HARA GÖTÜRÜR... - İNCƏLƏMƏ
Bu gün, 04:28
Üzlərində daş ifadə, eyni geyim... Türkmənistanı xatırlatdı! - REPLİKA
Bu gün, 04:21
Axı İslam dininin mahiyyəti onların şəxsi istəklərindən ibarət deyil... - Azər Qasımov yazır...
Bu gün, 03:58
Şəhid qardaşından AZERCELL-ə SƏRT ETİRAZ - "Dedim ki, şəhid anasıdır..."
Bu gün, 03:48
Rəşad Dağlı və zülm çəkən qadın arasındakı ayrı-seçkilik... - AXI NİYƏ?..
Bu gün, 03:24
Binəqədidə maklerlər “at oynadır”... - Böyükşor gölünü qurudub hissə-hissə “rasxoda” verən kimlərdir?
Bu gün, 03:18
Azərbaycanda TORPAQ DAVASI... QAÇILMAZDIR!
Bu gün, 03:13
SOCAR Kulevi Neft Terminalından nə qədər qazanır? - DETALLAR
Dünən, 18:02
Ermənistanda küçə mübarizəsi mütləq olacaq - Samvel Karapetyan
Dünən, 17:48
Rusiyadakı benzin böhranı Azərbaycana necə təsir edəcək? - MÜHÜM NÜANSLAR
Dünən, 17:32
Azərbaycanda hakim özü-özünə etiraz etdi
Dünən, 17:27
Zelenski Ankarada NATO sammitində Azərbaycana təşəkkür edib
Dünən, 17:24
Bakıda məhbus həbsxanadan qaçdı: Əməliyyat keçirilir - 15 saylı cəzaçəkmə müəssisəsindən...
Dünən, 17:21
AZAL Qars şəhərinə uçuşlara başlayır - DİQQƏT
Dünən, 17:10
Xaçınçay su anbarında çimmək tamamilə qadağandır - Ekspertdən XƏBƏRDARLIQ
Dünən, 17:01
"Restoran biznesi mənlik olmadı" - Eldəniz Məmmədov
Dünən, 16:57
Trampın “Ərdoğanı sevindirəcək addım” mesajı nə vəd edir? - Türkiyə ilə bağlı ŞOK SSENARİ
Dünən, 16:55
Bakıda məşhur restoranın ətrafında QALMAQAL - TƏFƏRRÜAT
Dünən, 16:38
Xanəndənin atası yol qəzasında öldü
Dünən, 16:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru